ABŞ dövlət katibi Con Kerrinin Suriyada İŞİD-in güclənməsinə göz yumduqlarını etiraf etdiyi iddia edilir. Baki-xeber.com xəbər verir ki, bu barədə Wikileaks məlumat yayıb.
Iddialara görə, Kerri müxaliflərlə 37 dəqiqəlik görüşdə Suriya prezidenti Bəşər Əsədi müzakirəyə məcbur etmək üçün İŞİD-in güclənməsini kənardan izlədiklərini etiraf edib. ABŞ prezidenti Barak Obamanı Suriyaya hərbi müdaxiləyə məcbur etdiyini, ancaq müvəffəqiyyətsiz olduğunu ifadə edən Kerri, İŞİD-in güclənməsinə icazə verdiklərini və bunun səbəbinin də Əsədin müzakirəyə məcbur etmək olduğunu deyib.
Obamanın Suriyadakı əsas hədəfinin rejim dəyişikliyi olduğunu deyən Kerri, daha sonra bildirib: "İŞİD-in gücləndiyini bilirdik və izləyirdik. İŞİD-in gücləndiyini gördük və Əsədin təhdid altında olduğunu düşündük. Yenə də Əsədi sonrakı müzakirələrdə idarə edə biləcəyimizi düşündük, ancaq o Putinin dəstəyini aldı”.