çərşənbə günü, 07 oktyabr 2026
     

İsrail nazirləri Trampa meydan oxudular...

Image


İsraildən ABŞ və İran arasında əldə olunmuş çərçivə razılaşmasına ilk rəsmi reaksiya gəlib. Ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, prezident Donald Trampın elan etdiyi sənəd onlar üçün məcburi deyil və İsrail bu sazişin tərəfi hesab olunmur.

Ben-Qvir özünün "Telegram" kanalında yazıb ki, İsrail yalnız "Hizbullah"ın tamamilə ləğv edilməsinə razılaşa bilər və Livanın cənubunda nəzarətə götürdüyü ərazilərdən geri çəkilməməlidir. İsrailin müdafiə naziri İsrael Kats da ölkəsinin silahlı qüvvələrinin Livan, Suriya və Qəzzada qeyri-müəyyən müddətə qalacağını bəyan edib. Bu bəyanat Vaşinqton və Tehranın Yaxın Şərqdəki, o cümlədən Livandakı münaqişəyə son qoymaq üçün razılığa gəldiklərini elan etməsindən cəmi bir neçə saat sonra verilib. Kats bildirib ki, İsrail Müdafiə Qüvvələri sərhədləri və ölkə icmalarını cihadçı ünsürlərdən qorumaq məqsədilə Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarında qeyri-məhdud müddətə qalacaq. Bununla belə, o, öz açıqlamasında ABŞ-İran razılaşmasına birbaşa istinad etməyib. ABŞ prezidenti Donald Tramp deyir ki, Yaxın Şərqdə döyüşlərin dayandırılması üçün çərçivə razılaşması əldə olunub. Razılaşma Hörmüz boğazının yenidən açılmasını və İran limanlarına qarşı ABŞ blokadasının qaldırılmasını nəzərdə tutur: "İran İslam Respublikası ilə razılaşma artıq tamamlanıb". Bu razılaşmanın ardınca Vaşinqton və Tehran arasında daha ətraflı sülh sazişinin hazırlanması məqsədilə 60 günlük danışıqlar mərhələsinin başlayacağı bildirilir. Pakistanın baş naziri Şahbaz Şərif də sülh razılaşmasının əldə olunduğunu təsdiqləyərək imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçiriləcəyini qeyd edib. İslamabad bu prosesdə Vaşinqton və Tehran arasında vasitəçi rolunu oynayıb. İran tərəfi də razılaşmanı təsdiqləyib. Ölkənin xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dərhal və daimi şəkildə dayandırılması elan edilib. Onun sözlərinə görə, razılaşma rəsmən imzalandıqdan sonra, iyunun 19-da Hörmüz boğazı yenidən açılacaq. Yekun saziş imzalanarsa, bu, münaqişənin sona çatdırılması yönündə ən böyük addım olacaq.

İranla müharibə fevralın 28-də ABŞ və İsrailin hava zərbələri endirməsi ilə başlayıb. Tramp mövzu ilə bağlı paylaşımında vurğulayıb: "Bu böyük razılaşma bütün regiona sülh və təhlükəsizlik gətirəcək. Cümə günü (19 iyun) razılaşma imzalandıqdan sonra boğazın açılması və minalardan təmizlənməsi ilə neft daşımaları hər iki istiqamətdə bərpa olunacaq". İranın "Mehr" dövlət xəbər agentliyi 14 maddədən ibarət anlaşma memorandumunun təfərrüatlarını dərc edib. Sənəddə nüvə məsələləri və Tehrana qarşı sanksiyaların tamamilə ləğvi ilə bağlı 60 günlük danışıqlar mərhələsinin nəzərdə tutulduğu bildirilir. Tramp dəfələrlə vurğulayıb ki, hərtərəfli sülh sazişinin əsas şərti İranın nüvə silahı əldə etməsinin qarşısının alınması və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasıdır.

"Reuters" agentliyi isə bundan əvvəl yüksək rütbəli iranlı rəsmiyə istinadən yazmışdı ki, sənədə əsasən, ABŞ İranın dondurulmuş 25 milyard dollarlıq aktivini geri qaytarır, Tehran isə nüvə silahı əldə etməmək öhdəliyi götürür. Həmin rəsminin bildirdiyinə görə, İran yekun saziş imzalananadək uranın zənginləşdirilməsini və nüvə obyektlərinin genişləndirilməsini dayandırmağa, beləliklə də mövcud nüvə status-kvosunu qorumağa razılaşıb. Digər tərəfdən, İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan "Fars" agentliyi xəbər verir ki, "Fars körfəzində dəniz nəqliyyatının İran və Omanın koordinasiyası ilə tənzimlənməsi qərara alınıb". Bu isə Trampın boğazda sərbəst gəmiçiliklə bağlı əvvəlki bəyanatlarına ziddir. İranın hərbi rəhbərliyi sülh razılaşmasını ölkə üçün qələbə kimi qiymətləndirib. Sıravi iranlılar bu razılaşmanın nəticələrini hələ də anlamağa çalışırlar. Cəmiyyətdə bəziləri ehtiyatlı nikbinlik nümayiş etdirsə də, digərləri tərəddüd içindədir. ABŞ Demokratlar Partiyasının təmsilçiləri diplomatik səyləri alqışladıqlarını bəyan etsələr də, razılaşmanın konkret detallarını görmədən yekun dəstək qərarı verməyəcəklərini bildiriblər. Trampın yaxın müttəfiqlərindən olan və Tehrana qarşı sərt mövqeyi ilə tanınan respublikaçı senator Lindsi Qrem də çərçivə razılaşmasından məmnunluğunu ifadə edib, amma sənədin tam detallarını gözlədiyini deyib. Digər tərəfdən, İran Livandakı müharibənin başa çatdırılmasını istənilən saziş üçün əsas şərt kimi irəli sürür. Hazırda İsrail Livanın cənubunda "Hizbullah" qruplaşmasına qarşı hərbi əməliyyatları davam etdirir. ABŞ "Hizbullah"ı terror təşkilatı hesab edir, Avropa İttifaqı isə yalnız onun silahlı qanadını qara siyahıya salıb.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ