Bazar günü günü, 15 noyabr 2026
     

Super dövlət başçılarının öz xalqının sabahına verə bilmədiyi təhlükəsizlik qarantiyası - İlham Əliyevin yeni nümunəsi...

Image


Diqqətimi çox cəlb edən daha bir qanadlı fikir tutdum. Prezident Əliyevin daxili və beynəlxalq kürsülərdəki çıxışlarında sətiraltı mahiyyəti, əhatə dairəsi, yönəldiyi hədəfi, kütləyə toparlayıcı təsiri ilə özünü aydın göstərən cəlbedici mülahizələri çox eşidirik. Bir neçə nümunəyə baxmaq olar.

Suriyanın bərpası üzrə London toplantısında Avropaya Yaxın Şərqdən gələn fəlakətlərin qarşısını kəsmək üsullarına işarə edərək, Suriya probleminin daxili həlli tapılmalıdır” deyərkən İlham Əliyev bu ölkəyə kənar hərbi müdaxilələr davam etdikcə bölgədə sülh və rifahın olmayacağını çox dəqiq ifadə etmişdi. Sonuncu Münhen Təhlükəsizlik Konfransında “beynəlxalq təşkilatların öz potensialını gücləndirmək mexanizmi yoxdur” deməsinə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı icrasına təminat verən mexanizmlərin yaradılmasına bu gün dünyanın çox böyük ehtiyac hiss etdiyi çağırış kimi baxmaq lazımdır. “Neft və qaz qarşıdurma mövzusundan əməkdaşlıq və təhlükəsizlik mövzusuna çevrlməlidir” deyən Azərbaycan Prezidentinin məhz bu sözlərinin qlobal dünya siyasətinin böyük bir mərhələsi ilə bundan sonra hələ uzun müddət səsləşəcəyinə heç bir şübhə ola bilməz.

Başqa nümunələr də var. Ən yeni “qanadlı fikri” – politoloji mülahizəni isə bu günlərdə cənab Ölkə Prezidentinin şimal-qərb bölgələrimizə səfəri zamanı eşitdik. Rayon sakinlərinin qarşısında sadə el dilində, yaddaşlara yapışan və unudulmaz tərzdə belə dedi: “Ölkəmizin bu günü, gələcəyi üçün heç bir problem görmürəm, heç bir risq, təhlükə yoxdur”.  Əslində 10 milyonlu Azərbaycan xalqı bu gün üçün heç bir problemin, qorxunun olmadığını gecənin-gündüzün istənilən saatında qorxusuz-ürküsüz evindən çıxanda, qayıdanda görür, övladının bağça və məktəbdən sağ-salamat qayıtdığına məmnunluqla baxanda görür, kütləvi toplantı yerlərinə hər cür terroru-təxribatı əminliklə istisna edərək daxil olanda görür, dükan-bazarda, metroda, avtobusda, yaşadığı binada, supermarketlərdə - hər yerdə görür. Cənab Ölkə Prezidentinin məlum mülahizəsi cəmiyyətimizin gündəlik həyatda gördüyü, bildiyi gerçəyi ona təkrar xatırlatmaq kimi bəsit kriteriya ilə dəyərləndirilə bilməz. Əvvəla, cəmiyyətimiz cənab Ölkə Prezidentinin dilindən bu gün heç bir problem və təhlükənin olmadığını eşidəndə mütləq şəkildə fərqinə varmağa başlayır ki, ölkədə onun hüzur içində yaşadığı təhlükəsiz mühit Prezidentin məqsədyönlü hədəflərindən biridir, bu elə-belə, öz-özünə yaranmayıb, onun əldə olunması misilsiz əqli-fiziki əziyyətlər, maddi-intellektual resursların sərfi hesabına yaranıb və bunun arxasında bəlli peşəkar personalar dayanır. Cənab Ölkə Prezidenti gələcəkdə də heç bir problem, risq və təhlükənin görünmədiyini deyərkən həm cəmiyyətimizə, həm də dünyaya çox maraqlı mesajlar göndərdi. Sabah dövlətimiz üçün heç bir problemin olmayacağına cənab Ölkə Prezidentinin bu qədər əmin olması isə ilk növbədə cəmiyyətimiz üçün çox vacib və önəmlidir.

Əslində cəmiyyət dövlətimizin sabahkı daxili mənzərəsini tam şəkildə görə bilmir və bilməz də. O ancaq bu gün yaşadığı reallıqları görür. Sabah hansı reallıqlarla üzləşə biləcəyini tam şəkildə görən tək bir persona cənab Ölkə Prezidentidir. Bunu görmək onun üçün bir uzaqgörənlik nümayişi olmaqla yanaşı, həm də vəzifə borcudur. Halbuki, bu borcu heç də bütün ölkələrin prezidentləri ləyaqətlə yerinə yetirə bilmir. Sadə misal: əgər Sarkisyan 2008-ci ildə indiki şikəst siyasətilə Ermənistan dövlətinin başına keçəndə cəmi 9 il sonra ölkə əhalisinin üç yüz min nəfər (!) azalacağını görə bilsəydi, ölkəsinin sonu görünməyən fəlakətə yuvarlandığını əvvəlcədən proqnoz etsəydi, bəlkə də başqa yol tutardı... Başqa ölkələrin də timsalında çoxlu belə nümunələr gətirmək olar.

Göründüyü kimi, Azərbaycan Prezidenti ölkəsinin sabahı ilə bağlı öz xalqına dəqiq və inamlı mənzərə təqdim etməkdə yalnız tək-tək ölkələrin başçılarına xas nümunə göstərir və bu yöndə onun dedikləri xalq üçün də, dünya müşahidəçiləri üçün də çox vacibdir. Cənab Ölkə Prezidenti sabah da Azərbaycanda heç bir problemin, risq və təhlükənin olmayacağını əminliklə deyərkən bir sıra ciddi əsaslara söykənir. Ona söykənir ki, Azərbaycanın xarici siyasəti balanslı və stabil müstəvidə qurulduğu üçün ölkənin müttəfiqləri və dostları daha çox və güclüdür, nəinki düşmənləri... Ona söykənir ki, ölkənin güc strukturları qarşıya qoyulmuş hədəfləri və vəzifələri aydın dərk edir... Ona söykənir ki, xalqın mütləq əksəriyyəti Prezidentin siyasətini başa düşür, müdafiə edir.  O, ölkədəki indiki sabitliyə əvəzsiz bir dəyər kimi baxır və onu heç bir maddiyyatla dəyişmək fikrində deyil. Deməli, cənab Prezident Azərbaycanın sabahkı mənzərəsinə yönəlik bir mülahizəsi ilə hamıya müsajladı ki, ölkənin xarici siyasət ideologiyası dəqiqdir, sərhədlərinin təhlükəsizlik təminatı yetərlidir, xalqla hakimiyyət arasında anlaşıqlı mühit var. İstisnasız olaraq bütün politoloqlar və geostrateqlər qəbul edir li, bu üç şərtin bir arada olduğu ölkənin sabahı üçün həqiqətən heç bir problem və ya risq ola bilməz. Qürurvericidir ki, Azərbaycan Prezidenti ölkənin sabahını müəyyənləşdirən bu üç şərti aydın görür və tənzimləyir. Azərbaycanın nə qədər mürəkkəb və ziddiyyətli regionda yerləşdiyini hamı bilir. Heç kəs də şübhə etmir ki, belə mürəkkəb regionda yerləşən ölkənin sabitliyini və təhlükəsizliyini müəyyən edən həmin üç şərti bir arada tutmağı hər prezident bacarmaz. Dünyanın superdövlətlərinin – ABŞ-ın, Rusiyanın, İngiltərənin, Almaniyanın, Fransanın, Çinin, Yaponiyanın, başqalarının dövlət başçılarının öz ölkələrinin sabahı üçün indiyədək belə qətiyyətli təhlükəsizlik qarantiyası verdiyinin şahidi olmamışıq.  Təsəvvür edirsinizmi ki, istəsə (?), öz nüvə, raket arsenalı ilə bütün dünyanı məhv etmək gücündə olan ABŞ, Rusiya, İngiltərə və s. rəhbərləri ölkəsinin sabahkı təhlükəsizliyinə bu qədər əminliklə təminat verə bilmir?! Yox ki, onlar öz xalqlarına belə qarantiyalar vermək istəmirlər. İstəyirlər, bunu hər bir prezident istəyər. Ancaq verə bilmirlər, çünki Azərbaycanın bu gün “politoloji triada” kimi parlaq şəkildə nümayiş etdirdiyi üç təhlükəsizlik şərtini eyni vaxtda bir arada sona qədər tuta biləcəklərinə əmin deyillər... Azərbaycan Prezidentindən fərqli olaraq...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ