Cümə axşamı günü, 12 noyabr 2026
     

Suriyada iki böyük müharibə birdən başlayır... ABŞ, Rusiya, İngiltərə, Fransa, İran, İsrail...

Image


ABŞ-la Rusiya Suriyada hər an toqquşa bilər. Xüsusilə Rusiyanın himayəçilik etdiyi Bəşər Əsəd rejiminin Şərqi Qutada, ardınca Dumada dinc insanlara qarşı zəhərli qazdan istifadə etməsi gözlənilən toqquşma təhlükəsini daha da artırıb. ABŞ-dan gələn son açıqlamalardan da görünür ki, Vaşinqon hər an rejimə qarşı hərbi əməliyyatlara başlaya bilər.

Baki-xeber.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriya məsələsini müzakirə etmək üçün Ağ Evdə prezident kabinetinin yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri ilə bir araya gələcək. ABŞ prezidenti Donald Tramp görüşdən əvvəl, Suriya ilə bağlı bütün variantların masada olduğunu deyib. "Suriyadakı dəhşətli hücumu qınayıram. Suriyada insanlığa qarşı cinayət işlənir, buna icazə verməyəcəyik. Vəziyyəti hərbi liderlərlə müzakirə edirik, 24-48 saat ərzində mühüm qərarlar verəcəyik" - deyə Tramp bildirib.

Tramp rusiyalı həmkarı Vladimir Putini və İranı Suriyada zəhərli hücumun baş verməsinə imkan yaratmaqda günahlandırıb. Tramp Rusiya və İranı Əsədi müdafiə etməkdə və onun qoşunlarının həyata keçirdiyi zorakılıqlara imkan verməkdə ittiham edib. Tramp hücumu “xəstəlik” və “beyinsizlik” adlandırıb və onların buna görə ağır bədəl ödəyəcəklərinə söz verib.

ABŞ dövlət başçısı Suriya, Rusiya, İran və ya hər üçünün birgə olmasından asılı olmayaraq, onlara necə cavab veriləcəyinə qərar veriləcəyini deyib. ABŞ prezidenti Birləşmiş Ştatların hansı şəkildə cavab verəcəyi haqda bir söz deməyib. Lakin ABŞ-ın daxili təhlükəsizlik və əks-terror məsələləri üzrə müşaviri Tomas Bossert bildirib ki, “mən masa üzərində heç bir variantı istisna etməzdim”.

Məlumata görə, Pentaqonda Tramp, Suriyadakı kimyəvi hücuma cavab vermək üçün bir sıra hərbi variantlar təklif edib. Bundan əvvəl Pentaqon rəhbəri Ceyms Mattis Suriyaya hərbi müdaxiləni istisna etmədiklərini deyib. Nazir bildirib ki, ABŞ kimyəvi silahdan istifadəyə cavab olaraq Bəşər Əsəd rejiminə qarşı hava zərbələrini istisna etmir.

BMT Təhlükəsizlik Şurasının iclasında da ABŞ və Rusiya təçsilçiləri arasında gərginlik yaranıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya ABŞ-ın mümkün hücumunun çox ağır nəticələrinin olacağına dair xəbərdarlıq edib. ABŞ nümayəndəsi Nikki Heyli BMT hərəkətə keçsə də keçməsə də Vaşinqtonun Suriyada kimyəvi silahlardan istifadəyə cavab verəcəyini deyib.

Proseslərin gedişi də göstərir ki, ABŞ-ın Əsəd rejimini vurması qaçılmaz olacaq. Çünki Vaşinqtondan gələn açıqlamalarla yanaşı ABŞ artıq hərbi hazırlıqlara da başlayıb. Məlumatlara görə, 60 “Tomahawk” raketi daşıyan bir ABŞ destroyeri, Kiprin Larnaka limanından ayrılaraq Suriya sahillərinə yaxınlaşmağa başlayıb. Raket gəmisinin Tartus hərbi hava bazasının 100 kilometrliyində olduğu bildirilir. Bölgədəki Rusiya təyyarələri isə 4 dəfə alçaqdan uçaraq Suriya sularına girən gəmiyə yaxınlaşıb.

Bundan başqa, ABŞ “Harry Truman” təyyarə gəmisi qrupunu da Aralıq dənizinə göndərir.

Rusiya da Suriyadakı hərbi qüvvələrini raket hücumuna və ya ABŞ-ın digər müdaxilələrinə qarşı hazır vəziyyətə gətirib. Bölgədəki S-400 raketdən müdafiə sistemləri də işə salınıb. MİQ-31 qırıcı təyyarələri 24 saat boyunca uçuşlar keçirirlər.

Əsəd rejiminin 20 kritik bölgə və hərbi bazalarının ABŞ raketlərinin hədəfində olduğu xəbər verilir. Sözügedən bazaların bəzilərində Rusiya hərbçilərinin olduğu bildirilir. Məhz buna görə, ABŞ-ın rus əsgərləri olmayan bölgələri hədəf alacağı təxmin edilir. Bununla belə Suriyadakı bütün Rusiya hərbi bazaları gözlənilən təhlükəyə qarşı hazır vəziyyətə gətirilib. ABŞ-ın mümkün müdaxiləsinə qarşı, bölgədəki ABŞ donanmasına məxsus gəmilər və təyyarələrin Rusiya tərəfindən hədəf alınacağı iddia edilir.

ABŞ-ın Əsəd rejimini Aralıq dənizindəki gəmilərdən vura biləcəyi təxmin edilir. Qeyd edilir ki, ABŞ bununla həm Rusiya, həm də İrana cavab vermək istəyir.

O da qeyd edilir ki, ABŞ Əsəd rejiminə qarşı əməliyyatları təkbaşına başlamayacaq. Fransa və İngiltərə də hərbi əməliyyatlarda ABŞ-la birgə hərəkət edəcək. Artıq bununla bağlı tərəflər arasında danışıqlar da gedir.

“Daily Mail” qəzeti yazır ki, İngiltərə də hərbi əməliyyat hazırlıqlarına başlayıb. İngiltərə Baş naziri Tereza May bununla bağlı parlamentin razılığı olmadan qərar qəbul edə bilər. 2013-cü ildə Baş nazir David Kemeron Suriyada əməliyyat keçirmək üçün parlamentdən dəstək ala bilməmişdi.

“Daily Mail” İngiltərənin Suriyada rejimə qarşı gözlənilən hərbi əməliyyatlarda “GR4 Tornado” qırıcı təyyarələrindən istifadə edəcəyini yazır. Bu qırıcılar “Storm Shadow” adlı raketlərlə təchiz edilir ki, bu raketlərin də mənzili 240 km-dən çoxdur. Raketlərin uzaqmənzilli olması isə GR4 “Tornado” döyüş təyyarələrinin Suriyanın havadan müdafiə sisteminə yaxalanmadan əməliyyat keçirməsinə tam imkan verir. Məlumata görə, İngiltərə, döyüş təyyarələrinin vurulması ehtimalına qarşı Suriyanı Cənubi Kiprdəki ingilis bazasından vuracaq, bu bazada 6 GR4 “Tornado” döyüş təyyarəsi var. Bir başqa hücum variantı isə Suriyanın Aralıq dənizindəki ingilis sualtı gəmilərindən “Tomahawk” raketləri ilə vurulmasıdır.

ABŞ kəşfiyyatı (CIA) və Pentaqon rejimə aid 22 kritik bölgənin xəritəsini hazırlayıb. Vurulacaq hədəflər arasında İran dəstəkli şiə milislərin olduğu strateji nöqtələrdə də var. Bundan başqa, Humus və Tartus bölgələrində ABŞ-ın hədəfləri arasında olan iki hərbi bazada rus əsgərlərinin də olduğu bildirilir.

Fransa, İngiltərə, ABŞ və İsrail Suriyada birgə hərəkət edəcək. Suriyada rejimə aid hərbi bazalar raketlərlə həhv ediləcək. Ilk öncə başda hərbi aerodromlar olmaqla bütün strateji hədəflər vurulacaq.

Məlumatlara görə, Suriya rejimi hədəf ola biləcək bəzi hərbi bazaları boşaltmağa başlayıb.

Rusiyanın "Kommersant" qəzeti də mümkün hücumun Rusiya ilə ABŞ arasında hərbi münaqişəyə gətirib çıxara biləcəyini yazır. Bundan əvvəl də Moskva bölgədəki rus əsgərləri üçün hər hansı bir təhlükə yaranarsa buna dərhal qarşılıq verəcəklərini bəyan etmişdi.

Bütün bunlarla yanaşı, bölgədə eyni vaxtda başqa bir müharibənin - İran-İsrail müharibəsinin başlanması təhlükəsi yaranıb. Belə ki, iki gün əvvəl İsrailin iki hərbi təyyarəsi Livanın hava məkanından Suriyanın hərbi hava bazasına hücum edib. İsrail ordusunun hücumu zamanı əsasən İranının istifadə etdiyi Homs vilayətindəki T4 bazasında olan 7 iranlı əsgər öldürülüb.

İranın dini lideri Ayətullah Əli Xamneinin nümayəndəsi Əli Əkbər Vilayəti İsrailin Suriyadakı hərbi hava bazasını vurmasının cavabsız qalmayacağını bəyan edib.

Qeyd edək ki, dünən İsrailin iki hərbi təyyarəsi Livanın hava məkanından Suriyanın hərbi hava bazasına hücum edib. Ancaq İsrail ordusu Homs vilayətindəki T4 bazasına hücumla bağlı heç bir açıqlama verməyib.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu, İran hərbiçiləri də daxil olmaqla, 14 nəfərin öldüyünü bildirib. İranın “Fars” xəbər agentliyi də Suriyadakı aviabazaya hücum zamanı 3 iranlının öldüyü barədə xəbər yayıb. Hadisədən dərhal sonra Suriya mediası hücumda Birləşmiş Ştatları günahladırıb, ancaq Fransa və ABŞ bu ittihamı rədd edib.

Bazar günü Dəməşq yaxınlığında üsyançıların nəzarətində olan şəhərdə kimyəvi hücum nəticəsində azı 40 nəfərin öldüyü bildirilsə də, Suriya hökuməti bu iddiaları rədd edib.

TAHİR




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ