TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi vacib layihələr sayəsində Türkiyə regionun mühüm enerji mərkəzinə çevrilir. Trend-in məlumatına görə, bunu İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, enerji ehtiyatları günümüzdə münaqişə səbəbinə çevrilib, amma Türkiyə ilk gündən bu məsələnin dialoq mövzususu olması üçün çalışır.
R.T.Ərdoğan deyib ki, Akkuyu və Sinop Atom Elektrik Stansiyaları sayəsində Türkiyə xaricdən enerji asılılığını azaldacaq.
“Türkiyə üçün enerji ehtiyatları mübahisə mənbəyi deyil, əksinə, dialoqa xidmət edir”. Trend-in məlumatına görə, bunu isə İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, Tükiyə və Azərbaycan tərəfindən reallaşdırılan Transanadolu qaz kəməri (TANAP) layihəsi Türkiyənin uğurlu enerji siyasətinin bariz nümunəsidir.
B.Yıldırım qeyd edib ki, Tükiyə və Azərbaycan həmçinin, Bakı-Tbilisi-Ceyhan kimi vacib layihələri də həyata keçirir.
O deyib: “Türkiyə həmişə enerji layihələrinin diversifikasiyasının tərəfdarı kimi çıxış edir”.