Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verənlərə operativ reaksiya göstərilməsi üçün Bakı ilə İrəvan arasında “qaynar xətt” yaradılmalıdır.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan “Rossiya seqodnya” BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. “Tutalım, təmas xəttində atəş açılır və bizim informasiyamıza görə, atan azərbaycanlılardır. O halda mən dəstəyi qaldırıb Azərbaycan Prezidentinə zəng vururam və bu barədə onu məlumatlandırıram, o da həqiqətdə bunu yoxlayır”- deyə erməni prezidenti təklifinin mahiyyətini izah edib. Onun sözlərinə görə, 1990-cı illərdə belə bir “qaynar xətt”in yaradılmasına cəhd edilib. Belə ki, erməni tərəfinin Azərbaycanın müdafiə nazirinə birbaşa çıxışı olub və guya ekstremal vəziyyətlərdə onunla əlaqə yaradıblar.
Sözügedən müsahibədə bu mövzuda danışılarkən eyni zamanda aprel döyüşlərilə də bağlı paralellər aparılır. Bildirilir ki, Azərbaycan həmin döyüşləri Ermənistanın başlatdığını, qarşı tərəf isə əksini deyir və belə halların yaşanmaması üçün prezidentlər arasında birbaşa əlaqənin olması vacibdir.