Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənistan Qərargah rəisi Azərbaycana qarşı "ərazi iddiasından" geri durmur...

Image


İbrahim Rüstəmli: “O, reallığı görüb qiymətləndirə bilsəydi, bu cür əsassız və məsuliyyətsiz bəyanat verməzdi”

Ermənistanın bəzi rəsmi dairələri Azərbaycana qarşı müəyyən kampaniyalar aparırlar. Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəməyən belə qüvvələr ölkəmiz haqda yanlış rəy yaradırlar.

Ermənistan Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərlə söhbətində iddia edib ki, guya Azərbaycan qoşunları Sünikdə (Qərbi Zəngəzur) meşələri qırır və onların təbiət qoruğunda postları var.

O qeyd edib ki, baş nazir, departament rəhbəri və şəxsən özü dəfələrlə bu məsələni delimitasiya yolu ilə həll etmək üçün çalışdıqlarını bildiriblər.

O, Azərbaycan qoşunlarının Ermənistan ərazisində Nerkin Xand kəndi və Zəngəzur Təbiət Qoruğu yaxınlığında yerləşdiyini iddia edin. Asryan iddia edib ki, Azərbaycan tərəfi guya təbiət qoruğunda ağacları kəsir, eyni zamanda mövqelərini müəyyən edir və infrastruktur qurur, Ermənistan tərəfi isə sadəcə bu hərəkətləri sənədləşdirir və "müvafiq siyasi kanallar vasitəsilə" məlumat verir.

“Əgər bu anklavlar Ermənistan Respublikasının 29.743 kvadrat kilometrlik ərazisinin bir hissəsidirsə, bir millimetr də olsun torpaq təslim edilməyəcək”, - deyə Edvard Asryan sərhədlərin delimitasiyası və sərhəd yaşayış məntəqələrinin taleyi mövzusuna toxunaraq deyib. O, qeyd edib ki, sovet dövründə cənubdan şimala təxminən 18 yeri əhatə edən bu ərazilərdə tarixən həm ermənilər, həm də azərbaycanlılar məskunlaşıblar. Baş Qərargah rəisi əlavə edib ki, Baş Qərargah sərəncamında olan dəqiq xəritələrə əsaslanır.

Ermənistanın baş qərargah rəisi Azərbaycan ordusuna qarşı açıq qara piar aparır. Seçki sonrası, eyni zamanda bütövlükdə bu uydurma "təcavüz" məsələsini niyə ortaya atırlar. Ermənistan tərəf niyə belə iddialardan əl çəkmək istəmir?

Hərbi ekspet İbrahim Rüstəmli baki-xeber.com-a bildirdi ki, Ermənistandakı bəzi rəsmilərin beynində hələ də revanşist meyllər qalıb.

"Bu sualın cavabı bu gündən gəlmir, onun cavabı illər uzunu Ermənistanda, ermənilərin təmsil olunduğu xarici ölkələrdə, erməni lobbilərində formalaşmış ideologiyadan gəlir. Yəni zaman-zaman Azərbaycan torpaqlarına qarşı edilən iddialar, Qarabağın Ermənistana məxsus olması ilə bağlı uydurma ideoloji təlimlər, ermənilərin bu bölgədə guya minillər boyu yaşaması, dünyanın ən qədim xalqı olması və sair kimi məsələlərin hamısı bir qrup erməninin beynini elə yuyub ki, reallıqla heç cürə barışmaq istəmirlər. Ermənistanın baş qərargah rəisi də reallığı görməkdən uzaqdır. O, reallığı görüb qiymətləndirə bilsəydi, bu cür əsassız və məsuliyyətsiz bəyanat verməzdi. Bu kimi yersiz açıqlamaların, fikirlərin arxasında dayanan məqsəd var. Bunun arxasında nə dayanır? Serj Sarkisyan, Köçəryan kimi mənəviyyatsız, canilərin adamları dayanır. Paşinyan baş nazir olsa da hələ də bölgələrdə, yerlərdə o ideoloji kursun davamçıları var. Baxmayaraq ki, bir dövlət başçısı olaraq Paşinyanın mövqeyi Azərbaycan üçün də, ermənilər üçün də aydındır. Paşinyan bunu çəkinmədən bəyan edir. Çəkinmədən deyir ki, mən Qarabağ səhifəsini bağladım. Ancaq bu demək deyil ki, Ermənistanda Qarabağla bağlı iddia irəli sürən, çürük "Arsax" ideologiyasına köklənmiş adamlar yoxdur. Yəni hələ Ermənistan cəmiyyətində də, Ermənistan cəmiyyətindən kənarda da bu ideologiya ilə nəfəs alan, yaşayan adamlar var. O adamların əsas məqsədi yenidən iki xalq arasında münaqişə yaratmaqdır. Eyni zamanda Ermənistanla Azərbaycan arasında yaratmaq istədikləri münaqişə ilə Cənubi Qafqazı qan gölündə boğmaqdır. Yəni bu ideologiya ölməyib. Ona görə Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz bütün hallarda döyüşə hazır olmalıyıq, bütün hallarda ayaqda dayanmalıyıq, gözümüzü qırpmamalı, ətrafa dörd gözlə baxmalıyıq. Bunu cənab Prezident təsadüfən demir ki. Bu gün Ermənistanda indiyə qədər görünməmiş demokratik bir ab-hava var. Bunun içində də fərqli baxışlar var. O ünsürlər hələ qalıb. Biz onu hiss edirik. "Arsax" iddiası ilə yaşayan, Azərbaycana qarşı torpaq iddiası irəli sürməyə çalışan, Azərbaycanla daim münaqişə şəraitində yaşamaq istəyən şovinistləri, revanşistlər var. Revanşist qüvvələrin olmasının nəticəsidir ki, hələ də bizə qarşı bu cür əsassız bəyanatlar səsləndirilənlər olur. Halbuki Azərbaycanla Ermənistan arasında münasibət heç vaxt bu qədər şəffaf, sülh yönümlü olmayıb".

İ. Rüstəmli qeyd etdi ki, düzdür, ermənilərə etibar etmək olmaz, amma bu gün Azərbaycanla Ermənistan arasında münaqişəsiz bir münasibət var. "Bunu hakimiyyətlər arası münasibətlər baxımından deyirəm. Amma yenə də heç vaxt unutmaq olmaz ki, ermənilərin içində o virus yaşayır. İlham Əliyevin qüdrəti bir tərəfdən qələbə qazanmaq idisə, bu gün prezidentin ikinci böyük uğuru o qələbəni qorunmasıdır. İlham Əliyev düşməni dosta çevirən insandır, böyük dövlət başçısıdır, liderdir. Bunların arxasında Azərbaycan dövlətinin, Azərbaycan xalqının iradəsi, ordumuzun gücü dayanır"-deyə İ.Rüdtəmli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ