ABŞ səfiri Robert Sekutanın Azərbaycanda fəaliyyətini davam etdirəcəyi gözlənilir. Bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən bildiriblər.
Səfirlikdən bildiriblər ki, Birləşmiş Ştatların Prezidentini təmsil edən səfirlər ABŞ Prezidentinin təyınatı əsasında çalışırlar: "ABŞ-ın xarici xidmətlər sahəsində üzun müddət yüksək səviyyədə çalışmış səfir Robert Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etdirəcəyi gözlənilir".
Xatırladaq ki, “New-York Times” qəzeti bəzi diplomatlara istinadən yazıb ki, yeni prezident Donald Tramp inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən bütün ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş də göndərilib.
Trampın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək.