İraq İŞİD
İran İraqa «İraq Şam İslam Dövləti» (İŞİD) terrorçuları ilə döyüşmək üçün xüsusi təyinatlı iki batalyon göndərib. Bu barədə xəbər verən Livan və İran qaynaqlar, İranın, İraqda şəhərləri zəbt edən «İraq Şam İslam Dövləti» terrorçuları ilə döyüşmək üçün İnqilab Keşikçiləri Korpusunun ("Sepah”) bu ölkəyə göndərildiyini və Tikritdəki döyüşlərdə iraqlı əsgərlərə kömək etdiyini bildirir.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, İran qaynaqları, uzun zaman İraqda fəaliyyət göstərmiş olan İran İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds” bölməsinin 2 batalyonunun İraqın baş naziri Nuri əl-Malikinin əksəriyyəti şiələrdən olan hökumətinə köməyə getdiyini bildirir.
"Sepah” əsgərlərinin İran sərhədindəki Urumih və Lorestan əyalətlərindən İraqa keçdiyi bildirilir. Bu qruplprın vəzifəsi müqəddəs şiə şəhərləri Kərbəla və Nəcəfin müdafiəsi və Bağdad ətrafında təhlükəsizliyi artırmaqdır.
Qaynaqlara görə, İraq və iranlı əsgərlər birlikdə, keçmiş diktator Səddam Hüseynin doğum yeri olan Tikritin 85 faizini terrorçulardan geri alıb.
İranlı birliklər burada, İraqın ABŞ tərəfindən 2003-cü ildəki işğalının ardından yaşadığı ən böyük böhrana səbəb olan «İraq Şam İslam Dövləti»nin hədəflədiyi paytaxt Bağdad, Nəcəf və Kərbəlanın qorunmasına kömək edir.
İranlı bir general İranın əlavə olaraq İraqla sərhədə hərbi qüvvə yerləşdirdiyini və İran sərhədinə 100 km yaxına gələcəkləri halda üsyançılaran bombalanacağını bildirib. O da bildirilir ki, Tehran İrana göndərilən xüsusi təyinatlılar üsyançılar üzərində uğur qazana bilməyəcəyi halda, Suriyadakı İran birliklərini də İraqa istiqamətləndirəcək.
Qeyd edilir ki, İraq hökuməti ABŞ-dan hava hücumunu etməsini və söz verdiyi silah köməyini tezləşdirməyi istəyib. Bu vəziyyət isə həm ABŞ, həm də İranın, İraq və Suriya bölgəsində xəlifəlik qurmaq iddiasında olan IŞİD-ə qarşı Malikiyə dəstək ehtimalını artırır.
İran İnqilab Keşikçiləri Korpusunun üzvlərindən biri "Qüds” komandanı, bölgənin ən güclü hərbi fiqurlarından biri olan briqada generalı Qasım Süleymaninin də bu həftə Bağdada getdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Qərb mətbuatı təhlükəsizlik qaynaqlarına istinadən İranın IŞİD-in Mosul və Tikriti işğal etməsindən sonra bölgəyə 150 nəfərlik xüsusi bir birlik göndərdiyini xəbər verirdi.