Prezident İlham Əliyevin Cocuq Mərcanlının bərpası qərarına Amerika ekspertindən maraqlı reaksiya gəldi

Amerikalı ekspert dünya ictimaiyyətini Ermənistanın "konyak" diplomatiyasını pisləməyə çağırıb

img

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Ermənistan nümayəndə heyətinin davranışı qəbulolunmazdır, dünya ictimaiyyəti AŞ PA tərəfindən qəbul edilmiş mədəni və mənəvi dəyərləri pozan fəaliyyətinə görə Ermənistanı pisləməlidir. Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti, siyasi analitik Piter Teys deyib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti demək olar ki, həmişə erməni siyasi elitasının rüşvətxorluğuna göz yumur.

Ekspert hesab edir ki, gələcəkdə bu cür halların qarşısının alınması üçün lazımi tədbirlər görülməlidir.

Qeyd edək ki, bir neçə gün əvvəl AŞ PA-nın qış sessiyası zamanı Ermənistan nümayəndə heyətinin üzvləri Ukrayna nümayəndə heyətinin rəhbəri Vladimir Aryevə təzyiq göstərərək Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımamasına çağırıb.

Bu barədə öz "Facebook" səhifəsində yazan V.Aryev erməni nümayəndələrin onu konyakla ələ almağa çalışdıqlarını yazıb.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı təşəbbüsü tarixi addımdır. Bunu da siyasi analitik Piter Teys deyib.

Ekspert əminliyini bildirib ki, Azərbaycan Maliyyə Nazirliyi və digər dövlət qurumları kəndin bərpası və sakinlərin öz evlərinə qayıtması proqramını effektiv şəkildə icra edəcək.

O deyib: “Prezidentin işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı bu qərarı təqdirəlayiqdir. Gələcəkdə buraya yatırılan vəsaitlər Azərbaycanın daxili iqtisadiyyatının inkişafına kömək edəcək”.

P.Teysin fikrincə, beynəlxalq ictimaiyyət, eləcə də Avropa İttifaqı xüsusi fondlar yaratmaqla Azərbaycana öz dəstəyini nümayiş etdirməlidir.

Son xəbərlər