Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Bakı və İrəvan arasındakı sülh prosesini müzakirə edib.
Bu barədə H.Fidan Moskvada keçirilən mətbuat konfransında bildirib.
"Cənubi Qafqazdakı vəziyyəti və Azərbaycanla Ermənistan arasında gedən sülh prosesini ətraflı müzakirə etdik. Bu, regionda sülh üçün çox vacib bir aspektdir" – deyə Türkiyə XİN rəhbəri bildirib.
Tahir TAĞIYEV