çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Ermənistanla sərhəd açılımı, Zəngəzur dəhlizi ilə bağlı mühüm müzakirə aparıldı...

Image


Hazırda Ermənistan və Azərbaycan Zəngəzur dəhlizi məsələsini müzakirə edir. Bu və Ermənistan Konstitusiyası ilə bağlı məsələlər həll olunanda və nəhayət sülh müqaviləsi imzalananda Ankara Ermənistanla sərhədi açacaq.

Bu fikirləri Türkiyə parlamentində gələn ilin büdcə müzakirələri zamanı xarici işlər naziri Hakan Fidan səsləndirib.

Avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaları bir daha yüksək qiymətləndirən Türkiyənin xarici işlər naziri onu da vurğulayıb ki, Ankara sülh müqaviləsi imzalanmadan Ermənistana doğru addım atmaq və sərhədləri açmaq niyyətində deyil, çünki bu halda Ankaranın fikrincə, İrəvan Bakının tələblərinə cavab verməkdə daha maraqlı olmayacaq: “Biz Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi, o cümlədən Qarabağın yenidən qurulması və dirçəldilməsi istiqamətində səylərimizdə müttəfiqimiz Azərbaycanla koordinasiyalı və vahid şəkildə işləməyə davam edirik. Biz Ermənistanın ölkəmizə və Azərbaycana qarşı sülhsevər və konstruktiv yanaşmasını alqışlayırıq, Ermənistanla dialoqumuzu davam etdiririk və konkret addımlar üçün birgə səyləri səmimiyyətlə təşviq edirik”. Başda müxalifət və kürdpərəst partiyalardan olan bir neçə parlament üzvü xarici işlər nazirinin diplomatik ifadəli çıxışına Türkiyənin Zəngəzur dəhlizini açmaq və ya Ermənistanla münasibətləri normallaşdırmaq üçün nələr etdiyi ilə bağlı birbaşa suallarla cavab verib. Keçmiş xarici işlər naziri Əhməd Davudoğlunun rəhbərlik etdiyi Gələcək Partiyasının üzvü Cemalhettin Torun Ankaranın Ermənistan-Türkiyə barışığı və Aİ-yə üzvlük üçün davam edən səyləri ilə paralellər apararaq, Ankaranın hər iki məsələdə hansı irəliləyiş əldə etdiyi ilə maraqlanıb. Başqa bir müxalifətçi deputat qeyd edib: “Bu dövlətləri illərlə davam edən işsizlikdən, yoxsulluqdan və durğunluqdan ancaq sərhəddə aktivlik olarsa xilas etmək olar”. Solçu “Azadlıq və Həmrəylik” fraksiyasının üzvü Hakk Saruhan Oluç da konkret sual qoyub: “Ankara niyə gələn ildən başlayaraq Türkiyə, Ermənistan və Azərbaycanda mövcud dəmir yollarının istismarı üçün addımlar atmaq istəmir? İndi Paşinyan hökuməti Türkiyədən Azərbaycana birbaşa quru nəqliyyatını təmin edəcək Marqara-Kornidzor xəttinin açılmasını təklif edir. Bu dəmir yolunun açılması sülhə inamı artıracaq və türk iş adamlarının Azərbaycan və Ermənistana daxil olmasını asanlaşdıracaq ki, bu da çox vacibdir”. Antalyadan olan deputat Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən “Tramp yolu”nun istismarında Türkiyənin həlledici rol oynamasını da təklif edib: “Biz hesab edirik ki, koordinasiya mexanizmi yaratmaq lazımdır və Türkiyənin orada qurucu üzv olması çox vacibdir”.

Ərdəhandan seçilən müxalifətçi millət vəkili Oğlu Erdem İncesu demək olar ki, bütün çıxışını bu mövzuya həsr edib: “44 günlük müharibədən sonra imzalanan sənəddə Zəngəzur dəhlizinin açılacağı açıq-aydın göstərildi və bunun strateji bir yol olacağı ictimaiyyətə izah edildi. Türkiyə üçün böyük iqtisadi və logistik imkanlar açılsa da, hələ də dəhliz işləmir. Bu dəhlizin aqibətinin necə olacağını, nə vaxt açılacağını, hansı mərhələdə olduğunu və bizə həqiqəti kimin deyəcəyini bilmək istəyirik. Burada bir sual da var: Trampın adının veriləcəyi açıqlandı. İndi bizim hökumətimizin Türkiyənin suveren maraqlarını, yoxsa Vaşinqtonun gözləntilərini irəli sürəcəyini açıqlayacaqsınız? Çünki önəmli olan onun adı deyil, Türkiyəyə hansı üstünlükləri verməsidir”. Sərhədin açılmasının Türkiyənin həm iqtisadi, həm də diplomatik imkanlarını genişləndirəcəyini, bundan ilk olaraq Qars, İğdır, Ərzurum və Ərdahanın faydalanacağını deyən Hakan Fidan bildib: “Ermənistanla barışıq həm də iqtisadi inteqrasiyaya doğru bir addımdır” deyən Hakan Fidan bildirib ki, İrəvanla Bakı arasında Zəngəzur dəhlizi ilə bağlı yekun razılaşma yoxdur, tərəflər danışıqlar aparır. Hakan Fidan təkid edib ki, Türkiyə yalnız bu danışıqlara kömək edir: “Zəngəzur dəhlizi ilə bağlı bizi tənqid edəndə sanki belə görünür ki, bu, bizim suverenliyimizdə olan məsələdir. Yox belə deyil. Ərazi Ermənistandadır, iddiaçı Azərbaycandır, biz hər iki tərəf üçün vasitəçi rolunu oynayırıq, çünki bu yol bizə də lazımdır. Zəngəzur dəhlizi hazırda aktual məsələdir, xüsusən də bu, Ermənistan və Azərbaycan arasında Vaşinqtonun ilkin konsepti son dərəcə aktualdır. Azərbaycanın milli maraqları üçün vacibdir, amma izah edim: bir sıra məsələlər, xüsusən də bu dəhlizin hansı xarakter daşıyacağı, onu kimin işlədəcəyi, kimin tərəfdaş olacağı hələ də qaranlıq qalır”. Fidan Ermənistan sərhədlərinin açılması ilə bağlı çağırışlara da kifayət qədər təfərrüatlı və aydın ifadələrlə cavab verib və Ermənistan-Azərbaycan sülh müqaviləsi nəhayət imzalanana qədər Ankaranın bunu etməyəcəyini vurğulayıb: “Zəngəzur dəhlizi və Ermənistan Konstitusiyası məsələsi Vaşinqton sənədlərindən kənarda qalıb. Onlar həll olunanda və Ermənistanla Azərbaycan arasında yekun sülh yarananda biz öz addımımızı atacağıq. Biz bunu aşağıdakı səbəbdən edirik: Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması və iqtisadiyyatın bərpası Ermənistan üçün vacibdir. Əgər indi münasibətləri normallaşdırsaq, Ermənistanı Azərbaycanla sülh sazişi imzalamaq üçün ən məcburedici motivdən məhrum etmiş olarıq. Bu, regionda dondurulmuş münaqişəyə gətirib çıxara bilər ki, biz bunu istəmirik”. Eyni zamanda Fidan qeyd edib ki, bu müddət ərzində Ankara artıq öz ərazisində hazırlıq və texniki işləri başa çatdırıb və Ermənistan-Azərbaycan məsələləri həll olunandan sonra sərhədi açmağa praktiki olaraq hazırdır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ