çərşənbə günü, 18 noyabr 2026
     

Azərbaycanın bəzi qonşuları Bakı-Tel-Əviv yaxınlaşmasından niyə narahat olub...

Image


“Azərbaycan İsraillə münasibətlərin inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil”. Bunu APA-ya açıqlamasında İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə münasibət bildirən Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Bəxtiyar Əliyev deyib.

B. Əliyev bildirib ki, Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi , ortaq mədəniyyəti, dili  bölüşən İordaniya ilə İsrailin  münasibətləri həmişə yüksək səviyyədə olub, bu ölkə əhalisinin çoxluğunun keçmiş fələstinlilər təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilməyib. Digər tərəfdən, İsrailin özündə çoxsaylı ərəbdilli icma yaşayır, onların əksəriyyəti İsrail cəmiyyəti inteqrasiya edib, orduda, parlamentdə təmsil olunurlar.

Türkiyə, Misir kimi İslam dünyasının aparıcı söz sahibi sayılan dövlətlərin də uzun illər İsraillə sıx əlaqələri olub, bu gün də bu əlaqələr kifayət qədər sıxdır. İsrail rəsmilərinin səfər etdiyi yeganə müsəlman ölkəsi də Azərbaycan deyil, İsrail baş nazir Azərbaycandan sonra Qazaxıstana da səfər edəcək: “Azərbaycan dövləti  Fələstin administrasiyası  ilə 1992-ci ilin 15 aprelində diplomatik əlaqələr qurub, bu əlaqələrdə dostluq, qardaşlıq, xalqların BMT çərçivəsində hüquqlarını müdafiə prinsiplərinə həmişə sadiq olub. 1995-ci il 22 oktyabrda böyük dövlət xadimi Heydər Əliyev Nyu-Yorkda Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfatla görüşüb. Azərbaycan prezidenti İlham Əliyev də bu əlaqələrin inkişafına xüsusi həssaslıq göstərib. Bu gün Bakıdakı Fələstin səfirliyi məhz Azərbaycanın vəsaiti ilə fəaliyyət göstərir. Azərbaycanın dəvəti ilə 2011-ci ilin iyununda Fələstin Dövlətinin prezidenti Mahmud Abbası Bakıya səfər edib. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı, eləcə də digər beynəlxalq təşkilatlarda aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstini dəstəkləyib.

Azərbaycan təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, YUNESKO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən 20-dən artıq qətnamənin lehinə səs verib. Azərbaycan Fələstin məsələsini BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil edib. Azərbaycan rəsmi səviyyədə Yaxın Şərq münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil Fələstin dövlətinin yaradılmasında tam dəstəyini bəyan edib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə 2012-ci il ərzində humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min dollar məbləğində maliyyə yardımı göstərilib.  2013-cü il iyunun 11-də Bakıda İƏT Xarici İşlər Nazirlərinin Qüds şəhərinə dəstək məqsədilə donor konfransı və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı keçirilib. Konfransların planında təqdim olunmuş layihələrə dəstəyin verilməsi məqsədilə Azərbaycan tərəfindən maliyyə yardımı ayrılıb. Son 5 ildə Fələstinlə Azərbaycan arasında 4 saziş və Anlaşma memorandumu imzalanıb”. 

Deputat Azərbaycan-İsrail əlaqələrinin ikitərəfli xarakter daşıdığını və heç bir dövlətlə münasibətlərə xələl gətirmədiyini vurğulayıb: “Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır. Azərbaycan müsəlman həmrəyliyinin gücləndirilməsinə, eyni zamanda Qərblə müsəlman dünyası arşında gərginliyin aradan qaldırılmasına böyük töhfə verib. Azərbaycan prezidenti bütün ali tribunalardan islamofobiyaya qarşı barışmaz mövqeyini ifadə edib. Azərbaycan prezidenti dəfələrlə dəvət edilməsinə baxmayaraq, İsrailə səfər etməyib, bu günə qədər İsraildə Azərbaycan səfirliyi açılmayıb. Azərbaycan dövlətinin belə ardıcıl mövqeyi müsəlman dünyasında təqdirlə qarşılanıb. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Ərəb Dövlətləri Liqası yekdilliklə Azərbaycanın namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib. İslam Əməkdaşlığı Təşkilatı İstanbulda keçirilən 13-cü zirvə görüşündə Azərbaycanı müdafiə edən qətnaməsində də ölkəmizin islamofobiya qarşı mübarizəyə, müsəlman həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfə xüsusi olaraq vurğulanıb. Bütün bunlardan sonra hər hansı bir dövlətin və ya həmin dövlətdəki müəyyən çevrələrin, o cümlədən İranın Azərbaycanın İsraillə əlaqələrini təftiş etməsi mənasızdır".

B. Əliyev qeyd edib ki, Azərbaycanın belə prinsipiallığı fonunda onu ittiham etməyə çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi mövqeyindən çıxış etmir, ədalətli və düzgün mövqe tutmurlar: “İranın bütün sabiq prezident və vitse-prezidentləri Ermənistana səfər edib və Ermənistanın prezident, baş nazir və digər ali rəsmi şəxslərini öz ölkələrində yüksək səviyyədə qarşılayıblar. Onlar bunu İranın milli maraqları çərçivəsində olduqları ilə əsaslandırmağa çalışıblar. İranla Ermənistan arasında viza rejimi də qaldırılıb, hazırda İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə hazırlıqlar aparılır. Bu zaman nəinki müsəlman həmrəyliyi, Azərbaycan ərazisində 1 milyondan çox müsəlman - şiənin doğma yurd yuvasından didərgin salınması, azərbaycanlılara qarşı Xocalı soyqırımının törədilməsi və onun iştirakçısı olan Serj Sərkisyanın İranın dostu elan edilməsi nəzərə alınmır, İran ali dinli liderinin Ermənistana hər cür əlaqələri yasaq edən fətvası da unudulur. Yaxın Şərqdəki hadisələr zamanı müsəlman həmrəyliyi zərurətini qabardan İran nədənsə öz qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalmır. Görəsən İranda qardaşlarımız düşünürlərmi ki, Ermənistana ötürülən hər bir litr benzin bir müsəlmanın azərbaycanlının qətlinə səbəb ola bilər. Yəqin ki, onlar bunu bilmirlər, bilsələr, etməzlər”.

“Azərbaycanın öz siyasi dəst-xətti var, öz dövlət siyasəti var”

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bütün region üçün müsbət haldır. Bu barədə isə Trend-ə siyasi ekspert Arzu Nağıyev deyib.

Ekspertin fikrincə, B.Netanyahunun səfəri zamanı müzakirə ediləcək əsas məsələlərdən biri də İsrail-Fələstin qarşıdurmasında Azərbaycanın rolunun qabardılması olacaq: “Bu gün Azərbaycan tolerant, multikultural dövlət kimi bu münaqişənin həll olunmasına yardım etməyə hazırdır. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan İsraillə dost dövlətlərdir. Azərbaycan və İsrail bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı, hərbi-texniki, nanotexnologiyalar sahələrində sıx əməkdaşlıq edirlər”.

A.Nağıyev hesab edir ki, Baş nazirin səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparıla bilər: "Ümumiyyətlə, bu səfərin Azərbaycan üçün yalnız müsbət tərəfləri ola bilər".

O əlavə edib ki, bir sıra qonşu ölkələr Azərbaycan-İsrail yaxınlaşmasını o qədər də müsbət dəyərləndirmirlər: “Təbii ki, bu siyahıda Ermənistan birinci sıradadır”.

İranın bir sıra rəsmilərinin bu səfərlə bağlı narahatlığına gəlincə isə ekspert qeyd edib ki, Azərbaycanın öz siyasi dəst-xətti var, öz dövlət siyasəti var: “Bu, balanslı siyasətdir. Azərbaycan bütün dövlətlərlə dostluq şəraitində yaşamaq istəyir”.

“Bu münasibətlər heç bir halda heç bir dövləti hədəfə almayıb”

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri iki ölkə arasındakı münasibətləri daha da genişləndirəcək. Bunu isə millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, İsraillə Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir: "Həm siyasi dialoq, həm ticari-iqtisadi əlaqələr, həm də hərbi-texniki əməkdaşlıq üzrə əlaqələrimiz sürətlə inkişaf etməkdədir. Səfər zamanı da bu məsələlər ətrafında geniş müzakirələrin aparılması gözlənilir".

E.Nəsirov bildirib ki, Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq xüsusilə yüksək səviyyədədir: "Hələ ötən il bəyan edildi ki, İsrail Azərbaycana 1,6 milyard dollarlıq müasir silah-sursat satıb. Bütün bunlar onu göstərir ki, səfər çərçivəsində haqqında bəhs etdiyimiz sahələrdə əlaqələrin daha da inkişafına xidmət edən növbəti addımların atılması istisna deyil".

Millət vəkili qeyd edib ki, Azərbaycanla İsrail arasındakı münasibətlər bərabər hüquq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır: "Əlaqələrin inkişafı heç bir halda üçüncü tərəfin əleyhinə yönəlməyib. Azərbaycan-İsrail əlaqələrinin inkişafı ikitərəfli münasibətlər baxımından dəyərli və əhəmiyyətlidir. Bu münasibətlər heç bir halda heç bir dövləti hədəfə almayıb. Çünki Azərbaycan dövlətinin sülhpərvər xarici siyasət kursu var. Əksinə, ikitərəfli əlaqələr regional təhlükəsizliyə yönəlib, bölgədə vəziyyətin sabitləşməsinə yardım edir. Azərbaycan-İsrail münasibətlərinin inkişafı İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində də müəyyən təkanverici rol oynaya bilər. Çünki Prezident İlham Əliyevin siyasəti sayəsində Türkiyə ilə Rusiyanın korlanmış münasibətləri yaxşılaşdı. Azərbaycan Fələstin-İsrail münasibətlərinin normallaşmasında da vasitəçi rol oynaya bilər".

“Azərbaycan-İsrail münasibətləri digər ölkəyə qarşı yönəlməyib”

Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri həm iki ölkənin, həm də dünyanın maraqlarına xidmət edəcək. Azərbaycan və İsrail arasında sıx dostluq əlaqələrinin olduğunu deyən deputat bu münasibətlərin digər ölkələr üçün də örnək ola biləcəyini söyləyib: “Hər iki ölkə bir-birinə hörmətlə yanaşır, sıx əməkdaşlıq edirlər. Hər bir rəsmi səfər iki ölkə arasındakı mövcud əlaqələrin dərinləşməsinə, eləcə də yeni əməkdaşlıq sahələrinin axtarılmasına xidmət edir”.

Deputat qeyd edib ki, Azərbaycan və İsrail arasındakı münasibətlər digər ölkəyə qarşı yönəlməyib: “Heç bir halda ölkələr öz münasibətlərindən hansısa dövlət üçün problemlərin yaradılması məqsədilə istifadə etməyiblər və etmək fikrində də deyillər”.

A.Mirzəzadə hesab edir ki, İsrail Baş nazirinin Azərbaycana ikinci səfəri bu ölkənin Azərbaycanın regionda və dünyada oynadığı böyük rola verdiyi qiymətdir.

Onun özlərinə görə, B.Netanyahunun səfərdən əvvəl Azərbaycan haqqında söylədiyi fikirlər İsrail siyasi dairələrində Azərbaycanın çox nüfuzlu bir ölkə kimi qiymətləndirilməsindən xəbər verir.

A.Mirzəzadə bildirib ki, İsrail Baş nazirinin bu səfəri İsraillə Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə, dünyada təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün birgə əməkdaşlıq formatlarının axtarışına səbəb olacaq.

“Biz oturub onların ağzına baxsaq ki,...”

Milli Məclisin deputatı Rasim Musabəyov isə hesab edir ki, İrandakı bəyanatlara səbəb Azərbaycanın müstəqil siyasətidir. Azərbaycan parlamentinin xarici işlər komitəsinin üzvünün sözlərinə görə Azərbaycan İranda təşkil edilmiş kütləvi çıxışlara və bəyanatlara əhəmiyyət vermir.

"Biz oturub onların ağzına baxsaq ki, bizim kimlə münasibətlər qurub-qurmamağımızı həll etsinlər onda bu müstəqillik Azərbaycana lazım gəlmir", - Rasim Musabəyov “BBC Azərbaycanca”ya bildirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

18.11.2026 / 10:28
ABD kəşfiyyatı ŞOKDA - məxfi rabitə şəbəkəsi çökdü...

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

17.11.2026 / 17:36
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ