Fransa Konstitusiya Məhkəməsi 1915 hadisələrini də əhatə edən qanunla əlaqədar qərar verib.
Baki-xeber.com xəbər verir ki, Konstitusiya Məhkəməsi, 1915 hadisələri ilə bağlı erməni iddialarını da əhatə edən "bəzi cinayətlərin rəddinin cinayət sayılması" ilə bağlı qanunu ləğv edib.
Konstitusiya Məhkəməsinin qərarında, nifrətə təşviqlə əlaqədar qanun olduğu halda, belə bir qanunun gərəksiz olduğu vurğulanır: “Bu qanun, törədildiyi zaman cinayət hesab edilməyən hadisələr haqqında danışanların cəzalandırılmasına yolu açır. Eyni zamanda qanun normalda tarixi mübahisələrlə həll edilməsi lazım olan hadisə və ifadələrlə bağlı da qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən bu qanun, ifadə azadlığına gərəksiz hücumdur”.