Türkiyə Prezidenti Ərdoğan Gürcüstan-Azərbaycan sərhədində hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verib.
"Bu gün Azərbaycandan ölkəmizə gelən C130 hərbi təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğradığını dərin kədərlə öyrəndik. Qalıqların yerini müəyyənləşdirmək üçün səylərimiz müvafiq orqanlarla koordinasiyalı şəkildə davam edir.
Allah şəhidlərimizə rəhmət eləsin və dualarımızla onların yanında olaq" – deyə Ərdoğan AK Partiya Konqres Mərkəzində keçirilən "Sivilizasiyamızda Şəhər və Məkan" mövzusunda Şəhərsalma Zirvəsindəki çıxışı zamanı bildirib.
TAHİR