Vəfa Heydərli: "Ümidvarıq ki, bu istiqamətdə mühüm irəliləyişlər əldə olunacaq"
BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qətnaməyə 60 ölkə həmmüəllif kimi qoşulub.
Azərbaycan tərəfindən ənənəvi olaraq irəli sürülən qətnamə silahlı münaqişə tərəfləri olan dövlətləri beynəlxalq humanitar hüquqa hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması və itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirləri həyata keçirməyə və onların taleyi barədə ailələrini məlumatlandırmağa çağırır. Bu kontekstdə, qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.
Qətnamədə, eyni zamanda, BMT baş katibindən Baş Assambleyanın 73-cü sessiyasına (2018-ci il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunur.
2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə "İtkin düşmüş şəxslər" adlı qətnamə qəbul edilib və dövrü əsasda iki ildən bir qətnamə yenidən irəli sürülür.
Qəbul edilən qətnaməni Azərbaycanın uğuru saymaq olarmı?
Ekspert Vəfa Heydərli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər" adlı qətnamənin BMT-də qəbul edilməsi Azərbaycan diplomatiyasının uğuru sayıla bilər: "BMT çox nüfuzlu bir təsisat sayılır. Amma təəssüflər olsun ki, həmin mötəbər qurumun qəbul etdiyi bəzi qətnamələr icra olunmur. Biz bunu ölkəmizlə bağlı xüsusi qeyd edə bilərik. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın bəzi ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsilə bağlı qəbul etdiyi 4 qətnaməni nəzərdə tuturam. Buna baxmayaraq, Azərbaycan qurumla əməkdaşlığını və ardıcıl fəaliyyətini davam etdirir. Ölkəmizin müəllifi olduğu, mühüm bir sahəni əhatə edən qətnamənin BMT-də qəbul olunması buna sübutdur. Deyilən məsələdə ən çox əziyyət çəkən ölkələrdən biri də bizik. Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində çoxlu sayda vətəndaşımız itkin düşüb. Bəziləri isə Ermənistan tərəfindən girov saxlanır. Ancaq təəssüflər olsun ki, həmin şəxslər barəsində bizə və onların qohumlarına hansısa məlumat verilmir. Qəbul olunan qətnamə ilə bağlı daha bir mühüm tərəf budur ki, BMT-nin 58-ci sessiyasında bunun icrası ilə bağlı hesabat dinlənəcək. Ümidvarıq ki, bu istiqamətdə mühüm irəliləyişlər əldə olunacaq".
Məhəmmədəli QƏRİBLİ
ırlar. Fikirləşirəm ki, gün gələcək, hər kəs cavabını alacaq. Mənə hücum edənlər yerini itirəcəyindən qorxanlardır". "Jamanak" qəzeti özünün etibarlı mənbələrinə istinadən bildirir ki, Seyran Ohanyanın siyasi fəaliyyətini həm də Robert Köçəryan koordinasiya edəcək. Qəzet Ohanyanın bütün köçəryanyönlü qüvvələrin birləşdirilməsi üçün əsas mərkəz rolunu oynayacağını bildirib. Bu vəziyyətdə Sarkisyan, son çıxış yolu kimi, Seyran Ohanyana qarşı inzibati metodlardan istifadəyə daha çox diqqət yetirir. Belə ki, Ermənistanın yeni təyin olunmuş müdafiə naziri Vigen Sarkisyan 2016-cı il üçün Müdafiə Nazirliyinin büdcə xərclərinin, eləcə də şirkətlərlə bağlanan müqavilələr və onların yerinə yetirilmə mərhələlərinin yoxlanması barədə tapşırıq verib. Ermənistan mediasında yayılan xəbərə görə, buna səbəb Ermənistan Müdafiə Nazirliyinin ehtiyaclarını qarşılamaq üçün elan edilən tenderlərin Seyran Ohanyan və yaxın ətrafına məxsus şirkətlər tərəfindən saxta üsullarla udulması barədə kifayət qədər dəlillərin mövcud olmasıdır. Bu günə qədər komissiya tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ohanyana məxsus, İrəvan şəhəri, Tumanyan küçəsi, ev 21 ünvanında qeydiyyatda olan "Hesperus" QSC Ermənistan ordusunu geyimlə təchiz etmək üçün ümumi olaraq 7, 67 milyon dram məbləğində pul vəsaitini mənimsəyərək öhdəliyi yerinə yetirməyib. Həmçinin Ohanayana məxsus "Eko Plastik" şirkəti Ermənistan Müdafiə nazirliyinin ehtiyacları üçün 196 milyon dram dəyərində "plastik boru" tədarük etməli olduğu halda, həmin məbləğ mənimsənilərək öhdəlik yerinə yetirilməyib. Bu isə Ohanyanın, lazım gələrsə, hüquq-mühafizə orqanları vasitəsilə sıradan çıxarılmasını istisna etmir.
Tahir TAĞIYEV