Müasir dünyanın "basketbol diplomatiyasını" da gördük. Bu nədir?
Suriya prezidenti Əhməd Şəranın ABŞ generalları ilə çox mehriban şəkildə basketbol oynamasının kadrları yayılıb. Nə basketbol, nə Şəranın basketbol oynaması, nə də Şəranın Amerika generalları ilə oynaması maraqlıdır... Maraqlı odur ki...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Əvvəlcə qısa olaraq Şəranın tərcümeyi-halına baxaq. 2003-cü il - indiki Şəra Məhəmməd Colani adı ilə İraqda koalisiya qüvvələrinə, ABŞ-a qarşı vuruşan Əl-Qaidə ordularında peyda olur. 3 il vuruşur. Bu 3 ili yadınızda saxlayın. 2006-cı ildə ABŞ ordusu onu həbs edir və harada yerləşdiyi bilinməyən həbsxanada 5 il yatı(zdırılı)r. 2011-ci il - həbsxanadan çıxır və Əl-Qaidənin Suriya qolu olan Cəbhə-Ət-Nüsranı yaradır. 2017-ci il - Əl-Qaidənin Suriya qolunun adını dəyişərək Təhrir-ət-Şam qoyur. 2024-cü ilin 8 dekabrı - Bəşər Əsədi devirərək Təhrir-ət-Şamla hakimiyyətə gəlir... O gələn, bu gələn, hakimiyyətdədir...
Qayıdaq "basketbol diplomatiyasına"...
Şəranın indi basketbol oynadığı generallardan biri yuxarıda xüsusi vurğu ilə dediyim ABŞ-a qarşı vuruşduğu həmin 3 ildə "Colani ( yəni Şəra) yerin altında da olsa, tapıb cəza verəcəyik" deyə müsahibə vermiş həmin generaldır... Adı da məlumdur... Açılacaq tezliklə...
Tahir TAĞIYEV