Elşən Mustafayev: "Onlar bu vasitələrdən istifadə üzrə dünyada ad çıxarmış millətdir"
Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər: "Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bəyan edirik ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək".
Göründüyü kimi, ölkənin mühüm qurumlarının yaydığı birgə bəyanatda qeyd edilir ki, Ermənistanın ölkəmizin ərazisində keçirmək istədiyi diversiya, terror əməllərinin qarşısı alınıb. Məlumdur ki, Ermənistan uzun müddətdir sülh danışıqları prosesində qeyri-konstruktivlik nümayiş etdirir. Ancaq həm də anlayır ki, müxtəlif bəhanələrlə dünya ictimaiyyətini sona qədər aldatmaq olmaz. Çox güman ki, düşmən ölkəmizdə bu cür terror, təxribat aksiyalarını planlaşdırmaqla Dağlıq Qarabağla bağlı danışıqlar prosesini bir qədər də dalana dirəməyi planlayıb. İfşa olunan planları Ermənistanın sülh danışıqlarından yayınma taktikası kimi dəyərləndirmək olarmı?
Ekspert Elşən Mustafayevin fikrincə, bu tam ağlabatan versiyadır: "Çünki Ermənistan diplomatiyası artıq dalana dirəndiyini hiss edir. Demək olar ki, manevr imkanları belə qalmayıb. Bu günlərdə ölkə rəsmisi Novruz Məmmədovun verdiyi bir açıqlama xüsusilə diqqəti çəkdi. O bildirdi ki, Rusiyanın da Ermənistana etdiyi təzyiqlər fayda vermir. Deməli, artıq Ermənistana əvvəlki havadarları belə təzyiq göstərir. Ancaq Ermənistan bütün bu proseslərdən müxtəlif bəhanələrlə yayınır. Artıq dərk edir ki, yaxın vaxtlarda onu zorla danışıqlar masasına əyləşdirə bilərlər. Bu səbəbdən də belə diversiyaları planlaşdırmaqla, diqqəti başqa istiqamətə yayındırmaq istəyir. Terror Ermənistan üçün yeni bir taktika deyil. Onlar bu vasitələrdən istifadə üzrə dünyada ad çıxarmış millətdir. ASALA adlı terror təşkilatının törətdiyi qanlı əməllər kifayət edir ki, erməni xisləti barədə təsəvvür yaransın. Müstəqilliyin ilk illərində ermənilər bizə qarşı bir neçə terror aktı həyata keçirə bilib. Metronun partladılması nəticəsində xeyli sayda dinc insan dünyasını dəyişdi.
Çox sevindirici haldır ki, ölkənin əlaqədar qurumları düşmənin bu son planının qarşısını ala bilib".
Məhəmmədəli QƏRİBLİ