çərşənbə günü, 30 sentyabr 2026
     

"Hərbi parad dövlətimizin gücünün, Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının əyani göstəricisi oldu" - Vüqar Rəhimzadə

Image


Beş il öncə dünyaya səs salan tarixi Zəfərimiz Azərbaycan dövlətinin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin, xalqımızın torpaq, Vətən sevgisinin, yenilməzliyinin, məğrurluğunun təqdimatı oldu. Bu gün biz Azərbaycan xalqı olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gündə yazdığı şanlı Zəfər tarixinin reallıqlarını yaşayır və bundan böyük qürur hissi keçiririk. Bu baxımdan noyabrın 8-də Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad özündə mühüm məqamları ehtiva etdi. Hərbi paradda Vətən müharibəsi dövründə dünyaya bəyan edilən Azərbaycan-Türkiyə-Pakistan dostluğu, qardaşlığı bir daha ən yüksək səviyyədə nümayiş etdirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirak etdikləri Hərbi paradda Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi, üç qardaş ölkənin hərbçiləri yanaşı dayandı. Bu, Azərbaycan, Türkiyə və Pakistan xalqlarının, ordularının birliyinin əyani təzahürüdür. Dövlət başçısı İlham Əliyev Hərbi paraddakı çıxışında bir daha diqqəti 44 günlük İkinci Qarabağ müharibəsinə yönəldərək bildirdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Şanlı Zəfərimizdən bir il sonra Qarabağın incisi Şuşa şəhərində Türkiyə və Azərbaycan Prezidentləri tarixi Şuşa Bəyannaməsini imzalayaraq əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür. 2020-ci ilin 10 dekabr tarixində keçirilən Zəfər paradında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşımız iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Dost ölkələrdən gəlmiş bütün qonaqları salamlayan Prezident İlham Əliyev onların Hərbi paradda bizimlə bərabər olmalarını bir daha birliyimizin, həmrəyliyimizin, qarşılıqlı dəstəyin əyani şəkildə göstəricisi kimi dəyərləndirdi.

Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan birliyi yeni geosiyasi güc mərkəzinə çevrilib. Bu birlik tarixi Zəfərimizdən sonra daha da möhkəmlənib. 2021-ci ilin iyununda Azərbaycan və Tükiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasının ardınca həmin ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Bakıda bir araya gələrək birliyimizin təqdimatı olan Bakı Bəyannaməsini imzaladılar. Ölkələrimiz arasında əlaqələr müxtəlif səviyyələrdə uğurla inkişaf etdirilir. Bu həmrəyliyin növbəti təzahürü kimi bu ilin 28 May-Müstəqillik Günündə Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünü qeyd edə bilərik. Hərbi paradda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çiyin-çiyinə dayanaraq şanlı Zəfərimizin qürurunu birgə yaşamalarının sevinci səsləndirdikləri çağırışlarda da özünün aydın ifadəsini tapdı. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın sevincini bölüşən Pakistanın Baş naziri Şahbaz qardaşım başda olmaqla bu gün aramızda olan dost ölkələrdən bütün təmsilçilərə təşəkkür edirəm” fikirlərənin davamı olaraq Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki, Pakistan, Azərbaycan və Türkiyə - ürəkləri bir döyünən üç qardaş bu gün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə, hamılıqla qeyd edirlər.

Vüqar Rəhimzadə vurğulayıb ki, dünyanın diqqətini Azərbaycana, tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlara yönəldən Hərbi paradda dövlət başçısı İlham Əliyevin səsləndirdiyi hər bir fikir dünənimizə baxış, gələcəyəmizə yönələn çağırış oldu. Azərbaycanın şanlı Qələbəyə gedən yolundan, iqtisadi, siyasi, hərbi, diplomatik sahədə qazandığı uğurlardan, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən geniş bəhs edən Prezident İlham Əliyev bildirdi ki, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir. Bu gün Azərbaycan Ordusunun texnikası həm say, həm keyfiyyət, həm də müasir döyüş konsepsiyalarına uyğunluğu baxımından dünyada ön sıralardadır. Paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksəkdəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr müşahidə olundu. Bu müxtəliflik ordunun, eyni zamanda, həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir. Yüksək döyüş hazırlığı səviyyəsinə malik olan Azərbaycan Ordusu regionda sülhün və sabitliyin qorunmasında Azərbaycanın rolunu daha da möhkəmləndirir.

Millət vəkili Müzəffər Ali Baş Komandanın çıxışında yer alan bu məqama xüsusi diqqəti yönəldib ki, Ermənistan İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşdı, ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başladı. Onlar Azərbaycanı yeni müharibə ilə hədələdilər. Müzəffər Ali Baş Komandan Hərbi paradda bu çağırışı etdi ki, deyirdilər onların tankları Bakı küçələrində olacaq. Deyirdilər onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlıdır. Tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülh müqaviləsinə beynəlxalq dəstək də bunun bariz nümunəsidir. Türkiyə və Pakistan liderləri çıxışlarında tarixi Zəfərimizin reallıqları fonunda bu məqamı xüsusi qeyd etdilər. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bölgəmizdə yeni bir dövrün qapıları açılıb. Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük.

Milli Məclisin deputatı onu da vurğulayıb ki, tarixi Zəfərimiz Türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsini bir hədəf kimi qarşıya qoyub. Hərbi paraddakı çıxışında Rəcəb Tayyib Ərdoğan böyük qürur hissi ilə qeyd etdi ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Can Azərbaycan ilə ikitərəfli əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki birlik və həmrəyliyimizi də davam etdiririk.

Vüqar Rəhimzadə bildirib ki, Zəfərimizin beş illiyinin reallıqlarını özündə təcəssüm etdirən Hərbi parad tariximizə növbəti qürur səhifəsini yazdı. Dünyanın diqqəti növbəti dəfə Azərbaycana, onun regionda və beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinə, söz sahibliyinə yönəldi. Azərbaycanın hər bir hədəfə uğurla nail olması ölkəmizin dayanıqlı inkişafını şərtləndirən əsas amildir. Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, gələcəklə bağlı çağırışlarının təqdimatıdır. Bu baxımdan Prezident İlham Əliyevin Hərbi paradda səsləndirdirdiyi hər bir çağırış hazırda dünya və ölkə mətbuatlarında geniş müzakirə edilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik.

Milli Məclisin deputatı bu fikri xüsusi qeyd edib ki, tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycana, onun ədalətli və beynəlxalq hüquqa əsaslanan siyasətinə dəstək Hərbi paradda iştirak edən qonaqların say tərkibində də özünün bir daha aydın ifadəsini tapdı. Belə ki,bu möhtəşəm parada müxtəlif ölkələrin müdafiə nazirləri, hərbi nümayəndə heyətləri qatıldılar. Türkiyə və Pakistanın ali nümayəndə heyətlərindən əlavə, Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini, Serbiyanın Baş Qərargah rəisi, Qırğızıstanın müdafiə naziri, Qazaxıstanın müdafiə naziri və Özbəkistanın müdafiə nazirinin müavini də paradda iştirak etdilər. Noyabrın 8-də Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad bir daha sübut etdi ki, Azərbaycan hər zaman əməkdaşlıq məkanı, sülhün, təhlükəsizliyin tərəfdarı kimi dünyanın diqqətindədir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ