Cümə axşamı günü, 12 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Şeyx Məhəmməd Xiyabani

Image


Şeyx Məhəmməd Xiyabani 1879-cu ildə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olub. Atası Hacı Əbdülhəmid bəy, anası Həlimə xanımdır. Məhəmməd Xamnədə məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına gedib, bir müddət sonra Təbrizə qayıdıb və burada ilahiyyatla məşğul olub, Müqəddəs İslam dinini öyrənməyə başlayıb.

Gənc Məhəmməd Təbrizin tanınan islamşünas alimi, ruhani Əngəcinin yanında oxuyub, onun ən sevimli tələbələrindən olub və müctəhidlik dərəcəsinə yüksəlib. Daha sonra məşhur astroloq Mirzə Əbdüləlinin yanında astronomiya və riyaziyyata dair mütaliəsini genişləndirən Xiyabani bir elm adamı kimi yetişib, tanınıb və nüfuz sahibi olub.

Natiqlik məharəti ilə təbrizlilərin hörmət və məhəbbətini qazanan Xiyabani çıxışlarında insan haqlarından, azadlıqdan bəhs edərək təbrizliləri məlumatlandırır, onları milli oyanışa səsləyir və dünyagörüşlərini zənginləşdirirdi. O, çıxışlarında “Haqqı verməzlər, haqqı almaq lazımdır” - deyirdi. Qəlbən, ruhən, bütün varlığı ilə Uca Yaradana bağlı olan Şeyx Məhəmməd Xiyabani minbərdən dini moizələrlə bərabər azadlıq və demokratiyanı yaymaq üçün bir təbliğat tribunası kimi istifadə edirdi.

Şeyx Məhəmməd Xiyabani 1908-1909-cu illər Təbriz üsyanı zamanı bir tərəfdən əlinə silah alıb, digər tərəfdən Azərbaycan Vilayət Ərcümənindəki çıxışları ilə fəaliyyət göstərib, çoxsaylı tədbirlərin təşəbbüskarı olub. Çox ciddi mövzularda fəaliyyət göstərən Xiyabani II İran Məclisinə Azərbaycandan seçilən inqilabçılar və ziyalılar arasında yer alıb, Tehranda yaradılan Demokrat Partiyasının üzvü kimi bu partiyanı məclisdə təmsil edib.

1911-ci ildə parlament buraxıldıqdan sonra Tehranda keçirilən mitinqdə hökumət əleyhinə çox ciddi mövzularda çıxış edib. Nəticədə, İran hökuməti demokratik qüvvələrə qarşı tədbirlər görməyə başladığı zaman Xiyabani İranı tərk edib, müəyyən müddət Vladiqafqaz və Peterburqda mühacirətdə yaşayıb. Bu zaman o, bir çox diyarları gəzərək həmin ölkələrin xadimlərilə görüşüb və onlarla fikir mübadiləsi aparıb. Xiyabaninin fəlsəfə, tarix, iqtisadiyyat və riyaziyyat sahəsində dərin və geniş mütaliəsi və müasir biliyi var idi. O, türk, ərəb, fars, rus və fransız dillərini və bu xalqların mədəniyyət tarixini dərindən bilirdi. Xiyabani Şərq və Qərbin ictimai elmlər sahəsindəki bir çox nailiyyətlərini orijinal şəkildə öz şəxsiyyətində birləşdirirdi.

Şeyx Məhəmməd Xiyabaninin ədəbi fəaliyyətini əsasən daxili istibdad və xarici müstəmləkəçilərlə mübarizə, Azərbaycan cəmiyyətinin islahı üçün yeni yolların axtarışı, yeni elmlərə münasibətdə İslam dininin mövqeyinin müəyyənləşdirilməsi, torpaq islahatı, iqtisadi məsələlər, rabitə vasitələri, vergi sisteminin nizamlanması, mülkiyyət məsələləri və şübhəsiz ki, ilk növbədə azadlıq, hürriyyət arzusu əhatə edirdi.

Xiyabaninin publisistikası şah üsul-idarəsinin milli təfəkkürün inkarına söykəndiyi bir zamanda Azərbaycan xalqını qoruyan sipər kimi idi. Xiyabani publisistikası xalqına imperializmin cazibə qüvvəsinə müqavimət göstərməkdən ötrü mənəvi güc bəxş edirdi. O, ictimai-siyasi baxışlarını fəlsəfə əsasında irəli sürür, bütün çıxışlarında hadisələri bir siyasətçi kimi deyil, bir filosof kimi təhlil edirdi. Xiyabani Güney Azərbaycan milliyyətçi hərəkatının lideri olmaqla yanaşı, həm də Azərbaycanın ən görkəmli publisistlərindən biri sayılırdı. Onun düşüncəsinin mərkəzində müasirləşmə məfhumu dayanırdı. O, hətta üsyanın həyata keçirilməsini nəzəri cəhətdən işləyib hazırladığı “Müasirləşmə” məsləki əsasında təşkil etmişdi. “Müasirləşmə” yenilikçi məsləki imperializm ağalığına, şah hakimiyyətinin zülmünə, feodal geriliyi və istibdad qalıqlarına, ictimai ədalətsizliyə qarşı üsyan edən siyasi və demokratik azadlıqlar, həqiqi xalq hakimiyyəti və s. kimi inqilabi-demokratik tələblər irəli sürən, Güney Azərbaycanın milli hüquqları uğrunda mübarizə aparan bir əqidə, siyasi-nəzəri bir cərəyan idi. Bu cərəyan siyasi mübarizədə nə sağ, nə də sol olan, Xiyabaninin dəfələrlə təkrar etdiyi “Qara xətt” götürən radikal xırda burjua platforması idi. Həmin cərəyan iri burjuaziya və torpaq əsilzadələrindən başqa bütün sinif və təbəqələri vahid bir cəbhədə birləşdirmək imkanı verən və o vaxt üçün məqbul sayılan düzgün hərəkat xətti idi.

“Ey əziz Azərbaycan, sən bir iti gözsən ki, İran səninlə Avropa mədəniyyətinə baxır” - deyən Xiyabani Təbrizdə başlamış üsyanın bütün İrana yayılacağını və bu işdə Azərbaycanın, xüsusilə Təbrizin mühüm rol oynayacağını deyirdi. “Təbriz İrana nicat verəcək” kəlamı doğma diyarı Azərbaycanın vurğunu və fədaisi olan Xiyabaninin səmimi sözləri idi. 1911-ci il iyun ayının 23-də Xiyabani: “Bu gün Təbrizdə hökumət demokratların əlindədir. Bu demokratik hökumət Təbrizdən başlayaraq İranın ən ucqar şəhərlərinə də şamil olacaq. Biz yavaş-yavaş bu ali məqsədimizə çatacağıq. Bütün idarə və məqamlar bizim nəzarətimiz altında olacaq” - deyib. Bununla da Xiyabani gələcək demokratik quruluşda İranda hakimiyyət başında məhz azərbaycanlıları görmək əzmini ifadə edib.

Xiyabani təkcə öz xalqının deyil, bütün xalqların müstəqil olmasını istəyirdi. O, çıxışlarının birində hər bir xalqın müstəqilliyinə xüsusi əhəmiyyət verərək, “Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və fəaliyyəti olmaz!” - deyib.

Şeyx Məhəmməd Xiyabaninin üzərində dayandığı xüsusi problemlərdən biri də Azərbaycanda qadınların ictimai həyatda iştirakı məsələsi idi. O, Güney Azərbaycanda, ümimiyyətlə bütün İran tarixində ilk dəfə olaraq belə aydınlığa və yüksək məqamda qadınların fəal sosial qüvvəyə çevrilməsi ideyasını irəli sürürdü. Onun bir sıra məqalələri və nitqləri məhz bu mühüm problemə toxunurdu. O deyirdi: “İctimai həyatdan ayrı yaşayan qadınlar aləmi böyük əhəmiyyətə və həyati qüvvəyə malik olan bir dünyadır. Qadınlarımızın ölkə müqəddəratında və demokratiyanın gələcəyində böyük payı vardır. Qadınlarımız öz səy və qeyrətlərini, qüvvət və qüdrətlərini Vətən və xalqın xeyrinə olan işlərə sərf etməlidirlər”. Xiyabaninin təşəbbüsü ilə üsyan dövründə Təbrizdə pulsuz qız məktəbinin açılması bu yolda atılan ilk addımlardan idi.

Şeyx Məhəmməd Xiyabaninin siyasi publisistikası Azərbaycan xalqının milli suverenliyi

uğrunda mübarizələri tarixində mühüm yer tutur. O, vahid İran azadlıq hərəkatının deyil, məhz Azərbaycanın istiqlal hərəkatının böyük hadisəsi oldu, özündən sonra məhz bu yöndə ciddi əhəmiyyət kəsb etdi. Təsadüfi deyil ki, sonrakı demokratik hərəkatlarda onun adı məhz azərbaycanlı bir lider kimi qaldı. Çünki onun siyasi-publisist irsinin mərkəzi məsələsi məhz Azərbaycan xalqının taleyi idi.

Xiyabaninin istər “Azərbaycan və Azərbaycanın demokratik qüvvələri” publisistik məqaləsinə, istər doğru mətbuatda çıxan yazılarına, istərsə də bütün çıxışlarına nəzər yetirsək, onun bütün ədəbi fəaliyyətinin xalqın ağıl və elmin rəhbərliyi altında qabaqcıl bir cəmiyyət kimi çağdaş sivilizasiya səviyyəsinə çatmasını, millətlər ailəsinin müstəqil, bərabər hüquqlu və şərəfli bir üzvü olaraq, demokratik və dünyəvi şərtlər içində xoşbəxt bir yaşayış tərzinə yetişməsini qarşısına məqsəd qoyan, rəhbər tutduğu prinsipləri Azərbaycan xalqının ehtiyac və istəklərindən doğan bir düşüncə sistemi ilə formalaşdığını görərik. Bu düşüncə sistemi, ağlın və məntiqin işığında bu günün olduğu qədər sabahın da ehtiyaclarına cavab verən, daim yeniliyə can atan, xalqın ehtiyac və istəklərindən əlavə, onun tarixinin yarpaqlarından qaynaqlanan bir düşüncə sistemidir. Bu baxımdan o, fərdi bir düşüncə deyil, milli vicdandan qopub gələn, xalqın müştərək arzu və meyllərinin ifadəsi olan bir düşüncədir. Həyatda ən həqiqi yol göstəricisinin elm olduğunu qəbul edən Xiyabaninin düşüncə sisteminin nəzərəçarpan xüsusiyyəti ağlın və elmin işığında açıq bir sistem olmasıdır.

Xiyabaninin prinsipləri çağdaşlaşma yolunu müəyyən edən, inqilaba təməl təşkil edən fikir və düşüncələrdir. Bu prinsiplər başlanğıcdan etibarən inqilabın içindən doğmuş, onun həyata keçirilməsinə istiqamət vermiş olduğundan, Xiyabaninin ideologiyasını təşkil edir.

İstiqlaliyyət, xalqçılıq, dövlətçilik, inqilabçılıq, sülhsevərlik və dünyəvilik Xiyabaninin düşüncə sisteminin təməl prinsipləridir. Bu prinsiplər istər mənaları, istərsə də məqsədləri baxımından bir-biri ilə əlaqədar, bir-birini tamamlayan prinsiplərdir.

İstiqlaliyyət Xiyabaninin ən öndə gələn prinsipidir. Fəqət Milli mübarizə adını verdiyimiz böyük hadisə, hər şeydən əvvəl bu prinsipin gerçəkləşməsi üçün həyata keçirilib, müvəqqəti olsa da müvəffəqiyyət qazanıb. Çünki əsas olan istiqlaliyyətinə qəsd edilən Azərbaycan xalqının heysiyyətli və şərəfli bir millət kimi yaşaması idi. Bu əsas da ancaq xalqın azadlıq və istiqlaliyyətə sahib olması ilə təmin edilə bilərdi. Xalqı öz müqəddəratına hakim etmək Xiyabaninin istiqlaliyyət prinsipi ilə ayrılmaz vəhdət təşkil edən ikinci böyük prinsipdir. Bu prinsipə görə, xalqın müqəddəratı qeyd-şərtsiz onun özünə məxsus olmalıdır. Xiyabani anlayışına görə, xalqın iradə və əməlinə tabe olmayanlar məhv olmağa məhkumdur.

Xiyabani öz publisistikasında çağdaş sivilizasiyaya çatmağı xalqın qarşısında bir məqsəd kimi qoymuşdu. O çağdaşlaşmanı haqlı olaraq xalqın ictimai həyatında “Həyat mübarizəsi”, “Var olma mübarizəsi” kimi qiymətləndirirdi. Onun publisistikasında xüsusi bir nizam-intizam, qeyri-adi ahəng və harmoniya var.

Şeyx Məhəmməd Xiyabani Azərbaycan fəlsəfi fikrinin inkişaf tarixində yeni bir dövr

açıb. Onun qaldırdığı fikir bayrağı üzərində azadlıq, bərabərlik və ictimai ədalət şüarı yazılıb, reform fəlsəfi məktəbində Azərbaycanın böyük bir inqilabi nəsli yetişib.

Xiyabaninin fəlsəfi məktəbində hər şey yeni əsasla qurulub, hər şeyin həllində millətin, zəhmət adamlarının şəhər və kəndlərdə alın tərilə çörək qazananların mənafeyi əsəs götürülür. Köhnə siyasi məfhumlar alt-üst edilir. Xiyabani reform fəlsəfəsinin nəzəri və elmi əsaslarını hazırlayarkən başqa qonşu xalqların təcrübələrindən geniş istifadə edib. Bu əsasda xalqın azadlıq və istiqlaliyyət əldə etməsindən elmi və əməli planlarını hazırlayaraq həyata keçirməyə başlayıb. Xiyabaniyə görə, təşəkkül tapacaq hökumətin forması cümhuriyyət olmalıdır. Azərbaycan demokratiyası öz müqəddəratını öz əlində saxlamalı, həmişə sayıq və ayıq olmalıdır. “Biz gərək aşağı sinifləri öz ictimai hüquqlarıyla tanış edək, onları elm və bilik silahlarıyla silahlandıraq ki, öz azadlıqlarını müdafiə etmək üçün dayansınlar. Elə çıraq yandırmaq lazımdır ki, ixtiyarı öz əlimizdə olsun!”– deyib bu tarixi şəxsiyyət.

Şeyx Məhəmməd Xiyabani 14 sentyabr 1920-ci ildə İran irticai və imperializmin əlbir qəsdi nəticəsində Təbriz şəhərində dünyasını dəyişib. Bəşəriyyətin xoşbəxtliyi haqqında böyük fikirlər irəli sürən bu tarixi şəxsiyyətin ürək arzuları dünya qədər geniş idi.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
Professor




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ