çərşənbə günü, 07 oktyabr 2026
     

İsrail Trampın İranla sülh razılaşmasını poza bilər...

Image


Xaqani Cəfərli: "İndi də Tramp administrasiyasının maraqları İsraillə üst-üstə düşmür"

ABŞ administrasiyası İranla aparılan danışıqları yekunlaşdırmağa və razılıq əldə etməyə çalışır. ABŞ-ın BMT-dəki nümayəndəsi Mike Waltz bildirib ki, Prezident Donald Trump sazişin bağlanmasına sadiqdir, lakin danışıqlar çətin şəraitdə davam edir.
Məhz bu dövrdə İsrailin Beyruta hücumları regionda gərginliyi artıraraq ABŞ-İran danışıqlarının perspektivlərinə mənfi təsir göstərib. İran rəsmiləri Vaşinqtonu İsrailə dəstək verməkdə ittiham edir və ABŞ öhdəliklərini yerinə yetirmədiyi halda atəşkəs və razılaşma prosesinin irəliləməsinin çətin olacağını bildirirlər. Eyni zamanda, Tehran İsrailin hücumlarına cavab veriləcəyini bəyan edir və strateji əhəmiyyətə malik Bab əl-Məndəb boğazının yenidən gündəmə gələ biləcəyini vurğulayır.
Digər tərəfdən, İsrailin müdafiə naziri Israel Katz İsrail ordusunun Livan, Suriya və Qəzza zolağında nəzarətdə saxladığı ərazilərdən geri çəkilməyəcəyini açıqlayıb. O, həmçinin Qərb Sahilində bəzi qaçqın düşərgələrinə qarşı əməliyyatların genişləndirilə biləcəyini qeyd edib.
Katz ABŞ-İran danışıqlarına toxunaraq, Donald Trump administrasiyasının İranın nüvə proqramı, ballistik raketləri və regiondakı müttəfiq qüvvələri ilə bağlı İsrailin mövqeyini dəstəkləyəcəyinə ümid etdiklərini bildirib. Bundan əlavə, o və Baş nazir Benyamin Netanyahu İsrail ordusuna İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zərurət yarandığı təqdirdə müstəqil hərəkət etməyə hazır olmaq tapşırığı veriblər.
Beləliklə, regionda həm ABŞ-İran danışıqları, həm də İsrailin təhlükəsizlik siyasəti ətrafında gərginlik artır. İsrailin hərbi əməliyyatları və İranın sərt reaksiyası Yaxın Şərqdə yeni qarşıdurma riskini yüksəldərək diplomatik razılaşma perspektivlərini daha da mürəkkəbləşdirir.
Bu necə olur ki, Donald Trump İranla sülh sazişi bağlamağa cəhd etdiyi bir dövrdə İsrail Livana hücum edir? Bu, İsrailin sülh sazişini pozmaq cəhdi deyilmi? İsrailin müdafiə naziri İsrael Katz da bəyan edir ki, nə Suriyadan, nə Qəzzadan, nə də Livandan geri çəkilməyəcəklər. Bu o deməkdirmi ki, sülh sazişinin imzalanmasına və ya müzakirəsinə imkan verməyəcəklər? Eyni zamanda, o, deyir ki, ABŞ-sız da İranın nüvə proqramı ilə bağlı təkbaşına müharibə aparmağa hazır olmaq barədə göstəriş veriblər. Belə bir şəraitdə Trampla Netanyahu arasında nə baş verir? Bəlkə ABŞ prezidenti "ikibaşlı oyun" oynayır? Əks təqdirdə, Trump nə əcəb Netanyahunun dərsini vermir?
Politoloq Xaqani Cəfərli Yaxın Şərqdəki son prosesləri şərh edərkən bildirib ki, ABŞ prezidenti Donald Tramp Konqresə aralıq seçkilər ərəfəsində neft qiymətlərinin aşağı salınmasında maraqlıdır və bu səbəbdən İranla atəşkəs, hətta, mümkün olarsa sülh razılaşmasına nail olmağa çalışır.
Onun sözlərinə görə, İsraildə də parlament seçkilərinin yaxınlaşması fonunda təhlükəsizlik məsələləri daxili siyasi gündəmdə mühüm yer tutur. Politoloq qeyd edib ki, İsrail radikal qrupların və İranın dəstəklədiyi qüvvələrin əldə olunan razılaşmalara sadiq qalmadığına dair çoxsaylı təcrübəyə malikdir. Buna görə də İsrail cəmiyyətində və siyasi dairələrində bu qüvvələrin mövqeyini dəyişəcəyinə dair ciddi inam formalaşmayıb.
Xaqani Cəfərli vurğulayıb ki, İsraillə qarşıdurma həm bəzi radikal qrupların, həm də İran hakimiyyətinin ideoloji dayaqlarından biri hesab olunur. O, bir sıra ərəb ölkələrinin "İbrahim anlaşmaları"na qoşulmamasını da bu reallığın göstəricilərindən biri kimi dəyərləndirib.
Politoloq ABŞ-ın bölgədə "ikibaşlı oyun" oynadığı barədə iddialarla razılaşmadığını bildirib. Onun fikrincə, tarixdə ABŞ və İsrail maraqlarının üst-üstə düşmədiyi bir çox məqamlar olub. Cəfərli buna misal olaraq İraq-İran müharibəsi dövründə İsrailin əsas təhlükə kimi İraqı gördüyü üçün ABŞ-ın mövqeyinə zidd şəkildə İrana gizli dəstək verməsini göstərib.
"İndi də Tramp administrasiyasının maraqları İsraillə üst-üstə düşmür", – deyə politoloq qeyd edib.
Bununla yanaşı, o hesab edir ki, Vaşinqtonun Yaxın Şərq və Uzaq Şərq siyasətinin uğuru müəyyən mənada İsrailin mövcudluğundan və regional rolundan asılıdır. Cəfərli xatırladıb ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden də vaxtilə "İsrail olmasaydı, onu yaratmaq lazım gələrdi" fikrini səsləndirmişdi. Onun sözlərinə görə, bu yanaşma həm ABŞ-da, həm də İsraildə geniş şəkildə qəbul olunur.
Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ