Bazar ertəsi günü, 16 noyabr 2026
     

BMT Ermənistandan işğalçı qoşunlarını Dağlıq Qarabağdan çıxarmağı niyə tələb etmir?

Image


Ermənistan tərəfindən həyata keçirilən təxribatlar nəticəsində regionda kövrək qeyri-stabil mühit formalaşıb. Trend-in məlumatına görə, bu, Latın Amerikası ölkələrində yayımlanan “Telesur Tv” telekanalının internet səhifəsində Çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin “Dağlıq Qarabağ: Digər İşğal” adlı məqaləsində bildirilir.

Müəllif məqaləsində iyulun 4-də Ermənistanın 1994-cü ildən işğal altında saxladığı Dağlıq Qarabağdakı işğalçı qüvvələrinin minaatanlardan və dəzgahlı qumbaraatanlardan cəbhə xəttindən üç kilometr məsafədə yerləşən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Azərbaycanın mülki sakinlərinin - 50 yaşlı Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduğunu, digər mülki şəxs olan bir qadının yaralandığını və mülki obyektlərə zərər yetirildiyini yazır.

Müəllif tezliklə həll edilməsi vacib olan, lakin digər münaqişələrdə olduğu kimi beynəlxalq ictimaiyyətin Azərbaycan tərəfindən irəli sürülən arqumentlərin legitimliyi və zərərçəkən əhalinin maraqları əsasında həll yolu tapmağa cəsarət etməyərək masa altında saxladığı münaqişənin kəskinləşməsindən cəbhə xəttinə yaxın məsafədə yerləşən Alxanlı və digər yaşayış məskənlərinin yenidən zərər çəkdiyini qeyd edir.

Jurnalist 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və yeddi digər rayonunu işğal etdiyini və bu ərazilərin hələ də işğal altında saxlanıldığını, Dağlıq Qarabağ münaqişəsində 2016-cı ildən şiddətli gərginliyin hökm sürdüyünü xatırladaraq, Ermənistan tərəfindən həyata keçirilən təxribatlar nəticəsində regionda kövrək qeyri-stabil mühitin formalaşdığını bildirir. Münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə ərazi bütövlüyünün bərpası barədə Azərbaycanın legitim tələbi qarşısında hələ də əhəmiyyətli bir irəliləyiş əldə etmədiyini qeyd edir.

Minsk qrupunun hərbi əməliyyatların dayandırılmasını tələb etməsinə baxmayaraq, bu münaqişənin həllinin əsasını təşkil edən əsas məsələdə - Ermənistan tərəfindən torpaqların tamamilə qaytarılması barədə irəliləyişin əldə edilmədiyini yazır. O, 2016-cı ilin aprel ayında Minsk qrupu həmsədrlərinin regiona səfərini xatırladaraq, həmsədrlər tərəfindən substantiv və ciddi danışıqlar yolu ilə işğal vəziyyətinin – status kvonun dəyişdirilməsinə çağırışlar edildiyini, lakin Ermənistanın bütün bunlara və mövcud qətnamələrə əməl etməyərək, Azərbaycan xalqına qarşı, hətta cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrinə qarşı hərbi əməliyyatları davam etdirdiyini yazır.

O, qeyd edir ki, Azərbaycan tərəfi hesab edir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavab verməsi bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status kvonun dəyişdirilməsini tələb etməlidirlər. Bu, işğala əsaslanan status-kvonu dəyişdirə bilmək üçün yeganə yoldur və beynəlxalq hüququn norma və prinsipləri, habelə beynəlxalq təşkilatların qərar və qətnamələri ilə uyğunluq təşkil edir.

Analitik Azərbaycan tərəfinin mövqeyinə istinadən əlavə edir ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də hədəflənmiş şəkildə və qəsdən həyata keçirdiyi hərbi hücumlar, torpaqların qaytarılmasını tələb edən beynəlxalq qətnamə və qərarlara məhəl qoymaraq, işğal olunmuş torpaqları qaytarmaqdan imtina etməsi Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cı ilin Cenevrə Konvensiyası və beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair 1977-ci ildə imzalanmış konvensiyaya 1 saylı Əlavənin ciddi şəkildə pozulmasıdır.

Müəllif, eyni zamanda, Cenevrə Konvensiyasının qeyd olunan Əlavə Protokolun mülki əhalinin mühafizəsinə dair 2 və 4-cü bölmələrinə istinad edərək bu müddəaların və protokolda nəzərdə tutulan digər müddəaların, habelə Uşaqların Hüquqlarına və İnsan Hüquqlarının Müdafiəsi və Fundamental Azadlıqlara dair Konvensiyanın Ermənistan tərəfindən ciddi şəkildə pozulduğunu bildirir.

O, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycan Respublikasının və regionun digər bütün dövlətlərinin ərazi bütövlüyü və suverenliyinin açıq şəkildə bəyan edildiyini qeyd edərək, - “Kim bu təcavüz və Azərbaycanın mülki əhalisinin qətli qarşısında Ermənistandan üzərinə düşən beynəlxalq öhdəlik və məsuliyyətlərini yerinə yetirməsini tələb edir? Nə üçün BMT eyni şəkildə, təcili olaraq hərəkətə keçmir və niyə Təhlükəsizlik Şurası Ermənistan hökumətini qınayaraq nəinki atəşi dayandırmasını, habelə işğalçı ordularını Dağlıq Qarabağdan çıxarmasını tələb etmir?”- deyə bildirir.

Analitik dövlətlərin ərazi bütövlüyü və süverenliyi ilə yanaşı, həm də beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyi barədə məlumat verərək bu norma və prinsiplərə müzakirəsiz və mütləq hörmətin vacibliyinə diqqəti çəkir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatına isitinad edərək, Azərbaycan silahlı qüvvələrinin düşmənin mülki vətəndaşlara və silahlı qüvvələrə qarşı hücumlarına qarşılıq vermək və təcavüzkarın mövqelərinə cavab zərbələri endirmək üçün hazır vəziyyətə gətirildiyini qeyd edir.

Ermənistanın torpaqları qaytarmaqdan imtina edərək, dünyanın heç bir dövləti tərəfindən tanınmamış qondarma “respublika”nın Azərbaycanın tərkib hissəsi olmasını heç bir vəchlə qəbul etmədiyi bir şəraitdə münaqişələri həll etmək üçün tərəflərin mövqelərini uzlaşdırmağa çalışan beynəlxalq təşkilatların üzərinə çətin bir iş düşdüyünü yazan jurnalist, Ermənistanın bu cür siyasəti qarşısında - “Bu cür şəraitdə necə söyləmək olar ki, Ermənistan sülhdən və münaqişənin həll edilməsini istəyir. Bu cür bəyanat məntiqsiz olduğu qədər, həm də gülünc və qəbuledilməzdir və Ermənistan beynəlxalq ictimaiyyətin ən ağır sanksiyalarına layiqdir”- deyə beynəlxalq ictimaiyyəti ədaləti dəstəkləməyə səsləyir.

Beynəlxalq analitik məqalənin sonunda, regionda sülhə və sabitliyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə nail oluna biləcəyini vurğulayaraq, 1992-1994-cü illər müharibəsinin minlərlə insanın ölümü ilə nəticələndiyini, 50 yaşlı Quliyeva Sahibə və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın münaqişə zonasında yaşamağın bədəlini öz həyatları ilə ödədiklərini qeyd edir. O bildirir ki, bu gün dünya ictimaiyyətinin əsas narahatlıqları içərisində Ermənistanın təcavüzkar aktları, Dağlıq Qarabağ və onun Azərbaycanın suverenliyinə qaytarılması məsələsi də yer almalıdır və Dağlıq Qarabağ daha dünyadakı mövcud işğal olunmuş ərazilərdən biri olaraq qalmağa davam edə bilməz.

Nəşr olunmuş məqalədə, həmçinin, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin xəritəsi və 4 iyul tarixində həlak olmuş Füzuli rayonunun Alxanlı kəndininin sakinləri Sahibə Quliyevanın və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın fotoları yer alıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ