Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığıç olub. Baki-xeber.com xəbər verir ki, Türkiyə mətbuatının diplomatik mənbələrə istinadən yaydığı məlumatda bildirilir ki, telefon danışığı ABŞ tərəfinin tələb ilə baş tutub.
Görüşdə Kerri Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun silahlı hücum nəticəsində öldürülməsindən böyük kədər duyduqlarını, Rusiya xarici işlər naziri Lavrovla da danışdıqlarını və başsağlığı verdiklərini deyib.
Çavuşoğlu isə hücumun arxasında FETÖ-nun olduğunu həm Türkiyənin, həm də Rusiyanın bildiyini Kerriyə çatdırıb.
Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.