çərşənbə günü, 18 noyabr 2026
     

Azərbaycan “İstanbul Prosesi” deyilən layihədəki fəaliyyətinə çox ciddi baxdığını bir daha göstərir

Image


Azərbaycan 2017-ci ildə Əfqanıstana dəstək məqsədilə yaradılmış İstanbul prosesinə ev sahibliyi edəcək. Prosesin detalları ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya müsahibə verib. 

- “Asiyanın Ürəyi - İstanbul Prosesi” nədir və Hindistanda keçirilmiş nazirlər toplantısında hansı qərar qəbul edilib?

- Dekabrın 4-də Hindistanın Amritsar şəhərində keçirilmiş “Asiyanın Ürəyi – İstanbul Prosesi”nin 6-cı Nazirlər Konfransının yekun Amritsar Bəyannaməsində Azərbaycanın İstanbul prosesinin həmsədr ölkəsi kimi 2017-ci ildə “Asiyanın Ürəyi – İstanbul Prosesi”nin növbəti Nazirlər Konfransına ev sahibliyi etməsinə dair təklifi alqışlanıb və qəbul edilib.

İstanbul Prosesi 2011-ci ilin 2 noyabr tarixində İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu Proses “Asiyanın ürəyi” (“Heart of Asia”) adlanan bölgənin dövlətləri tərəfindən Əfqanıstan və onun qonşuları arasında təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərin müzakirə edilməsi üçün əlverişli platformadır. İstanbul Prosesi Əfqanıstanda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə vermək məqsədini daşıyır.

- Bu Prosesdə hansı ölkələr iştirak edir və İstanbul Prosesinin fəaliyyət mexanizmi necədir?

- Hazırda Azərbaycan da daxil olmaqla, “Asiyanın ürəyi” regionuna aid olan 14 ölkə (Azərbaycan, Əfqanıstan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləri) bu prosesin tamhüquqlu iştirakçısıdır. Bundan əlavə, Avstraliya İttifaqı, Kanada, Danimarka, Misir, Finlandiya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Norveç, İspaniya, İsveç, Birləşmiş Krallıq, İraq, ABŞ, BMT, İslam Əməkdaşlığı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Regional Əməkdaşlıq naminə Cənubi Asiya Assosiasiyası, Avropa İttifaqı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ağa Xan İnkişaf Şəbəkəsi, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı kimi dövlət və beynəlxalq təşkilatlar İstanbul prosesində dəstəkləyici rolunda çıxış edirlər.

İstanbul Prosesinin qərar qəbul etmə orqanları xarici işlər nazirlərinin konfransları, yüksək vəzifəli şəxslərin iclasları və xüsusi işçi qrupların görüşləridir. Xarici işlər nazirlərinin Konfransı ildə bir dəfə olmaqla, növbəti sədrlik funksiyasını öz üzərinə götürən ölkə tərəfindən təşkil edilir. İstanbul Prosesinin ilk nazirlər görüşü 2 noyabr 2011-ci il tarixində İstanbulda, ikinci nazirlər görüşü 14 iyun 2012-ci ildə Kabildə, üçüncü nazirlər görüşü 26 aprel 2013-cü ildə Almatıda, dördüncü nazirlər görüşü 31 oktyabr 2014-cü ildə Pekində, beşinci nazirlər görüşü 2015-ci ilin 9 dekabr tarixində İslamabadda keçirilib. Sonuncu nazirlər toplantısı isə Hindistanın Amritsar şəhərində baş tutub.

İstanbul Prosesi çərçivəsində nazirlər səviyyəsində qəbul olunan yekun sənədlərdə, o cümlədən Amritsar bəyanatında İstanbul prosesində iştirak və ona dəstək verən 30 dövlət və 10-dan çox beynəlxalq və regional təşkilatın nümayəndələri tərəfindən dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstək bildirilir, separatizm, terrorizm, ekstremizm, eləcə də onlar arasında bağlantının regiondakı dövlətlərə təhdid yaratmasından narahatlıq ifadə edilir.

- Azərbaycan İstanbul Prosesi çərçivəsində Əfqanıstanın sabitliyi və inkişafı üçün nə kimi tədbirlər görür və prosesə hansı töhfələri verir?

- Azərbaycan Əfqanıstanın regional iqtisadiyyata inteqrasiya olunması və qonşuları ilə ticarətin inkişaf etdirilməsi, həmçinin regional əlaqələrinin gücləndirilməsi məqsədilə Əfqanıstanla əməkdaşlıq edir. Azərbaycan İstanbul Prosesinin regional infrastruktura dair etimad quruculuğu tədbirlərində Türkmənistanla birgə aparıcı ölkə kimi bu sahədə Əfqanıstan və digər tərəfdaş ölkələrlə fəaliyyətini davam etdirəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər dənizinin sahillərində logistik mərkəzlər, Azərbaycan və İran İslam Respublikasını birləşdirən dəmir yolları şəbəkələri də daxil olmaqla, Azərbaycanın təşəbbüsü ilə hazırda həyata keçirilən regional birləşdirici layihələr Şərq-Qərb və Şimal-Cənub istiqamətləri boyunca multi-modal imkanlarla trans-regional infrastrukturun inkişaf etdirilməsində keyfiyyətcə yeni imkanlar təqdim edir. Bu layihələr Əfqanıstanın qlobal bazarlara girişini asanlaşdıracaq və regionda yük və konteynerlərin daha qısa, sürətli, səmərəli və ucuz yollarla daşına biləcəyi əlaqələri təmin edəcək.

Azərbaycan İstanbul Prosesinin narkotiklərə qarşı mübarizəyə dair etimad quruculuğu tədbirlərində Rusiya Federasiyası ilə birgə aparıcı ölkə kimi region üçün həqiqətən ciddi təhlükə kəsb edən narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə Əfqanıstan və digər tərəfdaş ölkələr ilə birgə işləyir. İkitərəfli əsasda Azərbaycan öz təcrübəsini Əfqanıstanla bölüşür və səmərəli idarəçilik, müdafiə, hüquq-mühafizə və minalı ərazilərin təmizlənməsi kimi sahələrdə təlimlərin keçirilməsində yardım edir.

Biz həmçinin hərbi birləşmələr, multimodal tranzit, təlim və maliyyə yardımları təmin etməklə, NATO-nin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrindən sonrakı “Qətiyyətli Dəstək Missiyası”na öz töhfəmizi veririk. Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun Etimad Fonduna ianələr verib və bu fonda dəstəyi davam etdirməyi qərara alıb.

Azərbaycan “Asiyanın Ürəyi – İstanbul Prosesi”nin həmsədr ölkəsi və 2017-ci ildə növbəti Nazirlər Konfransına ev sahibliyi edəcək ölkə kimi ikitərəfli səylər, eləcə də “Asiyanın Ürəyi – İstanbul Prosesi” və digər çoxtərəfli platformalar çərçivəsində Əfqanıstanın stabilləşdirilməsi, quruculuğu və inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirəcək. Əminliklə deyə bilərik ki, Azərbaycan İstanbul Prosesində iştirak edən tərəfdaş dövlətlərlə birlikdə 2017-ci ildə bu prosesə uğurla sədrlik edəcək və Nazirlər toplantısına ev sahibliyi edəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

18.11.2026 / 12:03
"Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir" - Yohan David Vadeful

18.11.2026 / 11:58
Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olundu

18.11.2026 / 11:50
Bakıda bu ərazilərə giriş pullu olacaq

18.11.2026 / 11:42
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.11.2026 / 11:28
Lavrov Rusiyanın müttəfiqlərini incidən qeyri-diplomatik bəyanat verdi...

18.11.2026 / 11:09
Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

18.11.2026 / 10:19
Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov apellyasiya şikayəti verdi

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

18.11.2026 / 09:30
ABŞ İranın Qeşm adasına yeni hava zərbələri endirdi...

18.11.2026 / 09:18
"Bəzən əsgərlikdən möhlət almaq üçün saxta təhsil arayışları təqdim olunur" - General

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

17.11.2026 / 17:36
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ