Cümə axşamı günü, 08 oktyabr 2026
     

ATƏT-in seçki rəyi Ermənistanın Avrointeqrasiya kursuna kölgə sal(m)ır (?)...

Image


Məhəmməd Əsədullazadə: "ATƏT-in hesabatı Ermənistanın Avropa İttifaqına inteqrasiyasını dayandıracaq sənəd deyil"

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ermənistanda 7 iyun 2026-cı ildə keçirilmiş parlament seçkiləri ilə bağlı ilkin müşahidə missiyasının hesabatında bildirilir ki, seçkilər ümumilikdə yaxşı təşkil olunmuş şəraitdə keçirilib və seçicilərə müxtəlif siyasi alternativlər arasında real seçim imkanı yaradıb.

Hesabatda qeyd olunur ki, seçkiqabağı kampaniya kəskin qarşıdurma, qütbləşmə və ittihamlarla müşayiət olunub. Müxalifət nümayəndələri və fəalları ilə bağlı çoxsaylı cinayət işlərinin açılması nəticəsində bəzi müxalifət tərəfdarları kampaniyada fəal iştirakdan çəkiniblər. Eyni zamanda dövlət qulluqçularına hakim partiyanın tədbirlərində iştirak etmək üçün təzyiq göstərilməsi və seçkilər ərəfəsində qəbul olunan sosial-iqtisadi tədbirlər seçki kampaniyasında bərabər imkanlar məsələsi ilə bağlı narahatlıqlar yaradıb.

Sənəddə xüsusilə vurğulanır ki, seçkiqabağı dövrdə Ermənistana xarici təzyiqlər göstərilib. Hesabata görə, Rusiya rəsmiləri Ermənistanın Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməsi halında iqtisadi və təhlükəsizlik sahələrində mümkün mənfi nəticələr barədə bəyanatlar veriblər. Müşahidə missiyası bunu seçicilərin iradəsinə təsir göstərməyə yönəlmiş xarici müdaxilə kimi qiymətləndirib.

Siyasi müzakirələrin əsas mövzuları Ermənistan-Azərbaycan münasibətləri, sülh sazişi, regional sabitlik, konstitusiya islahatları və ölkənin gələcək geosiyasi istiqaməti olub. Kampaniya dövründə “sülh və ya müharibə” mövzusu ətrafında ciddi siyasi qarşıdurma müşahidə edilib.

Hesabatda, həmçinin, Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsinin rəhbərliyi arasında gərginliyin mövcud olduğu, bəzi tanınmış müxalif və dini xadimlərə qarşı cinayət işlərinin açıldığı qeyd edilir. Bu tədbirlərin hakimiyyət tərəfindən konstitusiya quruluşunun zorla dəyişdirilməsi təhlükəsinin qarşısını almaq məqsədilə həyata keçirildiyi bildirilir.

ATƏT DTİHB seçkilərin keçirilməsi üçün hüquqi bazanın ümumilikdə demokratik seçkilərə möhkəm əsas yaratdığını vurğulayır. Bununla belə, bəzi qanunvericilik dəyişikliklərinin seçkilər elan edildikdən sonra və geniş siyasi razılaşma olmadan qəbul olunması ATƏT öhdəlikləri və beynəlxalq təcrübə ilə uyğun hesab edilməyib.

Mərkəzi Seçki Komissiyası və digər seçki qurumlarının fəaliyyəti peşəkar və şəffaf qiymətləndirilib. İclasların müşahidəçilər üçün açıq keçirildiyi, internet üzərindən yayımlandığı və qərarların vaxtında dərc olunduğu qeyd olunub.

Seçici siyahılarında 2,5 milyondan çox vətəndaşın adı yer alıb. Qeydiyyat prosesi ümumilikdə inklüziv sayılsa da, bəzi yeni vətəndaşlıq almış şəxslər və məcburi köçkünlər müraciətlərinə baxılmaması səbəbindən səsvermədə iştirak edə bilməyiblər.

Namizədlərin qeydiyyatı prosesi açıq olsa da, ikili vətəndaşlığı olan şəxslər üçün məhdudiyyətlər, uzunmüddətli yaşayış və dil bilikləri tələbləri beynəlxalq standartlara uyğun hesab edilməyib. Seçkilərdə 18 siyasi qüvvə - 16 partiya və 2 blok iştirak edib, ümumilikdə 1938 namizəd qeydə alınıb.

Müşahidə missiyası yerli səviyyədə inzibati resurslardan sistemli istifadə hallarını aşkar etmədiyini bildirsə də, hakim partiyanın tədbirlərində iştirak üçün seçicilərə təzyiq göstərilməsi barədə çoxsaylı etibarlı məlumatlar əldə etdiyini qeyd edib.

Sosial şəbəkələr və internet üzərindən aparılan təbliğat geniş yayılıb. Lakin bu sahədə tənzimləmənin zəif olması şəffaflığı azaldıb. Hesabatda süni intellekt vasitəsilə hazırlanmış manipulyativ məzmunun siyasi rəqiblərin nüfuzdan salınması məqsədilə istifadə edildiyi, həmçinin saxta hesablar və dezinformasiya kampaniyalarının aparıldığı vurğulanır.

Qadınların siyasi iştirakının hələ də aşağı səviyyədə qaldığı bildirilir. Namizədlərin 37,3 faizini qadınlar təşkil etsə də, heç bir partiya siyahısına qadın rəhbərlik etməyib.

Seçki kampaniyasının maliyyələşdirilməsi sahəsində də problemlər qeydə alınıb. Kampaniyanın rəsmi başlanğıcından əvvəl edilən xərclərin hesabatlılığa daxil edilməməsi və üçüncü tərəflərin maliyyə fəaliyyətinin tənzimlənməməsi şəffaflığı məhdudlaşdırıb.

Media mühiti qütbləşmiş kimi qiymətləndirilib. Dövlət televiziyası qanunla nəzərdə tutulan pulsuz efir vaxtını təqdim etsə də, hakim partiyanın xeyrinə nəzərəçarpacaq qərəzlilik nümayiş etdirdiyi qeyd olunub.

Səsvermə günü proses əksər seçki məntəqələrində müsbət qiymətləndirilib. Səsvermə, səslərin sayılması və nəticələrin ötürülməsi ümumilikdə şəffaf və təşkilatlanmış şəkildə aparılıb. Bununla belə, bəzi məntəqələrdə prosedur pozuntuları və məlumatların ötürülməsi zamanı şəffaflıqla bağlı problemlər müşahidə olunub.

Ümumilikdə, ATƏT DTİHB seçkilərin rəqabətli və plüralist mühitdə keçirildiyini qeyd etsə də, kampaniyanın yüksək səviyyədə qütbləşməsi, xarici təsir cəhdləri, media qərəzliliyi, seçki maliyyələşdirilməsi sahəsindəki boşluqlar və bərabər rəqabət şəraiti ilə bağlı problemlərin seçki prosesinə mənfi təsir göstərdiyini vurğulayıb.

ATƏT-in bu rəyi Ermənistanın Avropa Birliyinə inteqrasiya proseslərinə təsir edəcəkmi?

Politoloq Məhəmməd Əsədullazadə:

Politoloq Məhəmməd Əsədullazadə "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ermənistanda keçirilmiş 7 iyun 2026-cı il parlament seçkilərinə dair bəyanatı tam reallığı əks etdirir və seçkinin həm müsbət, həm də mənfi cəhətlərini özündə ehtiva edir.

Ekspertin qiymətləndirməsinə görə, hesabatın müsbət hissəsində seçkilərin real siyasi seçim imkanı yaratdığı, seçki administrasiyasının peşəkar fəaliyyəti və səsvermə gününün ümumən müsbət nəticələnməsi xüsusi vurğulanır. Əsədullazadə bildirir ki, bu amillər Avropa qurumları üçün vacibdir və Ermənistanın demokratik institutlarının işləkliyin göstəricisi kimi dəyərləndirilə bilər.

Bununla yanaşı, politoloq hesabatda tənqid olunan məsələlərə - media qərəzliliyinə, kampaniyanın maliyyələşdirilməsindəki şəffaflıq problemlərinə, dövlət resurslarından dolayı üstünlüklərə, seçicilərə təzyiq iddialarına və siyasi qütbləşməyə də diqqət çəkir. Bu iradlar Avropa İttifaqının İrəvandan gələcəkdə əlavə islahat tələb etməsi üçün zəmin yarada bilər.

Əsədullazadə, hesabatda Rusiya tərəfindən iqtisadi və təhlükəsizlik xarakterli təhdidlərin qeyd olunmasını da əhəmiyyətli məqam kimi dəyərləndirir. Ona görə, bu hal Avropa paytaxtlarında Ermənistanın xarici təzyiqlərə məruz qalan, lakin Avropa istiqamətində irəliləmək istəyən bir ölkə kimi qəbul edilməsinə xidmət edə bilər. Rusiya isə öz növbəsində bu seçkiləri tanımaq istəmir və Ermənistana təzyiqlərini artırmaqdadır.

Politoloq nəticə olaraq vurğulayır ki, ATƏT DTİHB-nin rəyi Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesinə maneə deyil: "Bu rəy daha çox “inteqrasiyaya maneə” deyil, “inteqrasiya yolunda həll edilməli problemlərin siyahısı” kimi qiymətləndirilə bilər".

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ