Cümə axşamı günü, 19 noyabr 2026
     

Ta­rix­də iz bu­ra­xan­lar: Sul­tan II Sü­ley­man xan

Image


Sul­tan II Sü­ley­man xan Os­man­lı sul­tan­la­rı­nın iyir­min­ci­si, İs­lam xə­li­fə­lə­ri­nin sək­sən be­şin­ci­si­dir. Sul­tan II Sü­ley­man xan 15 ap­rel 1642-ci il­də İs­tan­bul­da ana­dan olub. Ata­sı Sul­tan İb­ra­him xan, ana­sı Sə­li­hə Di­lə­şib sul­tan­dır. Qar­da­şı Sul­tan IV Məh­məd xan za­ma­nın­da sa­ray­da xü­su­si mü­əl­lim­lər­dən tər­bi­yə və təh­sil alıb. 1687-ci il no­yabr ayı­nın 8-də Os­man­lı sul­ta­nı olub.

7 no­yabr 1687-ci il­də və­zi­ri-əzəm Si­liv­ri­də ocaq ağa­la­rı ilə gö­rü­şüb, son­ra­kı gün Sü­ley­ma­nın tax­ta çıx­ma­sı­na qə­rar ve­rir və ümu­mi ağız­dan ya­zı­lan qə­ra­rı Kay­ma­kam rəh­bə­ri Fa­zil Mus­ta­fa pa­şa­ya gön­də­rir. O da Şey­xü­lis­lam­la əs­gər­lə­rin Ali rəh­bər­lə­ri­ni və döv­lət rəh­bər­lə­ri­ni də­vət edir və on­lar­la gö­rü­şə­rək it­ti­faq edir­lər. Son­ra­kı gün çox er­kən sa­at­da Fa­zil Mus­ta­fa pa­şa ilə ox­çu İs­ma­il pa­şa, Sü­ley­man Dab­bağ­za­də Məh­məd bəy və əs­gər­lə­rin Ali rəh­bə­ri ilə di­gər bə­zi ta­nı­nan şəxslər Aya­sof­ya­da top­la­nıb, ara­la­rın­dan Sa­ray qo­ru­yu­cu­su Mus­ta­fa ağa­nı qa­pı ağa­sı Ha­cı İb­ra­him ağa­ya yol­la­ya­raq Şah­za­də Sü­ley­ma­nın Sul­tan se­çil­di­yi­ni bil­di­rir­lər. Qa­pı ağa­sı Sa­ra­yın qo­ru­yu­cu rəh­bə­ri­nə: "Fət­hi-şə­rif oxu­na­caq, kim­sə çö­lə çıx­ma­sın" - de­yə­rək on­la­rı öz otaq­la­rı­na dol­dur­duq­dan son­ra xə­zi­nə kəndxu­da­sı­nı də­vət edə­rək: "Di­van oxu­na­caq, tax­tı ha­zır­la" - de­dik­dən son­ra ağa­sı ilə si­lah­dar Mo­ra­lı Hə­sən ağa­nı də­vət edib və­ziy­yə­ti an­la­dır və Sul­tan İb­ra­hi­min ikin­ci şah­za­də­si Sü­ley­ma­nın ya­şa­ma­ğa məc­bur ol­du­ğu yer­dən çı­xa­rı­lıb gə­ti­ril­mə­si­ni is­tə­yir.

Kəndxu­da Əli ağa Şah­za­də Sü­ley­ma­nı Şim­şir­lik de­yi­lən ya­şa­dı­ğı yer­dən çı­xar­maq üçün ge­dir və ya­ra­nan və­ziy­yə­ti ona an­la­dır. Şah­za­də öl­dü­rü­lə­cə­yi­ni zənn edə­rək çıx­mır. Çün­ki Sul­tan Məh­məd səl­tə­nə­ti ver­mə­mək üçün qar­daş­la­rı­nı öl­dür­mək is­tə­miş­sə də, va­li­dey­ni Tur­han oğ­lu­nun bu hə­rə­kə­ti­nin qar­şı­sı­nı al­mış­dı. Şah­za­də Sü­ley­man bu də­fə fə­la­kə­tə uğ­ra­ya­ca­ğı­nı zənn edir. Be­lə ol­duq­da kəndxu­da:

- Mə­nim şəf­qət­li pad­şa­hım, qorxma­yın, val­la­hi Si­zə zə­rər ver­mək məq­sə­di­lə gəl­mə­dim. Bü­tün və­zir­lər, ta­nı­nan şəxslər və qul­la­rı­nız Si­zi sul­tan edib­lər və təş­ri­fi­ni­zi göz­lə­yir­lər - de­di­sə də, şah­za­də ye­nə əmin ol­ma­yıb:

- Ası­la­ca­ğı­mız əmr olun­du­sa söy­lə, iki rü­kət na­maz qı­lım, son­ra əm­ri ye­ri­nə ye­tir. Uşaq­lı­ğım­dan bə­ri 40 il­dir ki, həbs olun­muş ki­mi bir və­ziy­yət­də ya­şa­yı­ram. Hər gün öl­mək­dən­sə bir gün əv­vəl öl­mək da­ha yax­şı­dır. Bir can üçün nə­dir bu çək­di­yi­miz qor­xu - de­yə­rək ağ­la­ma­ğa baş­la­mış­dı ki, ağa tək­rar onun aya­ğı­nı öpüb:

- Əs­təğ­fü­rul­lah, Si­zə bir qəsd ol­ma­ya­caq, ək­si­nə, taxt qu­rul­muş, cüm­lə qul­la­rın Si­zə ba­xır - de­yin­cə, ya­nın­da olan ki­çik qar­da­şı şah­za­də Əh­məd də cə­sa­rət­lə­nə­rək:

- Bu­yu­run, qorxma­yın, ağa ya­lan de­mir - de­dik­də çö­lə çı­xır, fə­qət üzə­rin­də bir şey ol­ma­dı­ğı­na gö­rə pə­ri­şan bir hal­da idi. Qız­lar ağa­sı öz kürklə­rin­dən bir kürk gə­ti­rib ona ge­yin­di­rir və ərz ota­ğın­da onun ba­şı­na ni­şa­nə­li bir əm­ma­mə qoy­duq­dan son­ra qa­nun na­mi­nə onu tax­ta çı­xa­rır. Ona bi­ət eli­lir (8 no­yabr 1687-ci il). O za­man Sul­tan II Sü­ley­man xan 47 ya­şın­da idi.

Sul­tan II Sü­ley­man xan tax­ta çıx­dı­ğı za­man Os­man­lı or­du­la­rın­da Vya­na po­zuq­lu­ğu ilə baş­la­yan da­ğıl­ma və tor­paq it­ki­si da­vam edir­di. Ma­ca­rıs­tan­da Türk ha­ki­miy­yə­ti so­na çat­maq üz­rə idi. Bu məğ­lu­biy­yət­lər xə­zi­nə gə­lir­lə­ri­nə tə­sir et­di­yi ki­mi, Ana­do­lu­da­kı qul­dur­la­rı da qı­cıq­lan­dı­rır­dı. Avstri­ya cəb­hə­sin­də sər­dar olan Os­man pa­şa Ru­me­li­də qa­nun­suz­lu­ğa yol ve­rir, zor­la ver­gi­lər top­la­yır­dı. Or­du­lar­da da­vam edən da­ğıl­ma­lar nə­ti­cə­sin­də 1688-ci il sentyabr ayı­nın 8-də Belqrad iti­ril­di.

Döv­lə­tin da­xi­lin­də baş ve­rən qa­rı­şıq­lıq­lar, Ma­ca­rıs­ta­nın əl­dən get­mə­si, Belqra­dın iti­ril­mə­si Sul­tan II Sü­ley­man xa­nı çox dü­şün­dü­rür­dü. Əm­rə ita­ət et­mə­yib bir çox qa­la­nın iti­ril­mə­si­nə sə­bəb olan Os­man pa­şa­nın eda­mı­na qə­rar ve­ri­lir. Avstri­ya cəb­hə­si sər­dar­lı­ğı­na Rə­cəb pa­şa gə­ti­ri­lir. Sul­tan II Sü­ley­man xan, sağ­lam­lı­ğı əl ver­mə­sə də, əs­gər­lə­ri təş­viq et­mək məq­sə­di­lə or­du­nun ba­şın­da Ədir­nə­dən So­fi­ya­ya qə­dər gə­lir və hə­rə­ka­tı bu­ra­dan şəx­sən özü ida­rə et­mə­yə baş­la­yır.

1689-cu il­də Krı­ma hü­cum edən rus qüv­və­lə­ri­ni Sə­lim Gi­ray xan az bir qüv­və ilə da­ğı­da­raq pə­ri­şan edir və düş­mə­nə ağır it­ki­lər ver­di­rir. Vi­din nə­za­rət­çi­si Sa­rı Hü­seyn pa­şa Du­nay sa­hi­lin­də­ki Qla­do­va və Or­so­va qa­la­la­rı­nı düş­mən­dən ge­ri alır. Vı­şeq­ra­dı mü­ha­si­rə al­tı­na alan 12 min nə­fər­lik Avstri­ya or­du­su da­ğı­dı­lır...

1689-cu il­də Fa­zil Mus­ta­fa pa­şa­nın sə­da­rə­tə gə­ti­ril­mə­si or­du­ya müs­bət tə­sir edir. Fa­zil Mus­ta­fa pa­şa ilk iş ola­raq bir əda­lət­na­mə nəşr et­di­rə­rək məm­lə­kə­tin ümu­mi əh­va­lı­nı yo­lu­na qo­yur. Al­dı­ğı tə­ci­li təd­bir­lər­lə xə­zi­nə­yə il­lik 4 min ki­sə pu­lu tə­min edir. Or­du­nu in­ti­zam­lı bir ha­la gə­ti­rir. Fa­zil Mus­ta­fa pa­şa 1690-cı il­də Ədir­nə­dən hə­rə­kə­tə çıx­dı­ğı Avstri­ya sə­fə­rin­də düş­mən qüv­vət­lə­ri­ni məğ­lub edə­rək Niş şə­hə­ri­ni alır. Os­man­lı döv­lə­ti­nin Qərbdə ən mü­hüm sər­həd qa­la­sı olan Belqra­dı al­tı gün­lük mü­ha­si­rə­dən son­ra fəth edir. Bu zə­fər­lər Os­man­lı öl­kə­sin­də se­vin­cə sə­bəb olur.

Xəs­tə­li­yi sə­bə­bi­lə Da­vud pa­şa ka­zar­ma­sı­na qə­dər ara­ba ilə gə­lən Sul­tan II Sü­ley­man xan bu­ra­da Fa­zil Mus­ta­fa pa­şa­nı qə­bul edib: "Xoş gəl­din. Bəx­ti­yar ol, üzün ağ, qı­lın­cın şəf­faf, çö­rə­yim sə­nə ha­lal ol­sun! Ar­zum üz­rə xid­mət et­din. Əv­vəl­ki­lər­dən heç bi­ri­nə be­lə bir ulu qə­za qə­lə­bə­si qis­mət ol­ma­dı" - de­dik­dən son­ra or­du­nun qar­şı­sın­da sa­mur ər­kan kür­kü­nü və­zi­ri­nə gey­di­rir, be­lin­dən çı­xar­dı­ğı xən­cə­ri­ni onun be­li­nə, qi­tə sur­qu­cu­nu ba­şı­na tax­dıq­dan son­ra: "Mən mü­ka­fat ver­mə­yə qa­dir de­yi­ləm. Al­lah-Tə­a­la iki ca­han­da üzü­nü ağ elə­sin", - de­yə­rək dua edir.

Alı­nan cid­di təd­bir­lər üzə­ri­nə IV Məh­mə­din Dar-üs-sa­a­de ağa­sı va­si­tə­si­lə ye­ni sul­ta­nın xət­ti-hu­ma­yu­nu­nu alın­ca­ya qə­dər heç bir şey­dən xə­bə­ri ol­ma­mış­dı. Dar-üs-sa­a­de ağa­sı Əli ağa ona Sul­tan Sü­ley­ma­nın xət­ti-hü­ma­yu­nu­nu ve­rib "Mu­ra­dul­lah bu imiş, bu­yu­run həbsxa­na­ya" de­dik­də, IV Məh­məd xan "Bi­zə qətl var­mı?" - de­yə sor­muş, ağa da "həbs olun­du­nuz" ca­va­bı­nı ver­miş­di. Be­lə ol­duq­da keç­miş hökmdar iki oğ­lu Mus­ta­fa və Əh­məd­lə bir­lik­də qar­da­şı Sul­tan Sü­ley­ma­nın qırx il ya­şa­dı­ğı Şim­şir­lik ya­şa­yış ye­ri­nə apa­rı­lır.

Və­zi­ri-əzəm Si­ya­vuş pa­şa nü­fu­zu ol­ma­yan bir və­zir idi. Onun məq­sə­di bir ne­çə gün bu­ra­da ya­şa­yıb, ma­aş­la­rı ver­dik­dən son­ra bu dər­nə­yi da­ğıt­maq idi. Hal­bu­ki, ağa­lar və zor­ba­lar

sə­la­hiy­yət­lə­ri­ni da­vam et­dir­mək is­tə­dik­lə­ri­nə gö­rə onu Çır­pı­cı Ça­yı­rın­dan qal­dı­rıb zor­la İs­tan­bu­la gə­tir­di­lər. Hət­ta onu, sa­ra­ya ya­xın ol­du­ğu­na gö­rə, pa­şa qa­pı­sın­da oturtma­ya­raq ye­ni­çə­ri­lə­rin keç­miş Şah­za­də­ba­şı­na ya­xın keç­miş Və­zi­ri-əzəm Qa­ra İb­ra­him pa­şa­nın öz mül­kü olan sa­ray­da ya­şa­ma­ğa məc­bur et­di­lər. Ye­ni hökmdar tə­rə­fin­dən qə­bul edi­lən Si­ya­vuş pa­şa­ya şəx­sən Sul­tan öz möh­rü­nü ve­rə­rək, bu mü­na­si­bət­lə:

- Sə­ni özü­mə və­zi­ri-əzəm və və­ki­li-müt­ləq et­dim, şə­rəf üz­rə hə­rə­kət edib mü­xa­lif­li­yin­dən çə­kin. Al­la­hın ri­za­sın­da olaq, qırx il­dir ki, bir qa­ran­lıq yer­də məh­bus və hə­yat­dan mə­yus ikən ye­ni­dən dün­ya­ya gə­lib gö­zü­mü aç­dım və alə­mi xər­cü-mərc gör­düm, iki ətə­yi­mi­zi be­li­mi­zə ça­lıb din və dün­ya­mı­za xe­yir­li olan iş­lər­də olub la­zı­mı qay­da­da iba­dul­la­ha xid­mət edək. Sən üs­ya­na ça­rə ta­pıb da­ğıt­ma­ğa möh­tac­san - de­di.

Di­van­da ikin­ci və­zir olan Mus­ta­fa pa­şa ata­sı­nın qu­lu və qar­da­şı qı­zı­nın əri olan Si­ya­vuş pa­şa­nın ida­rə­də­ki aciz­li­yin­dən və zor­ba­la­rın bir bə­la olub tez-tez üs­yan et­mə­lə­rin­dən tən­gə gə­lə­rək ona:

- Sən bu zor­ba­la­ra ne­cə üz ve­rir­sən? Bun­la­rı bir-bir tə­qib et və İs­tan­bul­dan da­ğıt. Təd­ric­lə haq­la­rın­dan gəl. Nə qə­dər ki, döv­lət on­la­rın əlin­də­dir, sə­nə sə­da­rət­də is­tiq­lal, hü­zur və ra­hat­lıq ver­məz­lər. Zor­ba­la­rı ağa­la­rı­na qır­dır və uzaq­dan seyr et - de­yə­rək qay­nı­nı təş­viq et­miş, o da Ye­ni­çə­ri ağa­sı Cər­rah Mus­ta­fa­nı Tu­nis va­li­li­yi­nə ke­çir­mək­lə Har­put­lu Əli ağa­nı ye­ni­çə­ri ağa­lı­ğı­na gə­tir­miş­di.

Har­put­lu Əli ağa sul­tan­dan al­dı­ğı xət­ti-hu­ma­yun üzə­ri­nə ocaq zor­ba­la­rı­nı tə­miz­lə­mə­yə baş­la­dı­sa da, məq­sə­di ay­dın ol­du­ğu­na gö­rə əsl fit­nə­kar olan Hü­seyn Ça­vuş ilə Ha­cı Əli­ni təh­rik edib ye­nə bir üs­yan çı­xar­mış­dı­lar. Bun­lar: "Köp­rü­lü oğ­lu ilə ye­ni­çə­ri ağa­sı­nı is­tə­mi­rik, on­lar sür­gün edil­sin­lər, yox­sa öz ev­lə­rin­də on­la­rı öl­dü­rə­rik" - de­yə­rək di­rən­di­lər və və­zi­ri-əzə­mə:

- Bun­lar bi­zim əley­hi­mi­zə­dir­lər, si­zi al­da­dır­lar. Biz bü­tün ocaq ağa­la­rı­nın də­yiş­di­ril­mə­si­ni is­tə­yi­rik - de­yə irə­li ge­dib, Mus­ta­fa pa­şa­nın Bo­ğaz hi­sa­rı­na sür­gün edil­mə­si­nə  mü­vəf­fəq ol­du­lar və Ye­ni­çə­ri ağa­sı­nın öz­lə­ri­nə qar­şı bir fə­na­lıq et­mə­yə­cə­yi­nə da­ir and içə­rək ver­di­yi söz­lə onu ye­nə ağa­lıq­da bu­rax­dı­lar.

Hay-küy qal­dı­ra­raq öz­lə­ri­nə düş­mən Ha­cı Əli ilə bir­lik­də üs­yan edən asi­lər və­zi­ri-əzəm sa­ra­yı­na gə­lib ora­nı mü­ha­si­rə al­tı­na al­dıq­dan son­ra içə­ri gi­rib onun di­van­xa­na­sı­na qə­dər çıx­dı­lar və ona:

- Sə­ni və­zi­ri-əzəm­li­yə qə­bul et­mi­rik, mö­hü­rü ver - de­yə ba­ğır­ma­ğa baş­la­dı­lar.

Az son­ra bun­lar sa­ray­dan ba­yı­ra atı­lıb qa­pı­lar bağ­lan­dı­sa da, çöl­də nə­rə­lər çə­kib təh­did­lər so­vur­ma­ğa da­vam et­di­lər. Si­ya­vuş pa­şa­nın ya­nın­da olan döv­lət ada­mı ona:

- Bun­la­rın ara­sın­dan çıx­maq asan­dır, sa­ra­ya ge­dib san­ca­ğı-şə­ri­fi çı­xa­raq, qa­yə­lə­ri­ni yox edək - de­di­lər­sə də, o, bu tək­li­fi qə­bul et­mə­di və:

- Ke­çən gün hü­zu­ri-hü­ma­yu­na get­di­yim­də sul­tan həz­rət­lə­ri mə­nə, sən də zor­ba­san de­di. Mən Haqq Sa­hi­bin­dən əmin de­yi­ləm, öz aya­ğım­la tə­lə­yə düş­müş ki­mi­yəm. Mə­lu­ma­tı­mız ol­ma­yıb zor­ba­lar qə­lə­bə ça­lar­sa, göz gö­rə-gö­rə mə­ni qətl edər­lər. Uca Al­la­hın əm­ri-şə­ri­fi nə­dir­sə, biz ra­zı­yıq və ne­cə qə­za­lar gə­lir­sə-gəl­sin, am­ma bu­ra­da gəl­sin, - de­yə­rək mən­li­yi­ni si­lah­lan­dır­dı.

Sul­tan Sü­ley­man bu hal­dan qorxdu və məq­səd­lə­ri­ni sor­du. An­laş­dı­lar və iş ge­ci­kər­sə Ağa qa­pı­sın­da zor­ba­lar si­lah­la­nar, gə­lib bi­zi qı­rar­lar de­di­lər. Sə­da­rət rəh­bər­li­yi, və­zir­lər, döv­lət iş­çi­lə­ri sa­ra­ya də­vət olun­du­lar. Zor­ba­lar bu ha­lı eşit­dik­də ürək­lə­ri­nə qor­xu düş­dü. On­la­rın və­ziy­yə­ti an­la­maq üçün gön­dər­di­yi ca­sus ya­xa­la­na­raq qətl edil­di. Bos­tan­çı­ba­şı ilə bos­tan­çı xal­qa­sı zor­ba­la­rın adam­la­rı ol­du­ğu­na gö­rə San­ca­ği-şə­ri­fi qov­dur­maq is­tə­mir­di­lər. Hö­ku­mət əmək­daş­la­rı­nın və zi­ya­lı­la­rın gəl­mə­lə­ri üzə­ri­nə uzun-uzun mü­na­qi­şə­lər­dən son­ra San­ca­ği-şə­ri­fin çı­xa­rıl­ma­sı­na qə­rar ve­ril­di. Sə­da­rət kay­ma­ka­mı ilə qa­pı ağa­sı al­dıq­la­rı təh­did xə­bə­ri ilə za­hi­rən San­ca­ğın çı­xa­rıl­ma­sı­nı uy­ğun gör­mür­dü­lər. Nə­ha­yət, çı­xa­rı­lan San­ca­ği-şə­rif Sa­ra­yın Or­ta qa­pı­sı üzə­rin­də­ki bə­də­nə qon­du və pad­şah:

- Zor­ba­şa­ki­lə­ri üzə­ri­nə San­ca­ği-şə­rif çı­xar­dım. Üm­mə­ti Mə­həm­məd­dən olan San­caq di­bi­nə cəm ol­sun. Gəl­mə­yən özü ka­fir, qəl­bi boş­dur - de­yə­rək ocaq­la­ra xə­bər gön­dər­di.                                              

Bu za­man Mo­ra sər­da­rı Qo­ca Xə­lil pa­şa da ve­ne­dik­li­lə­rin əlin­də olan Av­lon­ya­nı otuz bir gün­lük mü­ha­si­rə­dən son­ra ələ ke­çir­miş­di. 13 may 1691-ci il­də San­qi-şə­ri­fi tək­rar Fa­zil Mus­ta­fa pa­şa­ya ve­rə­rək Avstri­ya sə­fə­ri­nə dua ilə yo­la sa­lan Sul­tan II Sü­ley­man xan bir müd­dət son­ra 22 iyun 1691-ci il­də İs­tan­bu­la ya­xın Yon­ca­çeş­mə ya­xın­lı­ğın­da və­fat et­di. İki gün son­ra Sü­ley­ma­niy­yə­yə gə­ti­ri­lib Sul­tan I Sü­ley­man xa­na aid qəb­rin sağ tə­rə­fi­nə dəfn edil­di.

Sul­tan II Sü­ley­man xan qə­dir­bi­lən, hə­lim, co­mərd və təm­kin­li bir pad­şah idi. Ka­sıb, möh­tac və eh­ti­yac içə­ri­sin­də olan in­san­la­ra sa­hib çı­xar­dı. Avstri­ya qar­şı­sın­da alı­nan məğ­lu­biy­yət­lə­rə gö­rə hər kə­sin Ru­me­li­nin əl­dən çıx­dı­ğı dü­şün­cə­si­lə Ana­do­lu­ya qaç­dı­ğı za­man Sul­tan II Sü­ley­man xan güc­lü döv­lət ada­mı Köp­rü­lü­za­də Fa­zil Mus­ta­fa pa­şa­nı iş ba­şı­na gə­ti­rə­rək iti­ril­miş yer­lə­ri tək­rar döv­lə­ti­nə qa­zan­dı­rıb, Fə­nər qül­lə­si ilə İz­mir­də bir ca­mi in­şa et­di­rə­rək biz­lə­rə ya­di­gar qo­yub.

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ