çərşənbə günü, 18 noyabr 2026
     

Rusiya-İran ittifaqı parçalanır...

Image


Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Suriya sülh danışıqlarına sayılı günlər qaldı. Bununla əlaqədar artıq hazırlıqlar da son mərhələyə yaxınlaşır.

Baki-xeber.com xəbər verir ki, indiyə kimi Rusiya, Türkiyə və İranın birgə hazırladığı danışıqlarda ABŞ-ı görmək istəməyən Moskva indi fərqli mövqe sərgiləməyə başlayıb. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov yeni ABŞ administrasiyasının da Astanada keçiriləcək Suriya danışıqlarına dəvət edilə biləcəyini deyib. Lavrov bildirib ki, Tramp rəhbərliyi Astanadaki Suriya sülh danışıqlarına dəvət edilməlidir.

"Rusiya və Tramp rəhbərliyinin Suriyada, Obama rəhbərliyinə nisbətən daha çox əməkdaşlıq etməsini ümid edirəm. Rusiya, Trampın beynəlxalq terrorizmlə mübarizəni prioritet olaraq görməsini xoş qarşılayar. Tramp administrasiyasının Astanadaki sülh danışıqlarına dəvət edilməsinin doğru olacağını düşünürəm. Onların da bu dəvəti qəbul edəcəyini ümid edirəm" – deyə Lavrov bildirib.

"Rusiya, Türkiyə və İran imzalanan atəşkəs razılaşmasının qarant olaraq Astanada keçiriləcək danışıqlara BMT və ABŞ-ın yeni rəhbərliyinin nümayəndələrini dəvət etməyi düşünürük. ABŞ-ın yeni rəhbərliyinin mütəxəssis səviyyəsində danışıqlara qatılmasını gözləyirik, bu da bizim ilk təmasımız olacaq" deyib Lavrov.

Tramp administrasiyası da bu təklifə isti yanaşır. Belə ki, Tramp administrasiyasına yaxın mənbə bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Astanada keçiriləcək Suriyaya dair danışıqlarda iştirak etməklə bağlı rəsmi dəvət alacağı təqdirdə bu dəvəti nəzərdən keçirəcək. Lakin Suriya böhranı ilə bağlı ABŞ-ın aydın yanaşması formalaşana qədər heç bir danışıqlarda iştirak etməyəcək.

Lavrovun açıqlamasında sonra Türkiyə də ABŞ-ın danışıqlarda iştirakının tərəfdarı olduğunu bəyan edib. Ancaq Moskvanın əsas müttəfiqlərində sayılan Tehran ABŞ-ın Suriya danışıqlarında iştirakına qarşı çıxır. İranın xarici işlər naziri Cavad Zərif bəyan edib ki, Tehran Suriya danışıqlarında ABŞ-ın iştirakını istəmir. "Biz ABŞ-ı bu danışıqlara dəvət etməmişik və bu ölkənin görüşdə iştirakının əleyhinəyik" - C.Zərif deyib.

Bu isə Suriya məsələsində Tehranla Moskva arasında ziddiyyətlərə daha birinin əlavə olunması deməkdir. Tehran əvvəldən Moskva və Ankaradan fərqli olaraq Suriyada rejim dəyişikliyinə də qarşı çıxır. Bu isə Astanada ciddi bir irəliləyişin əldə olunmasının qarşısını alır.

Bütün bunların fonunda, Rusiya və Türkiyə Suriyanın gələcəyinin müəyyən olunmasında lider rolunu daha da gücləndirir. Ankara və Moskvanın atəşkəs razılaşmasına daxil edilməyən İŞİD-ə qarşı ilk dəfə ortaq əməliyyat keçirib. “Kommersant” qəzeti yazır ki, Moskva üçün Ankara ilə qurulan yeni ittifaq böyük əhəmiyyət daşıyır və bəzi hədəflərin reallaşdırılmasını təmin edir ki, bunlar arasında Qərb və İranın bölgədəki rolunu məhdudlaşdırmaq da yer alır:  “Əsədin Ankaranın vasitəçiliyini tanımadığı, Tehranın Türkiyənin Suriyadakı hərbi varlığını və Ərdoğanın İran tərəfdarı silahlı qrupları ölkədən çıxarma cəhdlərini qəbul etmədiyi halda, Rusiya ilə Türkiyə arasındakı siyasi yaxınlaşma böyük önəm qazandı. Moskva və Ankara, Suriyada İŞİD-ə qarşı ilk dəfə hərbi müttəfiq qismində əməliyyatlar da keçirdi. Bir-biri ilə 12 dəfə müharibə meydanlarında üz-üzə gələn iki ölkənin tarixində, çox nadir rast gəlinən hərbi ittifaq quruldu. Suriyanın şimalından gələn açıqlamalar isə hər kəs üçün gözlənilməz oldu: "İŞİD-in əlindəki Əl Babda əməliyyat keçirən Türkiyə ordusu, dekabr sonundan etibarən Rusiya Silahlı Qüvvələrindən nizamlı dəstək almağa başladı".

Mövcud vəziyyətdəki ziddiyyət, Türkiyənin NATO üzvü olması və Suriyada fəaliyyət göstərən ABŞ-ın dəstəyini almasıdır. Ancaq bu mövzuda problemlər yaşandı. Türkiyə rəsmiləri, Əl Bab əməliyyatına havadan dəstək tələblərinin cavabsız qalmasına görə, Vaşinqtonu günahlandırdı. Pentaqon isə ABŞ-ın köməyə hazır olduğunu, ancaq Türkiyədən bir tələb gəlmədiyini iddia etdi. Bir müddət əvvəl isə “Washington Post” qəzeti ABŞ rəhbərliyindəki mənbəyə istinadən, NATO ölkələrinin Türkiyəyə İŞİD-lə mübarizədə dəstəyi artırmaq qərarı veriyini yazdı. Bu qarara uyğun olaraq ABŞ, Suriyanın şimalındakı müxaliflərlə bağlı məlumatları Türkiyəyə təqdim etmək üçün havadan kəşflərə başlayıb. ABŞ ordu məsləhətçilərini də Əl Baba göndərməyi planlaşdırır. ABŞ-ın Türkiyəyə dəstəyi hələ planlaşdırma mərhələsindədir, ancaq Əl Babda Rusiya-Türkiyə əməkdaşlıq konkret olaraq formalaşmağa başlayıb”.

Rusiya və Türkiyənin zəfər əldə edilənə qədər davam etdirməyi planlaşdırdığı Əl Babdakı ortaq əməliyyatı isə Moskva-Ankara-Tehran üçbucağında daha çox parçalanma yaratmağa başlayıb. Çünki Dəməşqin razılığını almadan Suriyaya girən Türkiyə ordusunun bu ölkədə qanunsuz olaraq əməliyyatlar keçirdiyini iddia edən İran, geri addım atmaq niyyətində deyil. Rusiya isə bu vəziyyətə fərqli mövqedən yanaşır. Moskva üçün əsas hədəf İŞİD-lə mübarizədir, ancaq tək prioritet bu deyil. Moskva üçün Ankara ilə qurulan ittifaq bəzi hədəflərin reallaşdırılmasını da təmin edir. Bu hədəflər sırasında, Qərbin Suriya böhranının həll təşəbbüsünü əlinə almasının qarşısını almaq və Astanada Əsədin ömürlük iqtidarda qalması mövzusunda zəmanət almağa çalışan İranın rolunu məhdudlaşdırmaq əsas yer alır.

İran da artıq Rusiyanın Suriyadakı proseslərlə bağlı daha çox Türkiyə ilə yaxınlaşmasında narahat olmağa başlayıb. Tehran bununla yanaşı İranın müzakirələrin xaricində saxlanmasından da narahatdır. İran İnqilab Keşikçiləri Korpusunun keçmiş rəhbərlərindən Muhsin Rızaiyə yaxınlığı ilə bilinən “Tabnak” saytı Suriyada İranla Rusiyanın maraqlarının toqquşduğunu yazır. Qeyd edilir ki, Türkiyə ilə İran arasında Əsədin gələcəyilə bağlı fikir ayrılığı mövcuddur və Moskva tərəfindən Türkiyənin Suriya prosesinə cəlb edilməsi İranın mənfəətlərinə zidddir.

Yazıda Türkiyənin Qafqazda və NATO ilə qarşıdurmalarında Rusiyanın mənfəətləri baxımından əhəmiyyətli müttəfiq olduğu ifadə edilir: "Türkiyə, Rusiya üçün İrandan daha önəmlidir. Rusiyanın Suriya məsələsində Tehranla yox, daha çox Ankara ilə əməkdaşlığa üstünlük verməsi bunun göstəricisidir".

Qeyd edilir ki, Rusiyanın bu seçimi beş ildir Suriyada fəaliyyət göstərən İranın maraqlarına ziddir.

ABŞ-ın Astana danışıqlarına dəvət olunması ilə bağlı Moskva və Tehrandan gələn son açıqlamalar isə iki ölkə arasında dərin fikir ayrılığı olduğunu gün üzərinə çıxarır.

TAHİR



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

17.11.2026 / 17:36
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ