Cümə axşamı günü, 08 oktyabr 2026
     

Pakistan tarixi razılaşmanı dünyaya elan etdi - ABŞ və İran razılaşdı... 107 gün davam edən müharibə başa çatdı...

Image


Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında sülh danışıqları uğurla başa çatıb. Pakistan ABŞ və İranın razılığa rəsmən elan edib.

Pakistanın Baş naziri Şahbaz Şərif X hesabı vasitəsilə ABŞ və İran İslam Respublikası arasında sülh razılaşması əldə edildiyini açıqlayıb. Gərgin diplomatik danışıqlardan sonra tərəflərin razılığa gəldiyini deyən Şərif bildirib ki, ABŞ və İranın Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlara dərhal və birdəfəlik son qoyduqlarını elan ediblər.

Şərif sazişin rəsmi imzalanma mərasiminin 19 iyun cümə günü İsveçrədə keçiriləcəyini açıqlayıb və münaqişənin diplomatik yolla həllinə töhfə verən bütün tərəflərə təşəkkür edib.

Pakistanın Baş naziri Qətər hökumətinin vasitəçilik prosesində mühüm rol oynadığını bildirib, Səudiyyə və Türkiyəyə verdikləri töhfələrə görə təşəkkür edib.

Sazişin qüvvəyə minməsi ilə birlikdə vasitəçilərin bu həftə müxtəlif görüşlərə ev sahibliyi edəcəyini bildirən Şərif qeyd edib ki, texniki müzakirələr və icra prosesi ilə bağlı əlaqələr rəsmi imzalanma mərasimindən əvvəl davam edəcək.

Sülh sazişinin faktiki olaraq başladığını vurğulayan Şərif, artıq saziş qüvvəyə mindiyinə görə, vasitəçilər bu həftə bir sıra görüşlərə ev sahibliyi edəcəyini bildirib. Baş nazir qeyd edib ki, bu həftə keçiriləcək icradan əvvəlki müzakirələr və texniki danışıqlar rəsmi imzalanma mərasimi üçün zəmin hazırlayacaq.

ABŞ prezidenti Donald Tramp da İranla sülh müqaviləsinin tamamlandığını və Hörmüz boğazının açılacağını, ABŞ-ın dəniz blokadasının dərhal qaldırılacağını bildirib. Tramp sosial media üzərindən verdiyi açıqlamada Hörmüz boğazının bütün gəmilər üçün rüsumsuz açılacağını və ABŞ-ın dəniz blokadasının eyni vaxtda qaldırılacağını bildirib: "Hər kəsi təbrik edirəm. Hörmüz boğazının sərbəst açılmasını və eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinin blokadasının dərhal qaldırılmasını təsdiqləyirəm".

Dünya boyu gəmilərə də müraciət edən Tramp, "Mühərriklərinizi işə salın. Neft axmağa başlasın" deyib.

Tramp İranla əldə edilən razılaşma ilə bağlı başqa bir açıqlamasında, razılaşmanın bütün regiona sülh və təhlükəsizlik gətirəcəyini bildirib və keçmişdə bir çox ABŞ prezidentlərinin İranla sülh bağlamağa çalışdığını, lakin uğursuz olduğunu iddia edib.

Tramp razılaşmanın tarixi bir addım olduğunu iddia edib: "Regional liderlər ilk dəfə olaraq əsl sülhə nail olmağa kömək edə biləcək bir prezident tapdılar".

Razılaşmanın cümə günü imzalanmasının planlaşdırıldığını bildirən ABŞ prezidenti əlavə edib ki, Hörmüz boğazı mina təmizləmə əməliyyatları üçün açılacaq və bundan sonra neft daşınması həm bölgə, həm də dünya iqtisadiyyatı üçün yenidən bərpa olunacaq

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi də ABŞ-la razılığa gəldiklərini rəsmən təsdiqləyib.

"Razılama mətni yekunlaşdırılıb və İslamabad sazişinin rəsmi imzalanma mərasimi cümə günü İsveçrədə keçiriləcək. Nümayəndə heyətlərinin rəhbərləri danışıqların gələcək tənzimləmələrini müəyyən etmək üçün müzakirələri davam etdirəcək. O vaxta qədər ABŞ tərəfinin müharibəyə son qoymaq, blokadanı qaldırmaq və aktivləri azad etmək öhdəlikləri təsdiqlənəcək. 60 günlük danışıqlar ABŞ-ın bu öhdəlikləri yerinə yetirməsindən asılıdır" – deyə Qəribabadi bildirib.

İran XİN müavini bildirib ki, sanksiyalar, nüvə proqramı və iqtisadi inkişaf mexanizmi kimi məsələlər sazişin imzalanmasından sonrakı 60 gün ərzində müzakirə olunacaq. Sazişin Livanı da əhatə etdiyini deyən Qaribabadi bildirib ki, bu gecə Livan da daxil olmaqla müxtəlif cəbhələrdə döyüşlərin və hərbi əməliyyatların dərhal və birdəfəlik başa çatacağı elan ediləcək. Qaribabadi, saziş mətnində "İranın bütün vacib tələblərinin" yer aldığını iddia edib və bildirib ki mətn 19 iyun tarixində imzalanma mərasimindən əvvəl ictimaiyyətə açıqlanacaq.

İsrailin Livana hücumunun ardından İran Silahlı Qüvvələrinin əks hücuma hazırlaşdığını bildirən Qəribabadi, bu qətiyyətin Trampın İsrailə qarşı mövqe tutmasına və razılaşma mətnindəki bəzi məsələlərin həllinə kömək etdiyini iddia edib.

İran mediası isə sülh sazişinin mətnində edilən dəyişikliklərə görə Hörmüz boğazının İran qaydalarına əsasən açılacağını bildirib.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ