Akif Nağı: "Həmsədrlərin səsləndirdiyi bəyanat onu sübut edir ki, artıq onlara ümid etmək olmaz"
Vahid Əhmədov: "ATƏT-in Minsk Qrupunun dinc vətəndaşların ölümü ilə bağlı açıqlaması, əslində, onların ikili siyasətinin bəyanatıdır"
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndini minaatan və qumbaraatanlardan atəşə tutaraq, mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlakın qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədib. Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs - 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı ATƏT-in Minsk Qrupu isə həmişəki ampluasında qalaraq qısa bir bəyanat yayıb. Onların yaydığı bəyanatda deyilir: "Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejimini pozmağı dayandırmağa çağırırıq".
Minsk Qrupu həmsədrlərinin məlum hadisə ilə bağlı bir cümləlik bəyanat yayması ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanır.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, həmsədrlərin səsləndirdiyi bəyanat onu sübut edir ki, artıq onlara ümid etmək olmaz: "Hesab edirəm ki, beynəlxalq dələduzluqla məşğul olan bir qrupdur. Minsk Qrupu həmsədrlərinin gözünün qarşısında ermənilər dinc əhaliyə qarşı vəhşilik törədib. Hadisə zamanı bir qadın dünyasını dəyişib və 2 yaşlı körpənin həlak olması bizi daha çox yandırır. Düzdür, hər kəs bizim üçün əzizdir. Ermənilərin vəhşi bir millət olmasını Zəhra balanın ölümü bir daha nümayiş etdirdi. Ermənilər uşaq qatilidir. Təəssüf ki, həmsədrlər ermənilərin uşaq qatili olmasını demək istəmir. Onlar bizim ölkəyə ermənilərin nümayəndəsi kimi gəlir. Onların tərəfini saxlayan həmsədrlər bizim ölkəyə gəlməməlidir".
Həmsöhbətimizin sözlərinə görə, 2 yaşlı Zəhranın ölümü Azərbaycan xalqının səbr kasasında son damla oldu: "Bundan sonra nə Minsk Qrupu, nə də ki, başqa bir quruma etibar etməliyik. Dəfələrlə açıqlamalarımda bildirmişəm ki, Qarabağın savaşdan başqa yolu yoxdur".
Millət vəkili Vahid Əhmədov bildirdi ki, Füzulinin Alxanlı kəndində iki dinc sakinin ölümü, birinin isə ağır yaralanması ağır hadisədir. Bu, erməni vandalizminin növbəti nümunəsidir. Amma yeni Zəhralarımız ölməsin, analar gözü yaşlı qalmasın deyə, bu vandallığa son qoyulmalıdır: "ATƏT-in Minsk Qrupu isə bu vəhşiliyin qabağında həmişəki, heç bir işə yaramayan bəyanat yayıb. Onlar tərəfləri danışıqlar masasına oturmağa çağırır. Mən hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun dinc vətəndaşların ölümü ilə bağlı açıqlaması, əslində, onların ikili siyasətinin bəyanatıdır. Dinc əhaliyə qarşı edilən bu vəhşilik qətiyyətlə pislənməli, günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Beynəlxalq aləm məsələyə göz yummamalıdır. Mən, ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun bəyanatını qəbul etmirəm".
Günel CƏLİLOVA