Bazar günü günü, 15 noyabr 2026
     

Kreml və Qərbin hikkələri Qafqazı döyüş poliqonuna aparır...

Image


Qərbin, o cümlədən NATO-nun Qafqaza artan diqqəti, gözlənildiyi kimi, Kreml tərəfindən kifayət qədər sərt qarşılanır. Bu vaxta qədər NATO əsas etibarı ilə Gürcüstanda mövqelərini möhkəmləndirirdi və Moskva da diqqətini məhz bu istiqamətə yönəldirdi. Amma məlum olduğu kimi, son dövrlərdə NATO Ermənistanı da tədricən özünə yaxınlaşdırmaqdadır.

Belə vəziyyətdə Rusiya Qafqazda mövqelərini NATO-ya uduzacağından ehtiyatlanır. Buna yol verməmək üçün Moskva bölgədə hərbi dayaqlarını möhkəmləndirir. Eyni zamanda Gürcüstan və Ermənistana təzyiqlərini də artırır. Məhz belə bir vaxtda bəlli olub ki, Rusiya Abxaziyaya hərbi əmlak verilməsi barədə müqaviləyə imza atıb. Rusiya Müdafiə Nazirliyi razılaşmanın Moskvada Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominlə qondarma Abxaziyanın “baş qərargah” rəisi Anatoli Xrulev arasında imzalandığını bildirib. Bununla Kreml bölgədə hərbi mövqeyini daha da güjləndirir. Amma Rusiyanın separatçı rejimlərlə ilgili planı təkcə bununla məhdudlaşmır.

Bu barədə danışmazdan öncə xatırladaq ki, 2008-ci il avqustun 8-də Rusiya qoşunları Gürcüstana qarşı hərbi əməliyyatlara başlayıb və 5 gün davam edən müharibə nəticəsində separatçı Abxaziya ilə Cənubi Osetiya bölgəsi tamamilə rus qoşunlarının nəzarətinə keçib. Həmin müharibə Gürcüstan ordusunun Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək cəhdindən sonra başlamışdı. O vaxt Vladimir Putin baş nazir vəzifəsini tuturdu. Lakin çoxları hesab edir ki, Gürcüstana hərbi müdaxilə qərarını məhz o vermişdi. Elə bu günlərdə də Rusiya prezidenti Vladimir Putin Abxaziyada səfərdə olub.  Burada o, separatçı bölgənin başçısı Raul Hacimba ilə görüşüb. Vladimir Putin bu görüşdə bəyan edib: “Rusiya bundan sonra da Abxaziya Respublikasının etibarlı təhlükəsizliyinə və müstəqilliyinə zəmanət vermək niyyətindədir”. Bundan əlavə, məlumdur ki,  Rusiya bu bölgədə yaşayan etnik rusları kütləvi şəkildə pasportla təchiz edib. Yeri gəlmişkən qeyd edək ki,  “Rusiya vətəndaşlarının hüquqlarının pozulması” Moskvanın Ukrayna və Gürcüstana müdaxilə zamanı istifadə etdiyi arqumentdir. İndi isə Rusiya Abxaziyaya əlavə hərbi texnika yeridir. Bu o zaman baş verir ki, NATO da Gürcüstanda hərbi cəhətdən möhkəmlənir. Ekspertlər qeyd edir ki, bu vəziyyətdə Gürcüstan Rusiya və NATO-nun döyüş poliqonuna çevrilə bilər.

Bundan başqa, indinin özündə də Rusiyanın Cənubi Osetiya istiqamətindən Gürcüstanın içərilərinə doğru tədricən irəliləməsi davam edir. Bir neçə gün əvvəl isə  bu separatçı bölgədə Moskva irimiqyaslı hərbi təlimlər keçirib. Gürcüstnanın keçmiş müdafiə naziri Dmitri Şaşkinin sözlərinə görə, 2008-ci ilin avqust müharibəsində Rusiyanın bir nömrəli hədəfi Gürcüstan idisə, indi Gürcüstan Rusiyanı Ermənistana dəhliz kimi də maraqlandırır. Keçmiş müdafiə naziri bildirib ki, rusların məqsədi Gürcüstanda onlara yaxın hökumətin əlilə Abxaziya dəmir yolunun açılması idi. Bu plan baş tutmadığına görə, indi onlar “B” planına keçiblər. Bu, quru yolu ilə Ermənistana dəhliz açmaqdır: “Rusiya planlı şəkildə regionda eskalasiya hazırlayır. Rusiya Cənubi Osetiyadakı hərbi qüvvələrini Ermənistandakı Gümrü hərbi bazasına yol açmaq üçün hazırlayır. Gümrü bazası vasitəsilə Moskva regiona nəzarət edir. Rusiya gizlətmir ki, Gürcüstan üzərindən Ermənistana dəhliz açmaq istəyir”. Keçmiş müdafiə nazirinin fikrincə, Rusiya Gürcüstan üzərindən Ermənistana 120 minlik korpus yeridəcək. Şaşkinin dediyinə görə, 2012-ci ildən sonra Rusiya Abxaziya dəmir yolunun açılması üçün çox çalışıb, ancaq bu baş tutmayıb. Ermənistana göstərilən sayda ordu yeridilməsi isə bu ölkənin Rusiyanın nəzarəti altından çıxmasına imkan verməyəcək. Belə vəziyyətdə Moskva Qafqazda mövqelərini qoruyub saxlayacağını da düşünür. Amma məsələ burasındadır ki, NATO da geri çəkilmək niyyətində deyil. Məhz bu səbəbdən bölgədə vəziyyətin daha da gərginləşməsi, qarşıdurmanın dərinləşməsi gözlənir.

Belə vəziyyət Qarabağ münaqişəsinə də mütləq mənada təsir göstərə bilər. Erməni siyasi şərhçi Sarkis Artsruni hesab edir ki, vəziyyət Rusiyaya qarşı ABŞ-ın yeni sanksiyaları və ABŞ vitse-prezidenti Maykl Pensin Gürcüstana səfəri fonunda kəskin dəyişib. O bildirir ki, bu durumda  Moskva Dağlıq Qarabağda yeni müharibənin başlanması üçün qanuni əsas tapıb. Onun sözlərinə görə, bu, Ermənistanın öz xarici siyasətinə yenidən baxmasına cavabdır: “Yəni Moskva anlatmağa çalışır ki, Ermənistan NATO ilə əməkdaşlığı davam etdirəcəksə və ya NATO ilə yeni razılaşmanı imzalayacaqsa, onlar məsuliyyəti bizim “qərbyönümlü” hakimiyyətin üzərinə qoyaraq yeni müharibəyə “yaşıl işıq” yandıracaqlar”.

Bu durumda erməni ekspert NATO-nun Ermənistana heç bir kömək göstərə bilməyəcəyini də xüsusi olaraq vurğulayır.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ