"Gülnaz Qəmbərli adlı birisi iddia edir ki, mən “Bakı-Xəbər”də İradə Sarıyevadan başqa jurnalist tanımıram. Bəli, İradə Sarıyeva bizim jurnalist həmkarımızdır. Sizin bizi tanımamağınız öz probleminizdir".
Bunu “Bakı-Xəbər” qəzetinin əməkdaşı Vidadi Ordahallı öz Facebook hesabında yazıb.
“Ay Gülnaz xanım, jurnalist kimi bizi tanımağınız üçün başqa nə etməliyik? 23 ildir ki, hər gün yazıram. Onun 16 ilini gündəlik nəşr edilən “Bakı-Xəbər”də işləyirəm. Ola bilər ki, siz ciddi yazıları oxumursunuz, ona görə də bizi tanımazdan gəlirsiniz. Sevindim ki, heç olmasa İradə Sarıyeva kimi dəyərli həmkarımızı tanıyırsınız…”- deyə V.Ordahallı paylaşımında bildirib.
İRADƏ