"Qərbi Azərbaycana Qayıdış" Birliyinin (QAQB) təşəbbüsü ilə Qərbi Azərbaycan yönümlü bir neçə təşkilat bir araya gələrək tədbir keçirib. Bu haqda məlumatı QAQB-ın mətbuat xidmətindən Amirxeyir.com-a bildiriblər.
Məlumata görə, tədbiri giriş sözü ilə QAQB-ın sədri Rizvan Talıbov açaraq deyib ki, Ermənistan ordusu tərəfindən işğal edilən Azərbaycan torpaqlarının geri qaytarılması üçün Qərbi Azərbaycan yönümlü təşkilatlar, həmişə olduğu kimi, dövlətə öz dəstəyini göstərməli və bu yolda birlik nümayiş etdirməlidir.
"Beynəlxalq Diaspor Mərkəzi"nin sədri İsmayıl Ağayev qeyd edib ki, Qərbi Azərbaycanda itirilən torpaqlara qayıdış Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən asılıdır: "Bunun üçün o el-obalarda böyüyən hər bir kəs vahid mövqedən çıxış etməli və məqsədyönlü iş aparmalıdır".
"Dövlətçiliyə Dəstək" İctimai Birliyinin sədri Hüseyn Xəzər, "Qarabağ Həqiqətlərini Beynəlxalq Tanıtım" İctimai Birliyinin sədri Əlövsət Qasımov və digərləri çıxış edərək vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin Dağlıq Qarabağ və ətraf rayonların geri qaytarılması yolunda yürütdüyü siyasət bundan sonra da dəstəklənməlidir.
Tədbirin sonunda qərara alınıb ki, Qərbi Azərbaycan yönümlü təşkilatların vahid mövqedən çıxış etmələri üçün Koordinasiya Mərkəzi yaradılsın.
Xəbər xidməti