çərşənbə günü, 07 oktyabr 2026
     

Trampla Putin Ukrayna və İran barədə sövdələşdilər(?)...

Image


Abutalıb Səmədov: "Zelenski Donbasdan çıxmağa razı olmasa, həm Trampı özünə qarşı qaldıracaq, həm də heç bir qazanc əldə edə bilməyəcək"

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında təxminən bir saat davam edən telefon danışığı olub. Söhbət zamanı beynəlxalq vəziyyət, Rusiya-ABŞ münasibətləri, İranla aparılan danışıqlar və Ukrayna müharibəsi müzakirə edilib.

Kremlin xarici siyasət müşaviri Yuri Uşakov bildirib ki, Tramp ABŞ və İran arasında razılaşmaya yaxın olduqlarını, danışıqların yekun nəticələrinin yaxın vaxtlarda açıqlana biləcəyini deyib. Onun sözlərinə görə, danışıqlar çətin keçsə də, Pakistan və Qətərin dəstəyi ilə müəyyən nəticələr əldə olunub.

Bildirilir ki, Tramp döyüşlərin dayandırılmasının vacibliyini vurğulayıb və qarşıdan gələn G7 görüşləri çərçivəsində Kiyevi və Avropa ölkələrini sülh təşəbbüslərinə dəstək verməyə razı salmağa çalışacağını deyib. O həmçinin qeyd edib ki, müharibənin dayandırılması Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmasına kömək edə bilər.

Kreml tərəfi isə Ukraynanın Rusiya ərazisindəki mülki obyektlərə hücumlarının sülh prosesinə mane olduğunu bildirib. Qeyd olunur ki, Rusiya hakimiyyəti Zelenski və Putin arasında görüşün Moskvada keçirilməli olduğunu düşünür.

Qısaca, Trampın Ukrayna müharibəsinin dayandırılması üçün Avropa və Ukrayna rəhbərliyini razı salmağa çalışacağı bildirilir, eyni zamanda, ABŞ-İran razılaşmasının da yekun mərhələyə yaxınlaşması barədə Kremlin açıqlamalarını duqqətə çatdırılır.

ABŞ-İran yaxınlaşması ilə Ukrayna məsələsi arasında hansısa geosiyasi sövdələşmə mümkündürmü? Tramp Avropanı Ukrayna münaqişəsinin həlli ilə bağlı hansı kompromislərə razı salmağa çalışa bilər? Bu kompromislər Donbasın Rusiyanın nəzarətində qalmasının qəbul edilməsini də əhatə edə bilərmi?

ABŞ-İran yaxınlaşması ilə Ukrayna müharibəsi arasında birbaşa və rəsmi "böyük sövdələşmə"nin mövcudluğunu təsdiqləyən fakt yoxdur. Bununla belə, beynəlxalq siyasətdə müxtəlif böhranların paralel şəkildə müzakirə olunması və tərəflərin bir sahədə güzəştləri digər sahələrdə əməkdaşlıq imkanları ilə əlaqələndirməsi adi praktikadır. Tramp administrasiyası İran məsələsində diplomatik uğur əldə etməyi prioritet sayırsa, Vaşinqtonun Rusiya ilə münasibətləri daha az gərgin saxlamağa çalışması məntiqli görünə bilər. Lakin bu, Ukraynanın taleyinin İran dosyesi qarşılığında açıq şəkildə dəyişdirilməsi anlamına gəlmir.

Trampın Avropa ölkələrini razı salmağa çalışa biləcəyi kompromislər əsasən hərbi əməliyyatların dayandırılması və mövcud cəbhə xəttinin əsas götürüldüyü atəşkəs modeli ətrafında ola bilər. Belə bir yanaşma Ukraynanın NATO üzvlüyünün müəyyən müddətə təxirə salınması, Rusiyaya qarşı bəzi sanksiyaların mərhələli şəkildə yumşaldılması və təhlükəsizlik zəmanətlərinin fərqli formatda təqdim edilməsini də əhatə edə bilər. Avropa ölkələrinin bir hissəsi belə variantlara ehtiyatla yanaşsa da, uzunmüddətli müharibənin iqtisadi və təhlükəsizlik xərcləri kompromis axtarışlarını aktuallaşdırır.

Donbas məsələsinə gəldikdə isə, mümkün kompromislərdən biri faktiki nəzarətlə hüquqi statusun ayrılması ola bilər. Yəni atəşkəs razılaşması çərçivəsində Donbasın müəyyən hissələrinin faktiki olaraq Rusiyanın nəzarətində qalması qəbul edilə bilər, lakin Ukrayna və Qərb həmin əraziləri hüquqi baxımdan Rusiya ərazisi kimi tanımayacaq. Tarixdə buna bənzər modellər mövcud olub. Bununla belə, Ukrayna rəhbərliyi ərazi güzəştlərinə uzun müddətdir qarşı çıxır və bir çox Avropa ölkələri də sərhədlərin güc yolu ilə dəyişdirilməsinin legitimləşdirilməsindən narahatdır.

Ona görə də yaxın perspektivdə ən real gözləntinin tam siyasi həll deyil, hərbi əməliyyatların məhdudlaşdırılması və ya dondurulması istiqamətində kompromislərin müzakirəsinin olacağı görünür. Donbasın Rusiyanın nəzarətində qalmasının faktiki olaraq qəbul edilməsi mümkün müzakirə mövzularından biri olsa da, onun beynəlxalq səviyyədə rəsmən tanınması hələ də ən çətin və mübahisəli məsələlərdən biri olaraq qalır.

Politoloq Abutalıb Səmədov bildirib ki, Putinin zənginin əsl məqsədi Trampa İran məsələsindəki yardımın əvəzini Ukrayna üzərindən çıxarmaqdır.

Politoloq Abutalıb Səmədov "Bakı-Xəbər"ə Rusiya prezidentinin Donald Trampla telefon danışığını şərh edərək bildirib ki, Putin 80 illik yubileyi münasibətilə edilən bu zəngdən Ukrayna nizamlanması məsələsini irəli çəkmək üçün fürsət kimi istifadə edib. O, bununla bağlı öz düşüncələrini Trampa çatdırıb, çox güman ki, Ankoriç razılaşmasını ona xatırladıb və Ukraynaya təzyiq göstərməsini xahiş edib. Putin Çin dövlət başçisi ilə birlikdə İrana müəyyən təzyiqlər göstərib və memorandum layihəsinin son variantının razılaşdırılmasında ciddi rol oynayıb ki, bunu da prezident Tramp xüsusi qeyd edib.

Səmədovun fikrincə, Rusiya kimi böyük dövlət heç nəyi hədər etmir. Putin İran məsələsində ABŞ-a göstərdiyi yardım qarşılığında Trampdan Ukraynaya təzyiq göstərməsini və sülh razılaşmasının qısa müddətdə imzalanmasına yardım etməsini xahiş edib. O, məşhur Alyaska görüşünün, Ankoriç razılaşmasını bir daha xatırladıb. Putin burada yenə öz yekəxanalığından da imtina etməyib - Zelenski görüşmək istəyirsə Moskvaya gəlsin. Səmədov bunu son dərəcə qeyri-ciddi və dövlət başçısına yaraşmayan davranış kimi dəyərləndirib. Zelenskinin Moskvaya getməyəcəyi hamıya aydındır, getsə belə ciddi nəticə olmayacaq, Rusiya isə bundan yalnız təbliğat məqsədilə istifadə edə bilər.

İranla ABŞ arasında razılaşmanın əldə edilməsi Trampa Rusiya-Ukrayna müharibəsinin nizamlanmasına daha çox vaxt ayırmaq imkanı verir. Tramp bu prosesdən kənarda qalmayacaq, onun iştirakı olmadan sülhün əldə edilməsi onun nüfuzunu ciddi şəkildə zədələyə bilər. Bu səbəbdən Tramp sülh prosesinə ciddi şəkildə qoşulacaq. Danışıqların gedişində Tramp Putinə G7-nin Fransada keçiriləcək sammitində Avropa liderlərinə təzyiq göstərəcəyini, onların düşüncələrini dəyişmək üçün müəyyən addımlar atacağını da deyib. Çünki sülh razılaşmasının əldə olunmamasının səbəblərindən biri aparıcı Avropa dövlətlərinin tutduğu mövqedir — onlar müharibənin davam etməsində maraqlıdırlar.

Bundan sonra Rusiyanın irəliləmək imkanları çox məhduddur. Lakin Ukrayna sülh istəyirsə, Donbasdan imtina etməlidir. Ukrayna nəzərə almalıdır ki, Ankoriç razılaşmalarından sonra, 2025-ci ilin avqustunda, Donbas ərazisinin 5-5,5 min kv/km hissəsi Ukraynаnın nəzarətində idisə, aradan keçən müddət ərzində 1000-1500 kv/km ərazi əlavə olaraq itirilіb. Hazırda Ukraynаnın nəzarətində olan hissə 4 min kv/km-ya yaxındır. Bu cür davam etsə, 1-2 ilə Donbasın qalan hissəsi də işğal edilə bilər — müharibənin gedişi bunu göstərir.

Bu vəziyyətdə Ukraynаnın Donbasdan çıxmağa razılıq verməməsi onun deyil, Avropanın maraqlarına cavab verir. Çünki Donbasın müəyyən hissəsindən imtina edib, qarşılığında qalan digər əraziləri azad etmək, şəhərlərin dağılmasının, insan itkisinin qarşısını almaq olar. Zelenski buna cəsarət etməlidir. Hakimiyyəti itirməmək naminə cəsarətli addımlar atmaqdan çəkinməməlidir.

Şübhə yoxdur ki, Zelenski ilə Trampın aparacağı danışıqların əsas mövzusu Donbas olacaq. Tramp qəti şəkildə tələb edəcək ki, Zelenski Donbasın Ukraynаnın nəzarətindəki hissəsindən çıxsın. Bu məsələdə Zelenskinin nəyəsə nail olmaq şansı yoxdur. Amma əvəzində digər ərazilərdən müəyyən tələblər ortaya qoya bilər. Zelenski daha çox işğal edilmiş digər əraziləri Trampın köməyi ilə işğaldan azad edə bilər. Söhbət Zaporojye və Xersonun işğal edilmiş ərazilərindən gedir - Rusiya hər iki vilayətin 75 faizini işğal edib. Burada ərazilərin Ukraynaya qaytarılmasını tələb etmək olar. Sumı, Dnepropetrovsk və digər bölgələrdə işğal edilmiş əraziləri geri qaytarmağı tələb etmək olar. Başqa şərtlər də qoymaq olar - Zaporojye AES-in istehsal etdiyi elektrik enerjisinin daha çox hissəsinin Ukraynaya verilməsini, ABŞ-ın bu AES-də nəzarətini tələb etmək olar və sair məsələləri irəli sürmək mümkündür.

Ancaq Zelenski Donbasın qalan hissəsindən çıxmamaqda israr etsə, həm Trampı özünə qarşı qaldıracaq, həm də heç bir qazanc əldə edə bilməyəcək. Bu baxımdan Tramp G7 görüşündə də, Zelenski ilə mümkün olan danışıqlarında da Donbas məsələsini hər iki tərəfə çatdıracaq və bu məsələdə başqa variantın olmayacağını deyəcək. Amma digər komponentlər barədə müzakirələr ola bilər, Rusiyadan müəyyən güzəştlər əldə edilməyə cəhd göstərilməsi mümkündür.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ