çərşənbə günü, 18 noyabr 2026
     

Azərbaycan XİN Minsk Qrupunun BMT TŞ mandatından kənara çıxdığını rəsmi bəyan etdi

Image


Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinin icra edilməməsi və bunun Minsk prosesinə təsiri haqqında bəyanat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, bəyanatda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə, həmçinin beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır:

"Qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Dağlıq Qarabağ region onun bir hissəsi olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq edib və xüsusilə beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipini və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini bir daha vurğulayaraq işğalçı Ermənistan qoşunlarının Azərbaycan işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

ATƏT-in Minsk Konfransının sədri Mario Rafaelli 1993-cü il iyulunda verdiyi bəyanatında bildirmişdi ki, bu yaxınlarda zor gücünə ələ keçirilmiş ərazilərin dərhal azad edilməsi “sülh daşıqlarının irəliləməsini təmin edəcək əsas amildir” (BMT sənədi S/26184).

Beləliklə, Azərbaycanın sülh danışıqlarında iştirak etməsində başlıca məqsəd işğalçı Ermənistan qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsidir. Sülh Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü bərpa etməlidir. ATƏT-in Minsk qrupu və həmsədrlərin BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş çərçivədən yayınmaları onlara həvalə edilmiş mandatı pozur və bu, münaqişənin həlli prosesinə ciddi təsir göstərə bilər. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrasına qayıtmalı və bu əsasda hər iki tərəfi substantiv nəticə yönümlü danışıqlara cəlb etməlidir.

Son zamanlar Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinin olmaması barədə bir çox bəyanatlar yayılıb. Biz də buna inanmaq istərdik. Sülh prosesinin bu istiqamətə yönəlməsi sual doğurur. BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş əsas elementlərə əsaslanırmı? Danışıqlar prosesində irəliləyişə nail olmağa maneə törədən nədir və ATƏT iştirakçı dövlətləri ümumiyyətlə sülh məsələsində maraqlıdırlarmı? Əgər cavab müsbətdirsə, o halda nə üçün münaqişənin hərbi yolla həllini görməyənlər sülhün əldə edilməsinə olan maneələrin aradan qaldırlması ilə bağlı Azərbaycan tərəfinin müraciətlərinə məhəl qoymamaqda davam edirlər? Bunlar, münaqişənin hərbi yolu yoxdur kimi mühakimələr irəli sürmədən öncə dürüst cavabı tapılmalı olan suallardır.

BMT Təhlükəsizlik Şurası tamamilə aydın şəkildə bəyan edib ki, Azərbaycan ərazilərinə qarşı güc tətbiq edilməsi heç bir halda hüquqi təsir yaratmır; Ermənistanın fəaliyyəti qeyri-qanunidir və beynəlxalq münasibətlərdə hərbi gücdən istifadənin qadağan edilməsi ilə bir araya sığmır, BMT nizamnaməsi və onun məqsədləri ilə ziddiyyət təşkil edir; bunlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün, konkret olaraq BMT nizamnaməsinin 2(4)-ci maddəsinin açıq pozuntusunu təşkil edir.

Gücdən istifadə etməmə prinsipinin işğala əsaslanan status-kvosunun dondurulması məqsədilə təhrif edilməsi qəbuledilməz, əks nəticə verən və çox təhlükəli yanaşmadır. Bir dövlət beynəlxalq münaqişənin sülh yolu ilə həll edilməsi kimi öhdəliklərinə etinasız yanaşdığı halda və ondan sonra hüquqa zidd bir şəkildə digər dövlətin ərazilərini işğal etmək üçün gücdən istifadə etdikdə, sülh prosesində irəliləyiş olmadığı və təcavüzkara təzyiq edilmədiyi şəraitdə təcavüzkar dövlətə münasibətdə təcavüzün qurbanı olan dövlətin gücdən istifadə etməməyə dair öhdəliyə riayət etməsini iddia etmək ən azından yersizdir.

Ermənistan Azərbaycan torpaqlarının işğalını möhkəmləndirməklə gücdən istifadə etməmək prinsipini kobud şəkildə pozur, yüz minlərlə Azərbaycanlı məcburi köçkünün Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş 7 rayonundakı öz doğma yurd-yuvasına geri dönməsinə imkan vermir, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişməyə yönəlik davamlı səylər göstərir, onların Azərbaycana aid mədəni və tarixi köklərinin əlamətlərini yox edir və öz mənfəəti üçün bu ərazilərdə istisamar işi ilə məşğul olur və oranın sərvətlərini talayır. ATƏT-də çox az sayda nümayəndə heyyətləri Ermənistanın belə davranışlarından narahatçılıq ifadə edib və ondan öz silahlı qüvvələrini işğal etdiyi ərazilərdən çıxartmağı tələb edib.

Buna görə də münaqişənin həlli kontekstində gücdən istifadə etməmək haqqında danışanlar ilk növbədə Azərbaycan ərazilərinin hərbi işğalı amilini aradan qaldırmalıdır. Əgər onlar Ermənistan qoşunlarının işğal olunmuş ərazilərindən çıxarılmasına və sülh prosesinə təhdid yaradan digər çoxsaylı çağırışların həllinə qadir deyillərsə, Azərbaycanın öz torpaqlarını müdafiə etmək və istənilən vasitə ilə öz vətəndaşlarını qorumaq hüququ var. Əgər sülh prosesi status kvonu dəyişməkdə uğursuzluğa düçar olarsa, BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb edildiyi kimi bizim status-kvonu dəyişmək hüququmuz vardır.

Gücdən istifadənin nəticəsində meydana çıxan və işğala əsaslanan status-kvo BMT Təhlükəsizlik Şurası tərəfindən qanunsuz təsbit edildiyi səbəbindən münaqişənin həlli üçün əsas hesab edilə bilməz. Xarici işlər naziri Elmar Məmmədyarovun bu günlərdə qeyd etdiyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması beynəlxalq ictimaiyyətin tələbidir və heç bir halda güzəşt kimi təqdim edilə bilməz və ya qoşunların çıxarılmasını siyasi məsələlərin həllinə bağlayaraq sövdələşmə predmeti kimi istifadə edilə bilməz.

Nazir Elmar Məmmədyarov həmçinin vurğuladı ki, həmsədr ölkələrin məsələyə tam ciddiyətlə yanaşacaqları təqdirdə, işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılması təmin olunacaqdır".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

17.11.2026 / 17:36
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ