çərşənbə günü, 18 noyabr 2026
     

Gülənin qara günləri başlayır, onun ABŞ-dan çıxarılmasını istəyən general Trampın müşaviri oldu

Image


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Müdafiə Kəşfiyyatı Agentliyinin keçmiş rəhbəri, istefada olan general-leytenant Maykl Flinnə milli təhlükəsizlik müşaviri postunu təklif edib.

Baki-xeber.com xəbər verir ki, Tramp Flinnlə yanaşı Kansas ştatından ABŞ Konqresi Nümayəndələr palatasının üzvü Mike Pompeoya Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəisi vəzifəsini, Alabama ştatından senator Jeff Sessionsa Baş prokurorluq təklif edib. Onların hər üçü yeni prezidentin təklifini qəbul edib.

Türkiyədə çevriliş cəhdində ittiham edilən FETÖ lideri Fətullah Güləni Usamə Bin Ladenə bənzədən və Türkiyəyə verilməsini dəstəkləyən təqaüdçü general, artıq rəsmi olaraq ABŞ-ın yeni prezidentin milli təhlükəsizlik müşaviri postunu tutub.

57 yaşlı Flinn Trampın təklifini qəbul edib və artıq onu təyin etmək üçün Konqresin təsdiqinə ehtiyac qalmayıb. Ancaq CİA direktoru və Baş prokuror Senatda təsdiq olunmalıdır.

Qeyd edək ki, Flinn bir müddət əvvəl açıqlamasında Fətullah Güləni “Əl Qaidə” lideri Usamə Bin Ladenə bənzətmişdi: "Pensilvanyaya rahatca yerləşmiş bu maskalı terror və qeyri-sabitlik mənbəyi tərəfindən Vaşinqtonun gözü bağlanarkən, NATO müttəfiqimiz Türkiyəyə mane olmaq məntiqsizdir. Türkiyənin gözündə Vaşinqton Türkiyənin Usamə Bin Ladeninə sığınacaq verir. 11 sentyabrdan sonra Usamə bin Ladenin Türkiyədə gözəl bir kənddə yaşadığını və eyni anda türk vergi ödəyicilərinin vergiləri ilə maliyyələşən 160 məktəbi işlətdiyini öyrənsəydik nə edərdik?"

Flinn deyir ki, ABŞ maraqları üçün Türkiyənin həyati rolunu anlamağa başlamalıyıq: “İraqda və Suriyada İslam Dövləti təşkilatına qarşı mübarizədə Türkiyə həqiqətən ABŞ-ın ən güclü müttəfiqidir. Türkiyə regionda da sabitlik mənbəyidir”

Onu da qeyd edək ki, 57 yaşlı, istefada olan kəşfiyyat zabiti, general Maykl Flinn Demokratlar Partiyasının üzvüdür. O, Trampın seçki kampaniyası zamanı onun milli təhlükəsizlik müşaviri olub.

"The New York Times" qəzeti yazır ki, Tramp və general Flinnin faktlarla arası bir o qədər də yaxşı deyil: "Məsələn, general Flinn deyib ki, islam qanunu olan şəriət ABŞ-da yayılmaqdadır". Qəzetin yazdığına görə, Flinnin faktlara əsaslanmayan dəyərləndirmələri o qədər adi hal alıb ki, Müdafiə Kəşfiyyatı Agentliyinə rəhbərlik edərkən tabeliyindəki əməkdaşlar onları "Flinn faktları" adlandırırmış.

Müşavir kimi general Flinn Trampa çox güclü təsir edə bilib. O, yeni seçilmiş prezidenti inandırıb ki, ABŞ islam yaraqlıları ilə "dünya müharibəsi" aparır və Putin də daxil olmaqla istənilən müttəfiqlə əməkdaşlıq etməlidir.

Prezident Barak Obama general Flinni Müdafiə Kəşfiyyatı Agentliyinin rəhbəri vəzifəsindən uzaqlaşdırandan sonra o, "Flynn Intel Group" konsaltinq şirkətini yaradıb. Bu şirkətin Yaxın Şərq ölkələri ilə qaranlıq biznes əlaqələri var. Bu şirkət həm də Türkiyə hökumətinin xeyrinə lobbiçilik edib. Bundan başqa, general Flinn ötən il Kremlin yaratdığı televiziya şəbəkəsi olan "Russia Today"lə ödənişli əsaslarla əməkdaşlığa başlayıb. O, "Russia Today"in Moskvada təmtəraqlı ildönümü mərasiminə qatılıb və burada Putinlə yanaşı oturub.

Bu potensial maraq toqquşmalarına görə Trampın keçid komandası onun milli təhlükəsizlik müşaviri postundan başqa hər hansı vəzifəyə təsdiqlənəcəyinə şübhə ilə yanaşırdı. Məsələ burasındadır ki, milli təhlükəsizlik müşavirindən başqa bütün digər vəzifələrə yeni təyinatları Konqres təsdiqləməlidir. Ancaq Trampın gözündə Flinnin çox böyük üstünlüyü var: Vaşinqtonun bütün milli təhlükəsizlik isteblişmenti Trampın prezidentliyə layiq olmadığını deyəndə Flinn hamıdan öncə onun yanında idi.

General Flinn seçkidən öncəki çıxışlarında da, avqustda işıq üzü görmüş kitabında da "radikal islam terrorizmi" təhlükəsini dönə-dönə qabardıb. "The New York Times" yazır ki, qalan hər şey general Flinn üçün ikinci dərəcəlidir. Bu təhlükənin hər hansı başqa təsvirini isə o, “siyasi korrektliyin ən pis forması" adlandırır. General seçkidən iki gün öncə verdiyi müsahibədə belə deyib. O söyləyib ki, islamçı silahlı qruplaşmalar qlobal səviyyəli real təhlükədir. Onun fikrincə, islam dininin özü problem mənbəyidir. Bir dəfə o, din yox, siyasi ideologiya kimi gördüyü islamı xərçəng xəstəliyi ilə müqayisə edib.

Bu iki şəxsin aylarla sürən ünsiyyətindən sonra "artıq Trampın fikirlərinin harada bitdiyini, general Flinnin fikirlərinin harada başlandığını anlamaq çətindir", – "The New York Times" yazır. Onların hər ikisi ABŞ-ın islamçı yaraqlıların öhdəsindən gəlməkdən ötrü Putinlə əməkdaşlıq etməli olduğunu düşünür. İnanırlar ki, ABŞ Putinin öz ölkəsində tənqidi fikirləri boğmasına, Ukrayna ilə bağlı etdiklərinə, Rusiya ordusunun Suriya şəhərlərini bombalamasına görə narahatlığa son qoymalıdır. Eyni fikirləri Misirin çevrilişlə hakimiyyətə gəlmiş prezidenti Abdel Fattah el-Sisi barədə də demək olar. El-Sisi seçkidən sonra Trampla danışmış ilk xarici liderdir.

General Flinnlə Donald Trampın fikirləri başqa bir məsələdə də üst-üstə düşür. Onların hər ikisi düşünür ki, əhalisi, əsasən, müsəlmanlar olan ölkələrdən gələn mühacirlərin sayı məhdudlaşdırılmalı və bəlkə də Amerikada yaşayan müsəlmanlar hökumətin qeydiyyatından keçməlidir.

General Flinn də Tramp kimi isteblişmenti pisləyir. Onun fikrincə, son iki prezidentin dövründə Amerikanın müdafiə və xarici siyasətini formalaşdıran respublikaçı və demokrat liderlər "bizi mənasız səbəblərdən bir zibildən o biri zibilə salıblar".

General təkidlə bildirir ki, onun kəşfiyyat agentliyinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmasının səbəbi Obama administrasiyasının islamçı yaraqlıların geri çəkilməsi barədə fikirləri ilə razılaşmamasıdır. "The New York Times" qəzeti bu məsələdə generala haqq qazandırır.

Tramp son təyinatlarla bağlı yaydığı bəyanatda Pompeo haqda deyib ki, o, CİA direktoru kimi terroizmlə mübarizədə parlaq və yorulmaz lider olacaq.

Pompeo İranla nüvə sazişinə tənqidi yanaşır. Noyabrın 15-də İranın silah proqramları ilə bağlı ABŞ sanskiyalarının uzadılması haqda qanuna səs verən Pompeo deyib ki, bu qanun amerikalıları qoruyur və İranın təcavüzünə qarşı çıxır.

Pompoe dünən şəxsi Twitter hesabından bəyan edib ki, "İranla olan müqaviləni ləğv etməyi səbirsizliklə gözləyirəm". O, İranı terroru maliyyələşdirməkdə ittiham edir.

“International Business Times” isə Pompeonu qatı bir İslam düşməni kimi xarakterizə edir. Pompeo Amerika xarici siyasətində sərt addımların atılmasını dəstəkləyənlərdən biridir. Seçki prosesində Trampın Orta Şərqdən uzaq durmaq və döyüşlərdən çəkilmə kimi sözlərinə qarşı çıxan Pompeo ABŞ-ın geri çəkilməsilə bağlı fikirləri sərt şəkildə rədd etdiyini deyib.

Tramp Sessions haqda da deyir ki, dünya səviyyəli hüquşünasdır və hüquq müəllimləri ona heyrandırlar. 69 yaşlı Sessions 1996-cı ildən senatordur. Ondan əvvəl isə öz doğma ştatı Alabamanın baş prokuroru olub.

Senatın ən qatı mühafizəkarlarından olan Sessions qanunsuz miqrantlar və sərhəd təhlükəsizliyində çox sərt mövqe tutur. O, baş prokuror olduğu vaxt afro-amerikalılar haqda dediyi irqçi sözlərə görə 1986-cı ildə federal hakim ola bilməmişdi.

Tramp prezidentliyə namizədliyini irəli sürəndə Trampı dəstəkləyən birinci respublikaçı senator məhz Sessions oldu.Tramp hətta onu vitse-prezidentliyə namizəd irəli sürmək istəyirdi.

TAHİR



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

18.11.2026 / 12:03
"Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir" - Yohan David Vadeful

18.11.2026 / 11:58
Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olundu

18.11.2026 / 11:50
Bakıda bu ərazilərə giriş pullu olacaq

18.11.2026 / 11:42
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.11.2026 / 11:28
Lavrov Rusiyanın müttəfiqlərini incidən qeyri-diplomatik bəyanat verdi...

18.11.2026 / 11:09
Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

18.11.2026 / 10:19
Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov apellyasiya şikayəti verdi

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

18.11.2026 / 09:30
ABŞ İranın Qeşm adasına yeni hava zərbələri endirdi...

18.11.2026 / 09:18
"Bəzən əsgərlikdən möhlət almaq üçün saxta təhsil arayışları təqdim olunur" - General

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ