Amerikalı ekspert Alxanlı qətliamı ilə bağlı ATƏT PA və ABŞ Departamentinə çağırış etdi – “…qəti mövqe nümayiş etdirin”

Piter Teys ermənilərin Alxanlı qətliamını Avropanın demokratiya dəyərlərinə ciddi zərbə adlandırdı

img

Erməni qoşunları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş amansız zorakılıq aktı Qərbi Avropa demokratiya dəyərlərinə ciddi zərbədir. Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməli və bu ölkənin hökumətinə təzyiqləri artırmalıdır.

P.Teys hesab edir ki, ATƏT-in Parlament Assambleyası Serj Sarkisyan administrasiyası tərəfindən dəfələrlə törədilmiş zorakılıq aktlarını pisləyən qətnamə verməlidir.

O həmçinin əlavə edib ki, ABŞ Dövlət Departamenti regionda sülh və stabilliyi müdafiə edən qəti mövqe nümayiş etdirməli və ikili standartların tətbiq olunmasını dayandırmalıdır.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Son xəbərlər