çərşənbə günü, 30 sentyabr 2026
     

Pakistan ordusunun Bakıda ilk demarşı – Yeni geostrateji mərhələnin başlanğıcı...

Image


Bəhruz Quliyev: “Pakistan, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işinə açıq və qətiyyətli dəstək verən ilk ölkələrdən biri olmuşdu”

Zəfərin 5 illiyinə həsr olunmuş Bakı paradı təkcə Azərbaycanın hərbi gücünün nümayişi deyildi. Bu mərasim, həm də regionda dəyişən geosiyasi balansların, yeni müttəfiqlik münasibətlərinin və qardaş ölkələrin həmrəyliyinin simvoluna çevrildi. Prezident İlham Əliyevin “Bu gün bizimlə bu paradda ilk dəfə qardaş Pakistan ordusu da iştirak edir” sözləri bu mənada dərin siyasi və mənəvi məna daşıyırdı.

“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyevin fikrincə, Pakistan Silahlı Qüvvələrinin Bakıdakı Zəfər Paradında iştirakı sadəcə bir mərasim detalı deyil, dərin mənəvi, siyasi və geostrateji məna daşıyan hadisədir. Onun sözlərinə görə, mənəvi baxımdan bu addım Azərbaycan-Pakistan qardaşlığının sarsılmazlığını, iki xalqın ortaq dəyərlər və ədalət prinsipləri üzərində birləşdiyini nümayiş etdirir.

Pakistan, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinə ilk açıq və qətiyyətli dəstək verən ölkələrdən biri olmuşdu. Bakıdakı paradda Pakistan əsgərlərinin iştirakı həmin həmrəyliyin simvolik davamı idi. Bu, “dostluq sözlə deyil, əməl ilə sübut olunur” mesajının canlı ifadəsi kimi tarixə düşdü.

Siyasi baxımdan Pakistanın paradda iştirakı Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və Cənubi Qafqazda formalaşan yeni güc balansında lider mövqeyinin təsdiqidir. Bu, həm də dünya ictimaiyyətinə açıq mesaj idi ki, Azərbaycan artıq regional proseslərdə tək deyil - onun yanında qardaş, etibarlı və nüfuzlu tərəfdaşlar var.

Qlobal arenada Bakı-İslamabad tandemi artıq yalnız diplomatik münasibətlərdən ibarət deyil. Bu tərəfdaşlıq, regional əməkdaşlığın yeni modeli kimi formalaşır və Türk dünyasının geosiyasi dayaqlarını daha da gücləndirir.

Pakistan ordusunun Bakıda iştirakı Cənubi Qafqaz-Cənubi Asiya xəttində yeni təhlükəsizlik və müdafiə platformasının formalaşmaqda olduğuna işarədir. Bu, Azərbaycanın regionda sabitliyin təminində təkbaşına deyil, beynəlxalq miqyasda dəstəklənən bir mövqedə dayandığını göstərir” - deyə cənab Quliyev vurğuladı.

Ekspertin fikrincə, Pakistanın iştirakı həm də Ermənistan və bölgədə destruktiv qüvvələr üçün açıq siqnaldır: Zəfər təkcə keçmişin deyil, gələcəyin də təminatıdır. Pakistanın nüvə silahına malik ölkə kimi bu mərasimdə təmsil olunması, Azərbaycanın arxasında dayanan güc balansını daha da möhkəmləndirdi.

Pakistanın paradda iştirakı, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatının artıq yalnız diplomatik səviyyədən çıxaraq praktik hərbi müstəviyə keçdiyini nümayiş etdirdi. Bu üçlük regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı etimadın yeni dayağı kimi çıxış edir.

Sözsüz ki, bu hadisə həm də gələcəkdə müdafiə sənayesi, hərbi texnologiyalar və ortaq təhlükəsizlik layihələri sahəsində əməkdaşlığın dərinləşməsi üçün platforma rolunu oynayacaq.

Bakı paradında Pakistan ordusunun iştirakı ümum İslam həmrəyliyinin də canlı təzahürü idi. Bu, təkcə regiona deyil, beynəlxalq ictimaiyyətə də ünvanlanmış mesaj idi:

- Azərbaycan təkcə regional güc deyil, həm də İslam dünyasının dəstəyinə malik dövlətdir;

- Qardaşlıq münasibətləri siyasi bəyanatlardan çıxaraq əməli əməkdaşlıq səviyyəsinə yüksəlib;

- Zəfər yalnız bir xalqın deyil, bütün Türk və İslam dünyasının ortaq qürurudur.

Yəni Pakistan Silahlı Qüvvələrinin Bakıdakı ilk demarşı, Azərbaycanla bu ölkə arasındakı strateji münasibətlərin yeni mərhələsinin başlanğıcı oldu. Bu hadisə göstərdi ki, Azərbaycanın Zəfəri yalnız tarixi qələbə deyil, həm də gələcək geostrateji müttəfiqlik sisteminin təməlidir.

Beləliklə, Zəfərin 5 illiyinə həsr olunmuş Bakı paradı həm keçmişin şərəfini, həm də gələcəyin birliyini təcəssüm etdirdi. Azərbaycan, Türkiyə və Pakistanın bayraqları altında addımlayan hərbçilər yalnız bir paradda deyil, yeni qlobal düzənin başlanğıcında addımlayırdılar.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ