ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətində ciddi irəliləyiş hiss olunmur. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib: "Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Bu problem 25 ildir davam edir”.
Səfir qeyd edib ki, bu məsələdə Türkiyə Azərbaycanın yanındadır.
“Terrorla mübarizədə Azərbaycan Türkiyəyə dəstək göstərir, buna görə biz Azərbaycana öz təşəkkürümüzü bildiririk”. Bunu da Türkiyənin Azərbaycandakı səfiri deyib.
Səfir bildirib ki, terrorla mübarizə çox vacibdir: “Terrorla mübarizə aparmaq lazımdır. “Mənə toxunmurlar” deyib, kənarda dayanmaq olmaz, hər kəs terrorla mübarizə aparmalıdır. Bu gün terrorizmə dəstək verənlər sabah terrorun qurbanı olacaqlar”.
Diplomat bildirib ki, Türkiyədə baş verən sonuncu terror aktı ilə bağlı dekabrın 14-də Türkiyənın Bakıdakı səfirliyində xatirə dəftəri açılacaq.