Aqil Acalov: "Ermənilərin 2 yaşında qız uşağına yazdığı təhqiredici sözlər bir daha göstərir ki, onlar vandal bir millətdir"
Afaq Fərzəlibəyova: "Sosial şəbəkə istifadəçiləri Zəhra balanın ermənilər tərəfindən necə qətlə yetirilməsini mütəmadi olaraq yaymalıdır ki, başqa dövlətlərin nümayəndələri onların uşaq qatili olduğunu bilsin"
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və mülki obyektləri atəşə tutması erməni təxribatının növbəti mərhələsidir. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
2 yaşlı Zəhranın şəkilləri sosial şəbəkə istifadəçiləri tərəfindən yayılaraq ermənilərin necə vəhşi millət olduğunu göstərir. Lakin erməni sosial şəbəkə istifadəçilərinin Zəhranın şəkillərinə ünvanladığı şərhlər insanı dəhşətə gətirir. Ermənilər ölən azyaşlı körpəyə acımadan ünvanına nalayiq ifadələr belə işlətməkdən çəkinmir.
Onların sosial şəbəkədə yazdığı şərhlərdən bəzilərini sizə təqdim edirik.
Artur Qriqoryan: "Mən bu ikiyaşlı qızı zorlayardım. Ciddiyəm".
Qarik Simonyan: "Artıq adlar açıqlanıb. Onlardan biri uşaqdır. Utancvericidir, amma yenə də sevinirəm".
Artur Yerevanski: "Eşşəkləri və onların uşaqlarını bombalamaq lazımdır. Onları müdafiə etmək lazım deyil".
Ermənilərin qətlə yetirilən körpə haqqında sosial şəbəkə vasitəsilə yazdıqları şərhlər hər kəsi hiddətləndirib. Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, heç bir şərt altında Zəhra balamızın qanı yerdə qalmamalıdır:
"Azərbaycan neçə ildir erməni terrorundan əziyyət çəkir. Biz dünyanı inandırmağa çalışırıq və inandırırıq ki, erməni terroru bəşəriyyətə qarşı yönələn sistemli bir fəaliyyətdir. Artıq bizim səbrimiz tükənib. Bütün dünya ictimaiyyəti bu haqsızlığa susur. Düşünürəm ki, biz nə qədər sülhsevər xalq olsaq da, bu cür qətliamların cəzasız qalmasına imkan verməyəcəyik. Şərəfsiz erməni ordusunun gücü yalnız körpələrə və qadınlara çatır. Bu məsələdə hamımız həmrəy olmalıyıq. Nə qədər acılı olsa da, təmkinimizi qorumalıyıq və konkret addımlar atmalıyıq. Bütün Azərbaycan xalqını sosial şəbəkələrdə aktiv olmağa çağırıram. Ən azından, dünya millətlərinə səsimizi çatdıra bilək. Heç bir şərt altında Zəhra balamızın qanı yerdə qalmamalıdır. Ermənilərin və onların havadarlarının cəzalarını almasına çox az qalıb. Hadisə baş verən gündən bu günə qədər erməni sosial şəbəkələrində ermənilərin 2 yaşında qız uşağına yazdığı təhqiredici sözlər bir daha göstərir ki, onlar vandal bir millətdir. Artıq ermənilərə gücümüzü göstərməyin vaxtı çatıb".
Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan üzrə təmsilçisi Afaq Fərzəlibəyova qəzetimizə açıqlamasında bildirdi ki, Z.Quliyeva və onun nənəsi S.Quliyevanın ölümü on illər ərzində bu münaqişədən zərər çəkən bütün insanların əziyyəti və ölümü kimi çox ağır faciədir: "Düşmənin mülki şəxsləri hədəf alan hərəkəti vandalizm və vəhşilik nümunəsidir. Bu onların acizliyini və vəhşiliyini növbəti dəfə sübut edir. Onlar körpə uşağı və qadını qətlə yetirməsindən utanan bir millət deyil. Onlarda utanc hissi olsa idi, sosial şəbəkə vasitəsilə uşaq haqqında xoşagəlməz ifadələr işlətməzdilər. Əslində, o şərhləri yazanların necə bir millət olduğu bir daha dünyaya məlum olur. Bu məsələyə aktiv sosial şəbəkə istifadəçiləri çox həssaslıqla yanaşmalıdır. Ermənilərin yazdığı hər bir şərhə elə bir cavab verilməlidir ki, onlar uşaq qatili olduğunu anlasın".
A.Fərzəlibəyovanın sözlərinə görə, bütün sosial şəbəkə istifadəçiləri 2 yaşlı Z.Quliyevanın ermənilər tərəfindən necə qətlə yetirilməsini mütamadi olaraq yaymalıdır ki, başqa dövlətlərin sosial şəbəkə istifadəçiləri ermənilərin uşaq qatili olduğunu bilsin. Dünya uşaq ölümünə göz yummasın.
Günel CƏLİLOVA