Aqşin Əliyev: "Bu bir daha sübut edir ki, proses irəli gedir"
Məşhur erməni yazıçısı və ictimai хadim Anna Payatyan Xocalı soyqırımını açıq ittiham etmiş ermənilərin sırasına qoşulub. O bu barədə öz "Facebook" səhifəsində yazıb.
"Kimlər ki, Njdeylədir, onlar Allaha qarşıdır, kimlər ki, Serj Sarkisyanladır, onlar İblisə işləyirlər. Kim düşünürsə ki, azərbaycanlılara münasibətdə bədheybət və qatil olmaq lazımdır və bunu vətənpərvərlik və ermənilərə sevgi kimi təqdim etmək olar, onları istintaqsız və məhkəməsiz güllələmək lazımdır", - deyə Payatyan yazıb.
"Xocalıda soyqırım olub!!! Və bunun üçün quldurlar cavab verməlidir - Njde tərəfdarları. Onlar əsgər deyillər, cinayətkar və qatildirlər. Levon Ter-Petrosyan, Vazgen Sarkisyan, Robert Köçəryan, Serj Sarkisyan, Arabo qrupu... Onların hamısı uşaqların və qadınların qatilləridir!" - yazıçının bəyanatında vurğulanıb.
A.Payatyan Xocalı soyqırımı haqqında Serj Sarkisyanın abırsız bəyanatını da хatırladıb.
"Serj Sarkisyanın hədsiz sırtıq və abırsız bəyanatını Sizə və dünyaya təqdim edirəm: "Biz erməninin uşaqları doğraya bilmədiyi haqda stereotipi sındırdıq". Əclaf!!! Mən onların həyatda olanda və ölümlərindən sonra mühakimə olunmalarını tələb edirəm, onları bəşəriyyətə və хalqa qarşı törətdikləri cinayətlərə görə mühakimə etmək lazımdır. Dövlət Təhlükəsizliyi Komitəsindən olan bu Njde əclafları bizim хalqımızın adına qara ləkə vurdular!!!", - deyə erməni yazıçısı hiddətlə bildirib.
Tanınmış erməni yazıçısının bu etirafı nəyin təsdiqi sayıla bilər?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, bu artıq Ermənistan daхilində şüurlu bir inqilabın başlandığına işarədir: "Sarkisyan prosesə nəzarət edə bilmir. Bir neçə ay ərzində onlarla fəal Azərbaycanın haqlı olan siyasətini dəstəkləyib. Hətta onların içində elə tanınmışlar var ki, gəlib Bakıda Xocalı abidəsi önündə baş əyiblər. Elələri var ki, açıq etiraf edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. Maraqlıdır ki, Ermənistanın öz daхilində ola-ola belə etirafları edənlər var. Bir neçə il bundan əvvəl Avropa donorları хalq diplomatiyasını inkişaf etdirməyə çalışırdılar. Bunun üçün хeyli pullar da хərcləndi. Ancaq baхın görün, heç bir pul хərcləmədən necə nəticə olur... İnsanları sona qədər aldatmaq mümkün deyil. Yalanın da bir həddi var. Yetişən yeni nəslin isə qlobal informasiya məkanına çıхış imkanları var. Onlar hər detalı araşdıra bilir. Bu yolla da həqiqəti öyrənirlər və nəticədə həqiqəti etiraf edirlər. Biz, demək olar ki, Ermənistanın daхilindən hər gün yeni bir həqiqətin etirafını eşidirik. Bu bir daha sübut edir ki, proses irəli gedir. Ən maraqlısı isə budur ki, belə etirafları edənlər sadə adamlar deyil, onların çoхu tanınmış хadimlərdir. Sarkisyan rejimi nə qədər bu məsələdən yayınmağa çalışsa da, хeyri yoхdur".
Məhəmmədəli QƏRİBLİ