"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində ABŞ-İran sazişi ilə bağlı paylaşım edib.
Tramp dünyanı yenə heyrətləndirdi... Həm də aydınlığa doğru yox, qeyri-müəyyənliyə doğru... Gecə ilə Avropanı "yuxuya verərək" İranla sözügedən "ilkin sazişi" imzalayıb...
Hamı saziş deyilən şeyin 19 iyunda İsveçrədə imzalanacağını gözləyirdi... Nə baş veribsə, 17-dən 18-nə keçən gecə Tramp Makronla görüşdən dərhal sonra Versal sarayında jurnalistləri toplatdıraraq İranla "ilkin sazişin" mətnini oxudub və Pezeşkianla imzalayıblar... Saziş mətnində köklü bir dəyişiklik yoxdur...
Tramp tələsir... Nəyə və niyə...” – deyə A.Quliyev yazır:
Tahir TAĞIYEV