çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

"Qaçqınkom Əli Həsənov vətənpərvər adamdır" - yazılanlara izah verildi...

Image


Facebook istifadəçisi Sima Babayeva sosial şəbəkədə paylaşdığı yazı ilə yenidən köhnə yaraları qoparıb, mürgüləyən ictimai fikri silkələməyi bacarıb. Bu status altında yaranan müzakirələr, sanki illərin toplanmış narazılığının gur partlayışıdır.

Sima xanım yazır ki, jurnalist Əvəz Zeynallı keçmiş “Qaçqınkom” rəhbəri Əli Həsənov və onunla bağlı olan dairələr, o cümlədən Ramiz Mehdiyev ailəsi haqqında ciddi iddialar səsləndirib.

Əli Həsənov, təbii ki, bu iddiaları dərhal təkzib edib. Bildirib ki, həyat yoldaşı haqqında deyilənlər yalandır və guya onun heç bir şəkildə Mehdiyev ailəsi ilə münasibəti yoxdur. Amma Sima xanımın yazısında başqa bir məqam da qabardılır: illərlə dövlət strukturlarında yüksək vəzifələr daşımış Ramiz Həsənovun, yəni Əli Həsənovun qardaşının, elə Ramiz Mehdiyevin himayəsi ilə yüksəldiyi iddia olunur. Bu isə oxucuların hiddətini daha da artırır.

Məqalədə Ermənistandan Azərbaycana köçən, burada yaşayan və sonradan rəsmi sənədlərdə milliyyətini dəyişən insanlarla bağlı kontekst verilir. Bu, mövzunun sosial-tarixi tərəfidir, lakin əsas müzakirə yenə də Həsənovun fəaliyyəti ətrafında cəmlənir.

Ən çox haqsızlığa səbəb olan məqam isə budur: müəllifin sözlərinə görə, Əli Həsənovun 22 il rəhbərlik etdiyi “Qaçqınkom”da mənzillərin ədalət prinsiplərinə zidd şəkildə bölüşdürülməsi ilə bağlı iddialar heç vaxt tam araşdırılmayıb. Sözün düzü, bu, cəmiyyətdə uzun illərdən bəri dolaşan, lakin heç vaxt aydınlaşdırılmayan bir narazılıqdır. Elə buna görədir ki, Prezident İlham Əliyevin 2020-ci ildə köçkün mənzillərinin paylanması sahəsindəki nöqsanlar haqda dediyi sərt fikirlər həmin iddialara dolayısı ilə işıq salıb.

Məqalədə Həsənov ailəsinin sərvəti, həyatı və 2017-ci ildə nəvəsinin törətdiyi səs-küylü qəza hadisəsi də yada salınır. Müəllif açıq şəkildə bildirir ki, hüquq-mühafizə orqanları bu ailənin varidatı və mümkün qanunsuzluqları ilə bağlı araşdırma aparmalıdır. Bu, yalnız onun fikri deyil - sosial şəbəkədə yazılan yüzlərlə şərhdə də eyni tələb əks olunur.

Postun altındakı şərhlər isə xalqın içində illərlə yığılıb qalmış kədərin, qəzəbin, umu-küsünün partlayışımıdı.

Esmira Rəhimova yazır:

“Vaxtında da hamı bilirdi bunları, bu təzə xəbər deyil”.

Azər Rəşidoğlu daha sərt danışır:

“Belələri ermənidən də betərdir”.

Əli Bəy Azəri isə mövzunu daha da dərinləşdirir:

“Zəngilanın Məmmədbəyli kəndinə köç gedir. İcra nümayəndəsi kimlərin köçürüldüyündən xəbərsizdir. “Qaçqınkom” isə siyahını kənara atıb öz bildiyini edir. Deməli, hələ də idarəetmə Həsənovun adamlarının əlindədir”.

Qafar Çaxmaqlı illər əvvəl qələmə aldığı yazını yada salır. Əli Həsənovun Sumqayıtdakı bir çıxışından sitat gətirir:

“Mən fəxr edirəm ki, mənim ailəm çoxmillətlidir”.

Qafar deyir ki, bu fikir o vaxt sənədlərə də düşmüşdü.

Akif Paşayev isə həyatı boyu üzləşdiyi bir haqsızlığı dilə gətirir:

“Yataqxanada mənə düşən evi bunlar başqasına satıb. Mən hələ də evsizəm. Gedib “Qaçqınkom”a deyəndə isə cavab alıram ki, sən mövcud olmayan ünvanda qeydiyyatdasan!”

Səfa Qulusoy yaddaşları oyadan başqa bir epizodu xatırladır:

“Həsənov maaş 35 manat artırılanda televiziyada çıxıb deyirdi ki, bu böyük puldur!”

Elxan İbrahimoğlu daha fərqli iddia səsləndirir:

“Arvadı qarabağlı deyil, Qarabağa gəlmiş hay tayfasındandır”.

Hürü Hüseynova isə hisslərini gizlətmir:

“Bu adamın vicdandan xəbəri yoxdur!”

Şərhlərin ümumi tonunda bir mesaj var: insanlar illərdir eşitdikləri, yaşadıqları, amma haqqında danışmağa güc tapmadıqları haqsızlıqları indi açıq şəkildə dilə gətirirlər.

Asif Mərzilinin fərqli mövqeyi

Maraqlısı odur ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili mövzunu tamam başqa yöndən dəyərləndirir və Əli Həsənovu “vətənpərvər” adlandırır:

“Kiminsə həyat yoldaşının hansı millətdən olması onun Vətənə münasibətini müəyyənləşdirə bilməz. Bu mövzu boş şeydir”.

Bu mövqe sosial şəbəkədə ciddi suallar doğurur. Elə buna görə də Asif bəyə sual ünvanlanır: “Siz nə üçün Əli Həsənovu vətənpərvər hesab edirsiniz?”

O isə belə cavab verir:

“Onunla şəxsi bağlılığım yoxdur. Arvadının milliyyəti onun Vətən sevgisini dəyişməz. Tarixdə çox nümunələr var: Tağıyevin, Rəsulzadənin, başqa ziyalıların həyat yoldaşları müxtəlif millətlərdən olub”.

Amma Asif bəy yenə də əsas suala cavab vermir: Həsənovu hansı keyfiyyətlərinə görə vətənpərvər adlandırır?

Bu suala aydınlıq gətirmədiyi üçün sosial şəbəkədə mövzu daha da qızışır.

Sima Babayevanın paylaşımı əslində bir statusdan daha böyük mətləblərə işıq saldı - illərlə yığılıb qalmış narazılıqların, qaranlıq qalan sualların, ictimai ədalət tələb edən səslərin gurultusuna çevrildi. Bu müzakirələr göstərir ki, cəmiyyət təkcə cavab deyil, həqiqət istəyir. Həqiqət isə hələ ortaya çıxmayıb.

Akif Nəsirli



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ