Suriyada ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dəstəklədiyi silahlı dəstələr toqquşmağa başlayıb. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə “The New York Times” qəzeti çıxış edib.
Qəzet Türiyənin köməyi ilə Cerablusu İŞİD-dən azad edən Azad Suriya Ordusunun CIA tərəfindən dəstəkləndiyini, YPG-nin də qatıldığı Demokratik Suriya Qüvvələri (DSQ) kimi tanınan qrupun isə Pentaqon tərəfindən dəstəkləndiyini yazır…
Məqalədə Cerablusu İŞİD-in əlindən alan və qərbə Əl Bab və Mareyə doğru yönələn Azad Suriya Ordusunun burada Pentaqonun maliyyə dəstəyi də verdiyi DSQ ilə toqquşmasının qaçılmaz olduğu bildirilir. Müəllif, bu şəkildə əslində döyüşən tərəflərin ABŞ-ın dəstəklədiyi iki fərqli qrupun olduğunun vurğulayır.
ABŞ-ın kürd silahlılara (PYD) dəstəyilə suriyalı müxaliflərə və Türkiyəyə verdiyi dəstəklə balans yaratdığını deyən müəllif, ABŞ-ın kürdlərə “Firatın şərqinə çəkilin” xəbərdarlığının da bu balans siyasətinin bir parçası olduğunu bildirir.
Məqalədə Cerablusdan sonra yeni qarşıdurmaların ABŞ dəstəkli qüvvələrin ilk qarşıdurması olmayacağını, ancaq çox şiddətli ola biləcəyi də qeyd edilir.