çərşənbə günü, 18 noyabr 2026
     

MQ həmsədləri Ermənistanda Sülh Platformasına qoşulanların həbsinə niyə susur...

Image


ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev “Ermənistan-Azərbaycan Sülh Platforması” ilə bağlı çıxış edib.

Trend-in məlumatına görə, A.Quliyev bildirib ki, bu barədə ictimaiyyəti, o cümlədən Milli Məclisi məlumatlandırmağa və millət vəkillərini bu prosesə qoşmağa ehtiyac var: "Təmas xəttində aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsində yeni reallıqlar yaratdı və faktiki olaraq iki istiqamətdə status kvonu dəyişdi: 1) Azərbaycanın işğal olunmuş torpaqlarını bir hissəsi azad edildi; 2) Atəşkəsin çox kövrək və müvəqqəti xarakter daşıdığını, Azərbaycanın torpaqlarını müharibə yolu ilə azad edə biləcəyinin tam real olduğunu hamı, xüsusilə erməni xalqı anladı. Belə bir şəraitdə hər iki ölkə prezidentinin Vyana və Sankt-Peterburq görüşü oldu və hər kəsdə problemin həllinə az da olsa ümid yaratdı. Lakin Sarkisyanın günahına və sülh istəməməsinə görə danışıqlar heç bir nəticə vermədi".

Millət vəkili bildirib ki, aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət edərək, münaqişənin həlli yollarını birgə müzakirə etməyi təklif etdilər və münaqişənin tarixində ilk dəfə olaraq 8 noyabrda Ermənistandan olan 3 nəfər hüquq müdafiəçisi və QHT rəhbərinin iştirakı ilə Bakıda konfrans keçirildi: "Ermənistandan olan nümayəndə heyəti Xocalı soyqırımı abidəsini ziyarət etdi və qurbanların ruhuna hörmət olaraq abidənin qarşısında baş əyərək çiçək qoydular. Sarkisyan rejimi tərəfindən insanlıq əleyhinə törədilən bu cinayətə görə Azərbaycan xalqından və bütün xocalılardan üzr istədilər. Konfrans iştirakçıları Ermənistan və Azərbaycan prezidentləri və xalqlarına müraciət qəbul etdilər. Müraciətdə 25 il davam edən münaqişənin törətdiyi fəlakət və faciələr qeyd olundu və hər iki xalqın bu münaqəşədən yorulduğu və onun qısa müddətdə həllinin vacibliyi qeyd edildi. Ermənistandan olan hüquq müdafiəçiləri və QHT rəhbərləri özlərində güc tapıb Ermənistanın işğalçılıq siyasətini və bu siyasəti davam etdirən Sarkisyan rejimini ifşa etdilər. Sonra konfrans iştirakçıları fəaliyətlərini institutlaşdırmaq və vahid bir təşkilatda birləşərək sülh yaratma missiyasını davam etdirmək məqsədilə 7 dekabrda Ermənistan-Azərbaycan Sülh Platformasını təsis etdilər".

O əlavə edib ki, platforma münaqişənin həlli yollarını və Ermənistan-Azərbaycan vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq çərçivəsini müəyyən edib: "Erməni və Azərbaycan hüquq müdafiəçiləri və QHT rəhbərləri işğalın davam etməsinin perspektivsizliyini və bölgə üçün ciddi təhlükə mənbəyi olduğunu dərk edərək münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan prezidentlərinə müraciət ediblər. Müraciətdə uzun müddətli sülhün və barışın təminatı kimi Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi, bütün məcburi köçkünlərin öz evlərinə qaytarılması, Ermənistan və Azərbaycan arasında əlaqələrin bərpası, Dağlıq Qarabağın hüquqi statusunun Azərbaycanın tərkibində müəyyənləşdirilməsi və orada yaşayan ermənilərin və geri dönəcək azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsinin mümkün olduğu qeyd edilir".

A.Quliyev xatırladıb ki, Ermənistandan 3 QHT və hüquq müdafiəçisi, Azərbaycandan 3 QHT platformanın təsisçiləridir: "Platformanı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb. Platformaya qoşulmaq istəyənlərin sayı gündən-günə artır. Erməni tərəfi niyə platformaya bu qədər çox maraq göstərir? Birinci ona görə ki, əksər erməni xalqı artıq başa düşür ki, Koçaryan-Sarkisyan cütlüyü tərəfindən ciddi şəkildə aldanılıblar. Çünki Dağlıq Qarabağ münaqişəsi fonunda hakimiyyəti zəbt edən bu cütlük verdikləri vədin heç birinə, yəni qondarma DQR”in dünya tərəfindən tanınacağı, bu mübarizənin erməni xalqına xoşbəxtlik və rifah gətirəcəyi haqda söylədikləri özünü doğrultmadı. Tam əksinə, “DQR” onlara göz yaşı, övlad, qardaş və ata itgisi, yoxsulluq və facidən başqa heç nə vermədi. Ermənilər özgənin torpaqlarında xöşbəxt ola bilməyəcəklərini anladıqlarından və bu torpaqların sahibinə qaytarılmasının ilk onların özlərinin xeyrinə olacağını başa düşdüklərindən bu platformaya qoşulublar və bu proses indi də davam edir. Erməni ictimaiyyətinin nümayəndələri Sarkisyan rejimi tərəfindən onlara qarşı olan bütün təhlükələri və təzyiqləri göz önünə alaraq, Ermənistan-Azərbaycan sülh platformasına qoşulurlar. İkincisi, ermənilər gəlib başqasının torpağında ölmək istəmirlər, üçüncü isə Dağlıq Qarabağda daim qorxu və səksəkə içində yaşamaq istəmirlər. Ona görə də ermənilər tez bir zaman ərzində münaqişənin sülh yolu ilə həll edib, bütün sivil ölkələrdə olduğu kimi, rahat və normal şəraitdə yaşamaq isəyirlər. Bu baxımdan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, QHT təmsilçiləri, Sarkisyan rejiminin idarəçiliyi ilə uçuruma sürüklənən Ermənistanın taleyinə biganə qalmayan ictimai aktivlər bu təşəbbüsə dəstək verirlər".

Millət vəkilinin sözlərinə görə, Ermənistan rəhbərliyi bütün gücünü səfərbər edib ki, bu platfaormanın fəaliyətini dayandırsın və sülh yaratma konsepsiyası iflasa uğrasın: "Münaqişəni olduğu kimi qoruyub saxlamağa çalışan Sarkisyan rejimi yaxşı anlayır ki, bölgədə sülhün əldə olunması onların sonu ilə nəticələnə bilər. Ona görə də istənilən real sülh təşəbbüsünə qəti etiraz edir və bu prosesə qoşulanları ağır şəkildə cəzalandırmağa başlayıb. Bildiyiniz kimi, son 3 gündə mətbuat vasitəsilə “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmaq istəyən 2 erməni gəncə və onların yaxınlarına mənəvi, fiziki basqılar və təhdidlər edilir, onların ailə üzvləri və özləri həbs edilir. Bunlar arasında erməni publisist, ictimai fəal Lusine Nersisyanın Xankəndində Ermənistan təhkükəsizlik orqanları tərəfindən həbs olunması, eləcə də digər erməni fəalı Armen Virabyanın anasının və yaxınlarının işdən azad edilərək, təhqir və fiziki təzyiqlərə məruz qalmasını göstərmək olar".

O bildirib ki, Xocalı soyqırımını törətmiş bir adamın, Serj Sarkisyanın sülh çağırışlarına belə reaksiyası məni təəccübləndirmir: "Lakin bu bir daha Sarkisyan rejiminin əsl simasını ortaya qoyur və onun sülh çağırışı edən gənclərə belə aqressiv münasibəti ilk növbədə erməni xalqını və sonra isə beynəlxalq təşkilatları narahat etməli və onun bu əməlinə adekvat qiymət verilməlidir. Əminəm ki, bütün bu basqılar istər Dağlıq Qarabağdan, istərsə də Ermənistandan sülh platformasına dəstək verənlərin qarşısını ala bilməyəcək. Bundan başqa, artıq bir çox ölkələrin tanınmış siyasətçisi, mətbuatı və ictimai xadimi sülh platforması prosesinə dəstək verməyə başlayıb. Yaxın zamanlarda daha böyük dəstəyin hamımız şahidi olacagıq. Çünki vicdanı olan hər kəs milliyətindən asılı olamayaraq, bu platformaya dəstək verməli və insanlıq qarşısında öz borcunu yerinə yetirməlidir".

ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, uzun müddət sülhdən, xalqlar arasında inam və etimad mühitindən danışan, cəmiyyətləri bir-birinə yaxınlaşdırmağın vacibliyindən bəhs edən beynəlxalq təşkilatların bu baxımdan nəyə qadir olduqlarını sübut etməyin əsl vaxtıdır: "İlk növbədə, Avropa İttifaqının Bakıdakı ofisinin rəhbəri səfir Malina Marda platformaya verdiyi dəstəyə və Lusine Nersisyanın Xankəndində qanunsuz həbsini pislədiyinə görə təşəkkür edirəm.

Hesab edirəm ki, digər beynlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədləri də bu prosesə münasibət bildirməlidirlər. Ona görə də ATƏT-in Minsk qrupunun həmsərdlərinə xitabən Hamburqda ATƏT PA-nın büro iclasında etdiyim müraciəti bir daha təkrarlamaq istəyirəm. 25 illik münaqişənin tarixində ilk dəfə bir araya gələn Ermənistan və Azərbaycan xalqlarının nümayəndələrinin sülh çağırışına laqeyd qalmayın, onların səsinə səs verin, Sülh platformasının fəaliyyətini dəstəkləyin və bölgənin ən qanlı münaqişəsinin həlli üçün nəhayət malik olduğunuz mandatdan səmimi şəkildə istifadə edin. Belə bir fürsətin qaçırılmasını tarix heç kimə bağışlamayacaq.

Sonda isə hörmətli həmkarlarıma, millət vəkillərinə müraciər edirəm ki, bu platformanı bütün beynəlxalq təşkilatlarda, ATƏT PA, AŞ PA, NATO PA, Avronest PA, QDİƏT PA və digərlərində, o cümlədən xarici ölkələrlə yaratdığımız dostluq qruplarında təqdimatına və onların dəstəyini əldə etməyə çalışsınlar. Eyni zamanda Azərbaycan ictimaiyyətinin də bu prosesdə fəal olmağa, bu təşəbbüsü həm daxildə, həm də xaricdə dəstəkləməyə çağırıram”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

17.11.2026 / 17:36
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ