çərşənbə günü, 18 noyabr 2026
     

Türk par­la­men­ta­rizm ənə­nə­si və TÜRKPA

Image


Ca­van­şir Fey­zi­yev,
Mil­li Məc­li­sin de­pu­ta­tı, fəl­sə­fə dok­to­ru
MM-in TÜRKPA nü­ma­yən­də he­yə­ti­nin üz­vü.

 

Qə­dim za­man­lar­dan bu gü­nü­mü­zə­dək cə­miy­yət və döv­lət hə­ya­tın­da baş ve­rən ic­ti­mai-si­ya­si transfor­ma­si­ya ha­di­sə­lə­ri döv­lət ida­rə­çi­lik insti­tut­la­rı­nın fə­a­liy­yə­tin­də də­rin məz­mun də­yi­şik­li­yi­nə, o cüm­lə­dən si­ya­si ida­rə­et­mə­də iş­ti­rak­çı­lıq da­i­rə­si­nin da­vam­lı ola­raq ge­niş­lən­mə­si­nə sə­bəb ol­muş­dur.

Bu pro­ses­lə­rin ge­di­şin­də par­la­men­ta­rizm ənə­nə­lə­ri­nin ya­ran­ma­sı döv­lə­tin ida­rə olun­ma­sın­da bü­tün ma­raq­lı tə­rəf­lə­rin iş­ti­ra­kı­nı sti­mul­laş­dır­mış­dır. Ey­ni za­man­da, bu ənə­nə di­a­loq və əmək­daş­lıq mü­hi­tin­də möv­cud fi­kir ay­rı­lıq­la­rı­nın fə­al mü­za­ki­rə­si­nə im­kan ya­rat­mış, si­ya­si ida­rə­et­mə­də güc­lər ara­sın­da ba­lans for­ma­laş­dır­mış­dır. Be­lə­lik­lə, il­kin par­la­men­ta­rizm prin­sip­lə­ri son­ra­kı yü­zil­lik­lər bo­yu özü­nün tə­ka­mül pro­se­sin­də müx­tə­lif is­ti­qa­mət­li si­ya­si-ide­o­lo­ji ba­xış­la­rın for­ma­laş­ma­sı üçün tə­məl ro­lu oy­na­mış­dır. 

Pro­to-par­la­men­tar qu­ru­luş­la­ra hə­lə era­mız­dan əv­vəl qə­dim Yu­na­nıs­tan­da, Ro­ma­da, Me­so­po­ta­mi­ya­da rast gəl­mək müm­kün­dür. Hə­min qu­ru­luş­lar bir­ba­şa xalq tə­rə­fin­dən se­çil­mə­sə də, si­ya­si ha­ki­miy­yət­də mə­su­liy­yət­li ida­rə­et­mə təc­rü­bə­si­nin for­ma­laş­ma­sı­na yol aç­mış­dır. Da­ha son­ra­kı dövrlər­də bu tə­si­sat­lar tək­mil­ləş­miş ida­rə­et­mə insti­tut­la­rı ki­mi ha­ki­miy­yət böl­gü­sün­də si­ya­si möv­qe­lə­ri­ni güc­lən­dir­miş­lər. 930-cu il­də İs­lan­di­ya­da ya­ra­dıl­mış Al­tinq (Ümu­mi Yı­ğın­caq),  1215-ci il­də İn­gil­tə­rə­də Bö­yük Azad­lıq Xar­ti­ya­sı­nın (Mag­na Car­ta) qə­bul edil­mə­sin­dən son­ra ya­ra­nan Par­la­ment, 1278-ci il­də Fran­sa­da tə­sis olun­muş Pa­ris Par­la­men­ti kral ha­ki­miy­yə­ti­nin məh­dud­laş­dı­rıl­ma­sın­da önəm­li rol oy­na­ya­raq, dar miq­yas­da da ol­sa, de­mok­ra­ti­ya ide­ya­la­rı­nın ya­yıl­ma­sı­na və tə­şək­kül tap­ma­sı­na sə­bəb ol­muş­dur.

Hə­min dövrlər­də döv­lət ida­rə­et­mə­si ilə əla­qə­dar baş ve­rən transfor­ma­tiv də­yi­şik­lik­lər tək­cə Av­ro­pa mə­ka­nı ilə məh­dud­laş­ma­mış­dır. İc­ti­mai-si­ya­si ya­şa­mın­da pas­si­o­nar­lı­ğı ilə se­çi­lən türklər də tək­cə zən­gin mə­də­ni ir­si ilə de­yil, ey­ni za­man­da, qə­dim döv­lət­çi­lik ta­rix­lə­ri ilə Av­ra­si­ya mə­ka­nı­nın bö­yük bir his­sə­sin­də də­rin ta­ri­xi iz qoy­ma­ğı ba­car­mış­lar. Yu­xa­rı­da qeyd olu­nan tə­si­sat­la­ra ox­şar, bə­zi hal­lar­da on­la­rın fə­a­liy­yət və tə­sir da­i­rə­sin­dən da­ha ge­niş olan struk­tur­la­ra qə­dim və or­ta əsr türk döv­lət­lə­rin­də də rast gəl­mək müm­kün­dür. Qə­dim türk döv­lət­çi­lik ta­ri­xin­də mü­hüm ic­ti­mai-si­ya­si tə­sir im­kan­la­rı­na ma­lik olan "Gə­nə­şək" hə­min tə­si­sat­la­rın bi­zə mə­lum olan ən il­kin nü­mu­nə­si­dir. "Gə­nə­şək" - mü­a­sir Azər­bay­can türkcə­sin­də və bir sı­ra türk dil­lə­rin­də iş­lə­di­lən söz ol­maq­la, "gə­nəş­mək" fe­lin­dən ya­ran­mış­dır. Bu gü­nü­müz­də də "məs­lə­hət­ləş­mək, mü­za­ki­rə aç­maq, çö­zü­mü da­ha ge­niş are­na­ya çı­xa­ra­raq ümu­mi, yek­dil rə­yə gəl­mək" mə­na­sın­da iş­lə­di­lir. Klas­sik türk döv­lət­çi­li­yi­nin for­ma­laş­dır­dı­ğı bir də­yər ki­mi bu tə­si­sat si­ya­si ida­rə­et­mə­də kol­lek­tiv­çi­li­yi, top­lum­sal iş­ti­ra­kı təş­viq edir­di. Ka­ğan­lar bir çox qə­rar­la­rı ali ha­ki­miy­yət sə­viy­yə­sin­də Gə­nə­şək (məş­və­rət) ke­çir­dik­dən son­ra qə­bul edir­di­lər. Gö­rün­dü­yü ki­mi, bö­yük im­pe­ri­ya­lar ya­rat­mış və ida­rə et­miş türk hökmdar­la­rı da öz ira­də­si­ni müt­lə­qiy­yət­çi­lik əsa­sın­da hə­ya­ta ke­çi­rən ti­ran­lar ki­mi çı­xış et­mir, ək­si­nə, ida­rə­et­mə iş­lə­rin­də bir qay­da ola­raq gə­nə­şə­yə üs­tün­lük ve­rir­di­lər. Bu isə qə­bul olun­muş qə­rar­la­rın praq­ma­tik­li­yi­ni tə­min edir, mə­su­liy­yət­li ida­rə­et­mə ənə­nə­si­ni for­ma­laş­dı­rır və türk döv­lət­çi­li­yi­ni in­ki­şaf et­di­rir­di.

Ta­ri­xi mən­bə­lər­də türk döv­lət məc­lis­lə­ri ba­rə­də il­kin mə­lu­mat­lar Bö­yük Hun im­pe­ri­ya­sı dö­nə­mi­nə tə­sa­düf edir. Hə­min dövr üçün ki­fa­yət qə­dər mü­kəm­məl ida­rə­et­mə sis­te­mi­nə ma­lik olan Bö­yük Hun im­pe­ri­ya­sın­da döv­lət əhə­miy­yət­li bü­tün mə­sə­lə­lər Qu­rul­tay­lar­da ("Ku­rul­tay") mü­za­ki­rə olu­nur­du. Qu­rul­tay­lar ka­ğan tə­rə­fin­dən hər il üç də­fə ça­ğı­rı­lır­dı. Ye­ni hökmda­rın se­çil­mə­si də hə­min Qu­rul­tay­lar­da hə­ya­ta ke­çi­ri­lir­di. Bu yı­ğın­caq­la­ra, şah­za­də­lər­lə ya­na­şı, im­pe­ri­ya­nın nü­fuz­lu şəxslə­ri, hər­bi və mül­ki və­zi­fə sa­hib­lə­ri, ağ­saq­qal­lar da qa­tı­lır­dı. Gə­nə­şə­yin so­si­al mo­de­li ki­mi çı­xış edən Qu­rul­tay­lar ey­ni za­man­da mül­ki prob­lem­lə­ri araş­dı­ran tə­si­sat funksi­ya­sı­nı ye­ri­nə ye­ti­rir­di. Türklə­rin ic­ti­mai, si­ya­si, mə­nə­vi hə­ya­tı­nın uni­ver­sal ni­za­mı­nı ya­ra­dan, adət, ənə­nə və dav­ra­nış­lar top­lu­su olan "Tö­rə" üç əsas mən­bə­dən - xalqdan, qu­rul­tay­dan və ka­ğan­dan qay­naq­la­nır­dı. Tö­rə­yə əsa­sən, Qu­rul­tay ça­ğır­maq ka­ğa­nın əsas və­zi­fə­lə­rin­dən bi­ri he­sab olu­nur­du. Hun­lar və Göy­türklər dö­nə­min­də Qu­rul­ta­yın qa­nun­ve­ri­ci­lik sə­la­hiy­yət­lə­ri o qə­dər güc­lü idi ki, ka­ğan tə­rə­fin­dən qə­bul olu­nan qə­rar­lar yal­nız Qu­rul­ta­yın ra­zı­lı­ğı ilə qüv­və­yə mi­nir­di. Şüb­hə­siz ki, mü­hüm si­ya­si qə­rar­la­rın hökmdar tə­rə­fin­dən tək­ba­şı­na de­yil, təd­bir­li döv­lət adam­la­rı­nın iş­ti­ra­kı ilə or­taq bir stra­te­gi­ya mü­əy­yən­ləş­di­ril­mə­sin­dən son­ra qə­bul olun­ma­sı əs­ki türklə­rin ge­niş bir re­gi­on­da ge­o­po­li­tik nü­fuz qa­zan­ma­sı­na və qüd­rət­li döv­lət­lər qu­ra bil­mə­si­nə zə­min ya­rat­mış­dır.

Cə­sa­rət­li qə­rar­la­rı ilə Av­ra­si­ya ta­ri­xi­nin son­ra­kı ge­di­şi­nə yön ver­miş, əc­da­dı Çin­giz xan­dan son­ra Av­ra­si­ya­da ən bö­yük əra­zi­lə­ri fəth et­miş Əmir Tey­mu­run (Tey­mur-Lən­gin) mü­a­sir an­lam­da par­la­men­ti və hər­bi şu­ra­nı əvəz edən Gə­nə­şə­yi var idi. Ta­rix­dən mə­lum­dur ki, döv­lət və or­du rəh­bər­lə­ri "Gə­nə­şək"də top­la­şıb mü­za­ki­rə­lər apa­rır, məs­lə­hət­lə­şir, son qə­ra­rı qə­bul et­mək üçün hökmda­ra mü­va­fiq töv­si­yə­lə­ri­ni ve­rir­di­lər. Qə­dim türk döv­lət məc­lis­lə­rin­dən bi­ri də "Toy" ad­la­nır­dı. "Ki­ta­bi-Də­də Qor­qud" das­ta­nın­da da bəhs olu­nan "Toy" oğuz türklə­ri­nin önəm­li si­ya­si, hər­bi, in­zi­ba­ti mə­sə­lə­lə­ri mü­za­ki­rə et­di­yi bir top­lan­tı idi. Ox­şar funksi­ya­la­rı hə­ya­ta ke­çi­rən tə­si­sat­lar son­ra­kı dövrlər­də "Se­çi­lən­lər Məc­li­si", "İx­ti­yar­lar Məc­li­si", "Məş­və­rət­çi Şu­ra", "Di­va­ni-Hu­ma­yun" adı al­tın­da türk döv­lət­lə­rin­də si­ya­si ha­ki­miy­yə­tin apa­rı­cı ele­mentlə­ri ol­muş­lar. Mə­sə­lən, or­ta əsr türk döv­lət­lə­rin­dən olan Ağ­qo­yun­lu döv­lə­tin­də mü­hüm ic­ti­mai-si­ya­si mə­sə­lə­lər sa­ray­da fə­a­liy­yət gös­tə­rən Bö­yük Di­van­da mü­za­ki­rə edi­lir və ye­kun qə­rar qə­bul edi­lir­di. Os­man­lı im­pe­ri­ya­sın­da par­la­ment tip­li ilk məc­lis ki­mi ta­nı­nan "Məc­li­si-ümu­mi" 1877-ci il­də fə­a­liy­yə­tə baş­la­mış­dı.

İc­ti­mai-si­ya­si mü­za­ki­rə­lə­rin apa­rıl­dı­ğı plat­for­ma ki­mi çı­xış edən bu tə­si­sat­lar türk in­sa­nı­nın so­si­al­laş­ma­sın­da, döv­lət ida­rə­et­mə təc­rü­bə­si­nin zən­gin­ləş­mə­sin­də əvəz­siz rol oy­na­mış­dır. Bir söz­lə, hə­min top­lum­sal qu­rum­lar so­si­al-si­ya­si dü­şün­cə sis­te­mi­nə həl­le­di­ci tə­sir gös­tə­rə­rək, türklə­rin ic­ti­mai ya­şam tər­zi­nin tər­kib his­sə­si­nə çev­ril­miş­dir. Hə­min qu­ru­luş­lar mü­a­sir an­lam­da bü­tün de­mok­ra­tik xü­su­siy­yət­lə­ri özün­də cəm­ləş­dir­mə­sə də, hə­lə o za­man­lar­da türklə­rin şü­u­run­da, döv­lət ida­rə­çi­lik təc­rü­bə­sin­də de­mok­ra­tik də­yər­lə­rin üs­tün yer tut­du­ğu­nu gös­tə­rir. 

Yü­zil­lik­lər bo­yu da­vam edən bu ənə­nə­lər türklə­rin XX əs­rin əv­vəl­lə­rin­də de­mok­ra­tik, hü­qu­qi döv­lət qu­ru­cu­lu­ğu is­ti­qa­mə­tin­də səy­lə­ri­nə mə­nə­vi güc ver­miş­dir. Mil­li cüm­hu­riy­yə­ti­miz qu­rul­maz­dan ön­cə, hə­lə 1906-cı il­də Əli­mər­dan bəy Top­çu­ba­şov, İs­ma­yıl xan Zi­yad­xa­nov, Əb­dür­rə­him bəy Haq­ver­di­yev ki­mi ta­nın­mış Azər­bay­can zi­ya­lı­la­rı çar Ru­si­ya­sı­nın ilk par­la­men­ti­nə - Bi­rin­ci Döv­lət Du­ma­sı­na se­çil­miş və bu qu­rum­da Azər­bay­can xal­qı­nın mil­li-mə­də­ni hü­quq və azad­lıq­la­rı uğ­run­da mü­ba­ri­zə apar­mış­lar. Bu gör­kəm­li şəx­siy­yət­lə­rin əl­də et­dik­lə­ri par­la­men­tizm təc­rü­bə­si, uni­ver­sal də­yər­lər, mü­a­sir par­la­ment mə­də­niy­yə­ti ba­rə­də mü­fəs­səl bi­lik­lə­ri az son­ra ya­ra­na­caq mil­li par­la­men­ti­mi­zin hə­min təc­rü­bə və də­yər­lər əsa­sın­da fə­a­liy­yə­ti­nə im­kan ya­rat­mış­dı.

Şərqdə ilk par­la­mentli res­pub­li­ka ki­mi ta­nı­nan Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin qu­rul­ma­sı türk döv­lət­çi­lik ta­ri­xi­nin önəm­li si­ya­si ha­di­sə­si ol­maq­la, türk par­la­men­tiz­mi ənə­nə­lə­ri­ni da­ha da zən­gin­ləş­dir­miş­dir. Za­qaf­qa­zi­ya Sey­mi­nin Mü­səl­man Frak­si­ya­sın­da təm­sil olu­nan azər­bay­can­lı üzvlər 1918-ci ilin 28 may ta­ri­xin­də ke­çi­ril­miş ic­las­da Azər­bay­ca­nın müs­tə­qil­li­yi­ni elan et­di­lər. Za­qaf­qa­zi­ya Mü­səl­man Şu­ra­sı özü­nü Azər­bay­can Mil­li Şu­ra­sı ad­lan­dır­dı və növ­bə­ti gün Mə­həm­məd Əmin Rə­sul­za­də­nin rəh­bər­li­yi ilə ke­çi­ri­lən Mil­li Şu­ra­nın ta­ri­xi ic­la­sın­da Azər­bay­ca­nın İs­tiq­lal Bə­yan­na­mə­si qə­bul edil­di. Be­lə­lik­lə, dün­ya­nın türk coğ­ra­fi­ya­sın­da ilk par­la­mentli res­pub­li­ka­nın bü­növ­rə­si qo­yul­du. Mü­rək­kəb da­xi­li və bey­nəl­xalq şə­ra­it­də ya­ra­nan və fə­a­liy­yət gös­tə­rən mil­li par­la­men­ti­miz qı­sa müd­dət ər­zin­də de­mok­ra­tik Cum­hu­riy­yə­tin zən­gin qa­nun­ve­ri­ci­lik ba­za­sı­nı for­ma­laş­dır­dı. Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin bey­nəl­xalq sə­viy­yə­də ta­nın­ma­sı is­ti­qa­mə­tin­də mil­li par­la­men­ti­miz tə­rə­fin­dən cid­di səy­lər gös­tə­ril­di. Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti bol­şe­vik Ru­si­ya­sı­nın hər­bi mü­da­xi­lə­si nə­ti­cə­sin­də sü­qu­ta uğ­ra­sa da, bu müd­dət ər­zin­də döv­lət­çi­lik və par­la­men­ta­rizm ənə­nə­lə­ri­mi­zi da­ha da zən­gin­ləş­dir­di, mü­səl­man Şər­qin­də mü­a­sir par­la­ment mə­də­niy­yə­ti­nin özü­lü­nü ya­rat­dı, xal­qı­mı­zın azad­lıq hə­rə­ka­tı ta­ri­xin­də si­lin­məz iz­lər qoy­du.

Or­ta Asi­ya və Çar Ru­si­ya­sı əra­zi­sin­də ya­şa­yan türk xalqla­rı da mil­li-mə­də­ni müs­tə­qil­lik hü­quq­la­rı uğ­run­da da­vam­lı mü­ba­ri­zə­lə­ri­ni məhz par­la­men­ta­rizm prin­sip­lə­ri əsa­sın­da qu­rur­du­lar. 1905-ci il­də Daş­kənddə tə­sis olun­muş öz­bək, ta­tar, qa­zax, qır­ğız, türkmən və baş­qırd fə­al­la­rı­nın təm­sil olun­du­ğu Tür­küs­tan Mü­səl­man­la­rı Konqre­si türk xalqla­rı­nın hü­quq və azad­lıq­la­rı­nın tə­min edil­mə­si, on­la­rın mə­də­niy­yə­ti­nin qo­run­ma­sı is­ti­qa­mə­tin­də mü­hüm iş­lər gör­müş­dür. Tür­ki­yə Cum­hu­riy­yə­ti­nin qu­ru­cu­su Mus­ta­fa Ka­mal Ata­tür­kün sə­yi ilə 1920-ci il­dən fə­a­liy­yə­tə baş­la­yan Tür­ki­yə Bö­yük Mil­lət Məc­li­si (TBMM) Os­man­lı im­pe­ri­ya­sı­nın sü­qu­tun­dan son­ra re­gi­on­da ya­ran­mış mü­rək­kəb ge­ostra­te­ji və­ziy­yət­də türk mil­lə­ti­nin və döv­lə­ti­nin bü­töv­lü­yü­nün, su­ve­ren­li­yi­nin tə­min edil­mə­sin­də önəm­li ad­dım­lar at­mış­dır.

So­vet İt­ti­fa­qı dö­nə­min­də qa­nun­ve­ri­ci­lik sə­la­hiy­yət­lə­ri­ni Ali So­vet ad­lı qu­rum hə­ya­ta ke­çi­rir­di. Azər­bay­can SSR-lə ya­na­şı, Mər­kə­zi Asi­ya­nın türk döv­lət­lə­rin­də də fə­a­liy­yət gös­tə­rən hə­min qu­rum­lar döv­rün ide­o­lo­ji məq­səd­lə­ri­nə xid­mət et­sə də, par­la­men­ta­rizm ta­ri­xi­mi­zin bir his­sə­si­dir.

Su­ve­ren­li­yi­mi­zin bö­yük təh­lü­kə­lər­lə üz­ləş­di­yi dö­nəm­də si­ya­si ha­ki­miy­yə­tə qa­yı­dan Hey­dər Əli­ye­vin 1993-cü il iyu­nun 15-də Azər­bay­ca­nın Ali So­ve­ti­nə sədr se­çil­mə­si Azər­bay­can par­la­men­ta­riz­mi ta­ri­xin­də key­fiy­yət­cə ye­ni dö­nə­mi baş­lat­dı. Məhz bu dövrdən son­ra öl­kə par­la­men­ti xa­o­tik si­ya­si mə­kan gö­rün­tü­sün­dən uzaq­la­şa­raq sağ­lam mü­za­ki­rə­lə­rin apa­rıl­dı­ğı, öl­kə­nin ic­ti­mai-si­ya­si, so­si­al-iq­ti­sa­di hə­ya­tı­na da­ir önəm­li qa­nun la­yi­hə­lə­ri­nin qə­bul olun­du­ğu ali qa­nun­ve­ri­ci or­qa­na çev­ril­di.

Bu gün, döv­lət ha­ki­miy­yə­ti­nin apa­rı­cı qol­la­rın­dan bi­ri ki­mi, Azər­bay­can Res­pub­li­ka­sı­nın Mil­li Məc­li­si hü­qu­qi döv­lət qu­ru­cu­lu­ğu və mil­li döv­lət­çi­li­yi­mi­zin möh­kəm­lən­di­ril­mə­si üz­rə fə­a­liy­yə­ti­ni uğur­la da­vam et­di­rir. Mü­a­sir par­la­men­ta­rizm prin­sip­lə­ri əsa­sın­da fə­a­liy­yət gös­tə­rən Mil­li Məc­lis döv­lə­ti­mi­zin bey­nəl­xalq miq­yas­da möv­qe­lə­ri­nin güc­lən­mə­si və par­la­mentlə­ra­ra­sı əla­qə­lə­rin də­rin­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də önəm­li na­i­liy­yət­lə­rə im­za at­maq­da­dır. Ha­zır­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Mil­li Məc­li­si Par­la­mentlə­ra­ra­sı İt­ti­fa­qın, Av­ro­pa Şu­ra­sı Par­la­ment As­samble­ya­sı­nın, ATƏT Par­la­ment As­samble­ya­sı­nın, MDB Par­la­ment As­samble­ya­sı­nın, Qa­ra Də­niz İq­ti­sa­di Əmək­daş­lı­ğı Təş­ki­la­tı Par­la­ment As­samble­ya­sı­nın, GU­AM Par­la­ment As­samble­ya­sı­nın, Av­ro­nest Par­la­ment As­samble­ya­sı­nın, İs­lam Konfran­sı Təş­ki­la­tı Par­la­ment Məc­li­si­nin tam­hü­quq­lu üz­vü­dür. Bu ki­mi bey­nəl­xalq par­la­men­tar qu­rum­lar dün­ya par­la­men­tiz­mi təc­rü­bə­si­nin öy­rə­nil­mə­si və pay­la­şıl­ma­sı, ey­ni za­man­da, mil­li ma­raq­la­rı­mı­zın bey­nəl­xalq sə­viy­yə­də mü­da­fiə olun­ma­sı ba­xı­mın­dan əhə­miy­yət­li si­ya­si plat­for­ma­ya çev­ril­miş­lər.

Ha­zır­da türk res­pub­li­ka­la­rın­da və mux­tar qu­rum­la­rın­da fə­a­liy­yət gös­tə­rən par­la­mentlər mü­a­sir türk par­la­men­ta­riz­mi­nin də­yər­li si­ya­si nü­mu­nə­lə­ri­dir. 125 nə­fər­lik Azər­bay­can Res­pub­li­ka­sı­nın Mil­li Məc­li­si, 550 nə­fər­lik Tür­ki­yə Bö­yük Mil­lət Məc­li­si (TBMM), 2 pa­la­ta­dan və 154 üzvdən iba­rət olan Qa­za­xıs­tan Par­la­men­ti, 120 üzvdən iba­rət Qır­ğı­zıs­tan Ali Şu­ra­sı (Jo­qor­ku Ke­neş), 250 nə­fər üz­vü olan iki pa­la­ta­lı Öz­bə­kis­tan Ali Məc­li­si, 125 üzvdən iba­rət Türkmə­nis­tan Məc­li­si müs­tə­qil türk döv­lət­lə­ri­nin qa­nun­ve­ri­ci­lik sə­la­hiy­yət­lə­ri­ni qa­baq­cıl bey­nəl­xalq təc­rü­bə əsa­sın­da hə­ya­ta ke­çi­rir, hö­ku­mət­lə­rin for­ma­laş­ma­sı­nı və on­la­rın fə­a­liy­yə­ti­nə nə­za­rə­ti tə­min edir­lər. Hə­min or­qan­la­rın fə­a­liy­yə­tin­də türk döv­lət­lə­ri ara­sın­da qar­şı­lıq­lı əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si və or­taq ma­raq­la­rın bey­nəl­xalq müs­tə­vi­də mü­da­fiə olun­ma­sı xü­su­si yer tu­tur.

Çox­şa­xə­li əmək­daş­lı­ğın da­ya­nıq­lı plat­for­ma­sı ki­mi çı­xış edən ümum­türk qu­rum­la­rı su­ve­ren türk res­pub­li­ka­la­rı ara­sın­da mü­na­si­bət­lə­rin stra­te­ji müt­tə­fiq­lik sə­viy­yə­si­nə yük­səl­dil­mə­sin­də önəm­li rol oy­na­yır­lar. Türkdil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı, TÜRKSOY, Türk İş­bir­li­yi və Ko­or­di­na­si­ya­sı Agentli­yi ki­mi təş­ki­lat­lar ic­ti­mai-si­ya­si sfe­ra­dan mə­də­ni, or­taq ta­ri­xi də­yər­lə­rin ta­nı­tı­mı­na qə­dər ge­niş di­a­pa­zon­lu fə­a­liy­yə­ti ilə də­rin əmək­daş­lı­ğın əsa­sı­nı for­ma­laş­dı­rır­lar.

Bu qu­rum­lar­dan bi­ri də Türkdil­li Döv­lət­lə­rin Par­la­ment As­samble­ya­sı­dır (TÜRKPA). Türk par­la­men­ta­riz­mi­nin də­yər­li si­ya­si nü­mu­nə­si olan TÜRKPA 21 no­yabr 2008-ci il­də İs­tan­bul şə­hə­rin­də "Dol­ma­bax­ça Sa­ra­yı"nda Azər­bay­can, Qa­za­xıs­tan, Qır­ğı­zıs­tan və Tür­ki­yə Res­pub­li­ka­la­rı­nın par­la­ment rəh­bər­lə­ri­nin im­za­la­dı­ğı Sa­ziş­lə tə­sis olun­muş­dur. TÜRKPA-nın tə­sis sə­nəd­lə­rin­də qeyd olun­du­ğu ki­mi, qu­ru­mun əsas məq­sə­di par­la­mentlə­ra­ra­sı əmək­daş­lı­ğın key­fiy­yət­cə ye­ni mər­hə­lə­si he­sab olu­nan par­la­ment dip­lo­ma­ti­ya­sı va­si­tə­si­lə türk res­pub­li­ka­la­rı ara­sın­da si­ya­si di­a­lo­qun da­ha da in­ki­şaf et­di­ril­mə­si­ni və türk döv­lət­lə­ri­nin ya­xın­laş­ma­sı­nı tə­min et­mək­dən iba­rət­dir. Ta­rix, mə­də­niy­yət və dil ümu­mi­li­yi­nə əsas­la­na­raq, türkdil­li öl­kə­lər və di­gər re­gi­o­nal si­ya­si sub­yektlər ara­sın­da fay­da­lı və bə­ra­bər­hü­quq­lu əmək­daş­lı­ğı təş­viq et­mək, tə­rəf­daş öl­kə­lə­rin qa­nun­ve­ri­ci­lik­lə­ri­nin tək­mil­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də məs­lə­hət­ləş­mə­lər apar­maq TÜRKPA-nın əsas fə­a­liy­yət is­ti­qa­mət­lə­ri­dir. O cüm­lə­dən, mə­də­ni ir­sin, ta­rix, in­cə­sə­nət, ədə­biy­yat və di­gər sa­hə­lər­də ümum­türk də­yər­lə­ri­nin qo­run­ma­sı­na və gə­lə­cək nə­sil­lə­rə ötü­rül­mə­si­nə yö­nəl­miş fə­a­liy­yət­lə­ri dəs­tək­lə­mək, TÜRKPA üz­vü olan öl­kə­lə­rin qa­nun­ve­ri­ci­lik­lə­ri­nin uy­ğun­laş­dı­rıl­ma­sı üz­rə töv­si­yə­lər ver­mək və tə­rəf­lər ara­sın­da si­ya­si, so­si­al-iq­ti­sa­di, mə­də­ni, hu­ma­ni­tar, hü­qu­qi və di­gər sa­hə­lər­də əla­qə­lə­ri də­rin­ləş­dir­mək də TÜRKPA-nın fə­a­liy­yət çər­çi­və­si­nə da­xil­dir. Di­gər tə­rəf­daş öl­kə­lə­rin par­la­mentlə­ri və bey­nəl­xalq təş­ki­lat­lar­la ye­ni əla­qə­lə­rin qu­rul­ma­sı və möv­cud mü­na­si­bət­lə­rin in­ki­şaf et­di­ril­mə­si TÜRKPA-nın fə­a­liy­yə­tin­də mü­hüm yer tu­tur. Bu gün ar­tıq TÜRKPA Par­la­mentlə­ra­ra­sı İt­ti­fa­qın, İs­lam Konfran­sı Təş­ki­la­tı­nın Par­la­ment İt­ti­fa­qı­nın mü­şa­hi­də­çi­lik sta­tu­su­na ma­lik tam hü­quq­lu üz­vü ki­mi önəm­li bey­nəl­xalq struk­tu­ra çev­ril­mək­də­dir. 2008-ci il­də bağ­lan­mış TÜRKPA haq­qın­da İs­tan­bul Sa­zi­şi, 2009 və 2011-ci il­lər­də qə­bul olun­muş TÜRKPA-nın Ba­kı və As­ta­na Bə­yan­na­mə­lə­ri, 2011-ci il­də İs­tan­bul Sa­zi­şi­nə əla­və və də­yi­şik­lik­lər edil­mə­si ilə bağ­lı im­za­lan­mış Pro­to­kol, hər il ke­çi­ri­lən ple­nar ses­si­ya­lar TÜRKPA-nın son 8 il­də zən­gin hü­qu­qi ba­za­sı­nın və qar­şı­lıq­lı əmək­daş­lıq me­xa­niz­mi­nin for­ma­laş­dı­ğı­nı gös­tə­rir.

Bu­gün­kü si­ya­si ger­çək­lik­lər şə­ra­i­tin­də qlo­bal müs­tə­vi­də tə­sir­li si­ya­si möv­qe for­ma­laş­dır­ma­ğın əsas yo­lu eti­bar­lı müt­tə­fiq­lik ya­rat­maq­dan, də­yiş­kən ge­o­po­li­tik si­tu­a­si­ya­lar­da or­taq ma­raq­la­rın zə­də­lən­mə­si­nə im­kan ver­mə­mək­dən ke­çir. Xü­su­si­lə re­gi­o­nu­muz­da baş ve­rən mü­rək­kəb ge­o­si­ya­si pro­ses­lər türk res­pub­li­ka­la­rı­nı da­ha çe­vik dip­lo­ma­tik ge­diş­lər­lə si­ya­si, iq­ti­sa­di, mə­də­ni ma­raq­la­rın və də­yər­lə­rin qo­run­ma­sı­na yö­nə­lən or­taq stra­te­gi­ya qur­ma­ğa sövq edir. Bu çər­çi­və­də türk döv­lət­lə­ri iki­tə­rəf­li və çox­tə­rəf­li əmək­daş­lı­ğı bey­nəl­xalq müs­tə­vi­yə yük­səltmək is­ti­qa­mə­tin­də önəm­li ad­dım­lar at­mış­lar. 

22 de­kabr 2016-cı il­də Tür­ki­yə, Qa­za­xıs­tan və Qır­ğı­zıs­tan par­la­mentlə­ri­nin sədrlə­ri ilə Ba­kı­da gö­rü­şən Pre­zi­dent İl­ham Əli­yev TÜRKPA-nın fə­a­liy­yə­ti­nə da­im yük­sək qiy­mət ver­miş, bu qu­ru­mun türk res­pub­li­ka­la­rı ara­sın­da dip­lo­ma­tik, mə­də­ni, par­la­men­tar əmək­daş­lı­ğa ver­di­yi töh­fə­ni vur­ğu­la­mış­dır:  "Türkdil­li öl­kə­lər həm iki­tə­rəf­li, həm çox­tə­rəf­li for­mat­da, həm də BMT, İƏT və di­gər bey­nəl­xalq təş­ki­lat­lar çər­çi­və­sin­də əmək­daş­lıq edir, qar­şı­lıq­lı fə­a­liy­yə­tin möh­kəm­lən­di­ril­mə­si üçün səy­lər gös­tə­rir, han­sı­sa türkdil­li öl­kə­nin təm­sil olun­ma­dı­ğı bey­nəl­xalq təş­ki­lat­da di­gər türkdil­li döv­lət onun möv­qe­yi­ni dəs­tək­lə­yir və həm­rəy­lik nü­ma­yiş et­di­rir". Türk döv­lət­lə­ri tə­rə­fin­dən be­lə bir uni­ver­sal stra­te­ji plat­for­ma­nın mü­əy­yən­ləş­mə­si mü­a­sir döv­rü­müz­də ol­duq­ca əhə­miy­yət­li­dir. Çün­ki ümum­türk coğ­ra­fi­ya­sı­na get­dik­cə ar­tan ge­o­po­li­tik ma­raq, türk res­pub­li­ka­la­rı­nın üz­ləş­di­yi re­gi­o­nal və qlo­bal təh­did­lər, türk döv­lət­lə­ri­nin sər­həd­lə­ri ət­ra­fın­da möv­cud mü­na­qi­şə ocaq­la­rı bu əmək­daş­lı­ğın da­ha praq­ma­tik məz­mun və key­fiy­yət al­ma­sı­na zə­ru­rət ya­rat­mış­dır. Bu ba­xım­dan, di­gər ümum­türk struk­tur­la­rı ki­mi, uni­kal par­la­mentlə­ra­ra­sı plat­for­ma funksi­ya­sın­da çı­xış edən TÜRKPA-nın da ma­lik ol­du­ğu va­si­tə­lər­dən da­ha sə­mə­rə­li şə­kil­də is­ti­fa­də­yə eh­ti­yac var­dır.

Türk res­pub­li­ka­la­rı ilə əmək­daş­lı­ğın də­rin­ləş­di­ril­mə­si­ni xa­ri­ci si­ya­sə­ti­nin pri­o­ri­tet is­ti­qa­mət­lə­rin­dən bi­ri ki­mi mü­əy­yən edən Azər­bay­can türk bir­lik­lə­ri­nin for­ma­laş­ma­sı­na hər za­man dəs­tək gös­tər­miş, bir çox hal­lar­da bu pro­se­sin tə­şəb­büs­ka­rı ki­mi çı­xış et­miş­dir. Öl­kə rəh­bər­li­yi­nin və sə­la­hiy­yət­li döv­lət qu­rum­la­rı­nın təm­sil olun­du­ğu nü­ma­yən­də he­yət­lə­ri­nin türk res­pub­li­ka­la­rı­nı və on­la­rın mü­va­fiq or­qan­la­rı­nı özün­də bir­ləş­di­rən bir­lik­lər­də, zir­və top­lan­tı­la­rın­da fə­al iş­ti­rak et­mə­si Azər­bay­ca­nın ümum­türk ide­al­la­rı­na sa­diq­li­yi­nin, türk coğ­ra­fi­ya­sın­da konstruk­tiv əmək­daş­lıq və di­a­loq mü­hi­ti­nin ya­ran­ma­sı­na da­vam­lı dəs­tə­yi­nin tə­za­hü­rü­dür. Bu dəs­tə­yin tər­kib his­sə­si ki­mi di­na­mik xət­lə in­ki­şaf edən Azər­bay­can-TÜRKPA əla­qə­lə­ri ar­tıq yük­sək sə­viy­yə­li par­la­men­tar əmək­daş­lıq nü­mu­nə­si­nə çev­ril­miş­dir. TÜRKPA-da təm­sil olu­nan Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin üzvlə­rin­dən iba­rət nü­ma­yən­də he­yə­ti qu­ru­mun fə­a­liy­yət stra­te­gi­ya­sı­nın və plan­la­rı­nın ha­zır­lan­ma­sın­da ya­xın­dan iş­ti­rak edir.

2016-cı ilin 22 de­kab­rın­da Ba­kı­da TÜRKPA Ka­tib­li­yi­nin mən­zil qə­rar­ga­hı­nın açı­lı­şı bu qu­ru­mun və elə­cə də öl­kə­mi­zin ta­ri­xin­də əla­mət­dar ha­di­sə­dir. Açı­lış təd­bi­rin­də Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin səd­ri Oq­tay Əsə­dov, Tür­ki­yə Bö­yük Mil­lət Məc­li­si­nin spi­ke­ri İs­ma­yıl Kah­ra­man, Qa­za­xıs­tan Par­la­men­ti Məc­li­si­nin və TÜRKPA-nın fə­a­liy­yət­də olan səd­ri Nur­lan Niq­ma­tu­lin və Qır­ğı­zıs­tan Jo­qor­ku Ke­ne­şi­nin (Ali Şu­ra­sı­nın) səd­ri Çı­nı­bay Tur­sun­be­ko­vun iş­ti­ra­kı türk res­pub­li­ka­la­rı ara­sın­da par­la­men­tar əmək­daş­lı­ğın yük­sək sə­viy­yə­də ol­du­ğu­nun gös­tə­ri­ci­si­dir. Bu fakt həm də Azər­bay­ca­nın və onun pay­tax­tı­nın ümum­türk coğ­ra­fi­ya­sın­da va­cib si­ya­si mər­kə­zə çev­ril­di­yi­ni gös­tə­rir.

Türk res­pub­li­ka­la­rı­nın par­la­mentlə­ri ara­sın­da əmək­daş­lı­ğın uni­kal plat­for­ma­sı olan TÜRKPA - par­la­men­tar qu­rum­lar­la əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si­nə yö­nəl­miş sis­tem­li fə­a­liy­yə­ti ilə ya­na­şı, türk coğ­ra­fi­ya­sın­da və­tən­daş cə­miy­yə­ti insti­tut­la­rı ara­sın­da sə­mə­rə­li di­a­lo­qun apa­rıl­ma­sı­na da öz töh­fə­si­ni ve­rir. TÜRKPA tə­rə­fin­dən mün­tə­zəm ola­raq ic­ti­mai, si­ya­si, mə­də­ni müv­zu­la­ra da­ir təş­kil olu­nan təd­bir­lər, konfranslar, müx­tə­lif for­mat­lı ic­ti­mai mü­za­ki­rə­lər bu təş­ki­la­tın fə­a­liy­yət çər­çi­və­si­nin yal­nız par­la­mentlə­ra­ra­sı əmək­daş­lıq­la məh­dud­laş­ma­dı­ğı­nı gös­tə­rir. Ey­ni za­man­da, TÜRKPA re­gi­on­da və dün­ya­da sül­hün, sa­bit­li­yin, uni­ver­sal də­yər­lə­rin qo­run­ma­sı­nı da­im diq­qət mər­kə­zin­də sax­la­ya­raq, qlo­bal müs­tə­vi­də mə­də­niy­yət­lə­ra­ra­sı və din­lə­ra­ra­sı di­a­lo­qun in­ten­siv­ləş­mə­si­nə də da­vam­lı dəs­tə­yi­ni gös­tə­rir.

Gö­rün­dü­yü ki­mi, türk par­la­men­ta­riz­mi ta­ri­xin­də ye­ni sə­hi­fə açan TÜRKPA, gənc re­gi­o­nal təş­ki­lat ol­ma­sı­na bax­ma­ya­raq, türk döv­lət­lə­ri­nin mil­li ma­raq­la­rı­nın və türk xalqla­rı­nın or­taq də­yər­lə­ri­nin bey­nəl­xalq müs­tə­vi­də qo­run­ma­sı və təb­li­ği mis­si­ya­sı­nı uğur­la hə­ya­ta ke­çir­mək­də­dir. Türk res­pub­li­ka­la­rı tə­rə­fin­dən fə­a­liy­yə­ti­nə ve­ri­lən hər­tə­rəf­li dəs­tək nə­ti­cə­sin­də TÜRKPA - par­la­mentlə­ra­ra­sı əmək­daş­lı­ğın da­ha da də­rin­ləş­di­ril­mə­si­nə və türk par­la­men­ta­riz­mi təc­rü­bə­si­nin da­ha da zən­gin­ləş­mə­si­nə yol aça­caq, Türk Döv­lət­lə­ri Bir­li­yi si­ya­sə­ti­nin əsas da­yaq­la­rın­dan bi­ri ola­caq­dır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

17.11.2026 / 17:36
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ