Azərbaycandan ölkəmizə yola düşən “C130” hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"Axtarış-xilasetmə işlərinə Azərbaycanvə Gürcüstan hakimiyyətləri ilə koordinasiyalı şəkildə başlanılıb", - deyə məlumatda bildirilir.
Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Türkiyə yük təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb.
Məlumata əsasən, noyabrın 11-də Siqnaxi bələdiyyəsində, Gürcüstanın dövlət sərhədinin təqribən 5 kilometrliyində Türkiyənin yük təyyarəsi qəzaya uğrayıb.
Faktla bağlı uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.
Gürcüstan Hava Naviqasiyası Administrasiyasından isə bildirilib ki, C130 təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib. Bildirilir ki, təyyarə həyəcan siqnalı verməyib: "Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin C130 təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb".
Lockheed C-130 Hercules, dünyada ən çox istifadə edilən hərbi nəqliyyat təyyarələrindən biridir. Davamlılığı, böyük yük tutumu və qısa uçuş-enmə zolaqlarında qalxıb-enmə qabiliyyəti ilə seçilən C-130, xüsusilə çətin ərazi və döyüş şəraitində fəaliyyət göstərməyə qadirdir. Təyyarə qoşunların, nəqliyyat vasitələrinin, təchizatın və humanitar yardımın daşınmasında aktiv rol oynayır, zəruri hallarda havadan eniş və tibbi təxliyə missiyaları üçün də istifadə edilə bilər.
Dörd turbovintli mühərriklə işləyən C-130 təxminən 20 ton yük tutumuna və 3800 kilometr mənzilə malikdir. 1950-ci illərdən bəri bir çox ölkənin hava qüvvələrində istifadə edilən təyyarə modernləşdirmələrlə aktiv xidmətdədir.
Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan C-130 təyyarələri təbii fəlakətlərdə, hərbi əməliyyatlar və beynəlxalq missiyalarda geniş istifadə edilir.
TAHİR
Türkiyəyə məxsus təyyarənin Gürcüstan-Azərbaycan sərhəddində qəzaya uğradığı bildirilir #Uçak #Türkiye #sondakika #Turkey #Georgia #Gürcistan pic.twitter.com/qOjyfZx6C8 — Ismayil Jabiyev (@ismayiljabiyev) November 11, 2025
Türkiyəyə məxsus təyyarənin Gürcüstan-Azərbaycan sərhəddində qəzaya uğradığı bildirilir #Uçak #Türkiye #sondakika #Turkey #Georgia #Gürcistan pic.twitter.com/qOjyfZx6C8