Keçmiş Dağlıq Qarabağın 80-ci illərin sonlarında komendantı olmuş general Safonovun ailəsinə yaxın bir azərbaycanlı redaksiyamızla əlaqə saxladı. Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyevin paylaşımında daha sonra deyilir: “Generalın həyat yoldaşı Vera Safonovanın adından generalın vəfat etdiyini bildirdi və Vera Safonovanın bu sözlərini Azərbaycan ictimaiyyətinə çatdırmağımızı xüsusu xahiş elədi. Vera Safonova: "Bəlkə də Azərbaycanda kimsə onun haqqında yaxşı sözlər deyər"...
Mən söz verdim ki, bunu edəcəyəm. Lakin general Safonovun haqqında söz deməyi dəyərli izləyicilərimin ixtiyarına buraxıram.
Özümün də şərhlərim olacaq...”
TAHİR