ABŞ ordusunun gecə saatlarında Hörmüz boğazında “Apaçi” helikopterini vurulmasına cavab olaraq Sirik, Bəndər Abbas və Kəşmir adalarına qarşı hücumlarından sonra İran xarici işlər naziri Abbas Əraqçi müharibə mesajı verib.
"Döyüş meydanındakı məğlubiyyətlərə baxmayaraq, ABŞ qətiyyətimizi sınamağı seçdi. Güclü silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq"- deyə İran xarici işlər naziri Əraqçi bildirib.
ABŞ-ın "təhlükəsizlikdə olmaq istəyirsə" bölgəni tərk etməli olduğunu vurğulayan Əraqçi bildirib ki, Fars körfəzinin tarixində bölgəyə icazəsiz daxil olan əcnəbilərin acınacaqlı taleyi haqqında bir çox fakt var.
Tahir TAĞIYEV