çərşənbə günü, 30 sentyabr 2026
     

Separatçının Qarabağda 32 il ərzində törətdiyi cinayətlər sübut olundu...

Image


Akif Nağı: “Çox ağır cəza verilməlidir ki, dünya cinayətkarın, separatçının əməllərinin cəzasız qalmadığının şahidi olsun”

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlərin və sübutların elan olunmasına başlanılıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sənədlərin və sübutların təqsirləndirilən şəxs Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) ilə bağlı olan hissəsini diqqətə çatdırıb. Bildirilib ki, təqsirləndirilən Arayik Harutyunyanın 1991-ci ilin dekabr ayında cinayətkar birliyə qoşulmaqla 20 sentyabr 2023-cü ilədək olan müddət ərzində cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları icra etməklə cinayətkar birlik tərəfindən törədilmiş bütün cinayətlərdə bilavasitə və dolayı yolla iştirak etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiqlənib.

Diqqətə çatdırılıb ki, tədqiq edilmiş materiallardan birinə əsasən, Arayik Harutyunyanın 1990-cı illərdə Azərbaycana qarşı törədilən cinayətlərdə qardaşı ilə birlikdə iştirak etdiyi, habelə Kərkicahan qəsəbəsində, Xocalıda gedən döyüşlərə qatıldığı təsdiqini tapıb.

Qeyd edilənlər onun sıravi iştirakçı olmadığını, düşmən ordusunun döyüş qabiliyyətinin təmin edilməsində, silahlı dəstələrin fasiləsiz təchizatında və onların qanunsuz silahlı əməliyyatlar aparmaq imkanlarının saxlanılmasında birbaşa rol oynadığını sübut edir.

Qeyd olunub ki, məhkəmədə tədqiq etdilmiş videomaterial təqsirləndirilən şəxsin təkcə Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərə səfər etmədiyini, həm də döyüş mövqelərinin yoxlanılması, oradakı qüvvələrin potensialının öyrənilməsi və hərbi əməliyyatların davamlılığının təmin olunmasına yönələn fəaliyyətlərdə bilavasitə iştirak etdiyini sübuta yetirir. Bu isə onun Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı aparılan silahlı təcavüzün informasiya, təşkilati və kadr təminatı istiqamətində mühüm rol oynadığını bir daha təsdiqləyir. Bildirilib ki, o, Azərbaycan xalqına, xüsusilə dinc əhaliyə qarşı çoxsaylı cinayətlərin, terror aktlarının törədilməsində iştirak etməklə yanaşı, qeyd edilən əməllərini sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmaqdan da çəkinməyib.

Araik Harutyunyanın 1991-ci ildə 2023-cü ilədək cinayətlərdə birbaşa və dolayı iştirakı sübut olunub. Bu nə deməkdi?

“İnsanlıq əleyhinə müharibə cinayətlərinin hamısında Harutyunyanın iştirakı var, bu, sənədlərlə sübut olunub”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, məhkəmə prosesi bütün həqiqətləri üzə çıxarır. A.Nağının sözlərinə görə, əksəriyyət elə bilirdi ki, A.Harutyunyan son dövrlərdə Qarabağa gətirilib orda qondarma rejimin başçısı təyin edilib, əslində isə başdan o bu separatizm cinayətlərinin içində olub, azərbaycanlılara qarşı cinayətlər törədib. “Obyektiv məhkəmənin işi odur ki, araşdırsın və gizli qalan faktları aşkar etsin. Harutyunyanın 1991-ci ildən 2023-cü ilin sentyabrına qədər törətdiyi bütün cinayət əməlləri məhkəmədə sübut olundu. Harutyunyan tam şəkildə cinayət məsuliyyəti daşıyır. Bilərəkdən, düşünülmüş şəkildə, qəsdən Azərbaycana qarşı həyata keçirilən bütün hərbi cinayətlərdə iştirak edib. Özü də onun çoxtərəfli cinayət fəaliyyəti olub. Məlum olur ki, 1991-ci ildən, separatizmin ilk dövrlərindən o burda müxtəlif tapşırıqları yerinə yetirib, özü müəyyən mövqe, “vəzifə” tutub, Azərbaycana qarşı törədilən mütəşəkkil cinayətlərin bir hissəsi olub, orda həm təşkilatçı, həm də icraçı kimi iştirak edib. Ona görə də, bunların hamısı nəzərə alınmalıdır. Onun və başqalarının cinayətləri ardıcıl şəkildə sübut olunur. Bunu özləri də görürlər və bu faktların qarısında heç nə deyə bilməzlər. Deməyə sözləri də yoxdur. Fakt ortadadır. Belə bir ifadə var: “fakt tərs şeydi”. Sən bu məsuliyyətdən qaça bilməzsən. 1991-ci ildə hansı əməlləri törətmisən? Niyə bu ərazidə idin? Hansı işləri görürdün, hansı tapşırıqları yerinə yetirirdin? Onu mütləq mənada bu cinayətlərə hazırlayıblar. Yəqin ki, onun haralarda kurs keçməsi, təlimatlar alması barədə də məlumatlar var. Bir tərəfdən o, həmin cinayətlərin təşkilatçısı kimi ortadadır, digər tərəfdən də icraçı kimi. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana qarşı müxtəlif yerlərdə daha çox terror aktları törədilirdi. Həm “Dağlıq Qarabağ” deyilən ərazidə, həm müəyyən nəqliyyat vasitələrində, həm də hava nəqliyyatında. Erməni separatçıları o dövrlər daha çox o istiqamətdə fəaliyyət göstərirdilər ki, Azərbaycan qarşı kütləvi terror aktları həyata keçirsinlər. İnsanlıq əleyhinə müharibə cinayətlərinin hamısında Harutyunyanın iştirakı var, bu, sənədlərlə sübut olunub”.

A.Nağının bildirdiyinə görə, məhkəmə sənədləri göstərir ki, Harutyunyan sonrakı illərdə Azərbaycanın dinc əhalisinə qarşı cinayətlərdə iştirak edib, kəndlərdə ağır cinayətlərin törədilməsində, kəndlərin dağıdılmasında, dinc azərbaycanlılara işgəncələr verilməsində yaxından iştirak edib. “Digər tərəfdən, xalqımıza qarşı döyüşlərdə onun iştirakı ortadadır. Bu, şahid ifadələri ilə də sübut olunur. Onunla yanaşı o cinayət əməllərində iştirak edənlərin cinayətləri də ortadadır. Yəqin videomateriallar, şəkillər də əldədir. Bunlar nə qədər yayınmağa cəhd etsələr də, bütün cinayət əməlləri ortadadır. Onun cinayətkar fəaliyyətinin nəticəsi idi ki, gəlib sonra o cinayətkar qrupa rəhbər təyin edildi. Qondarma quruma rəhbərlik etdiyi dövrdə onun cinayətlərinin yeni səhifələri açılıb. Bu adam Azərbaycan konsrtitusiyasını, Azərbaycan qanunlarını pozub. Eyni zamanda Azərbaycana qarşı terror cinayətlərində iştirak edib. Özü məhkəmədə etiraf etdi ki, Gəncənin raketlə vurulmasına o rəhbərlik edib. Məsuliyyəti boynundan atmaq üçün İrəvandan tapşırıq aldığını və Gəncənin məhz bu tapşırıq əsasında vurulduğunu deyib. İcraçı Harutyunyan idi. Özü o vaxt deyirdi ki, Gəncənin vurulmasına mən göstəriş vermişəm. Harutyunyan yüz qat məsuliyyət daşıyır. Harutyunyanın cinayət əməllərinin sübut olunması ona ən ağır cəza verilməsinə əsas yaradıb. Ona çox ağır cəza verilməlidir ki, dünya cinayətkarın, separatçının əməllərinin cəzasız qalmadığının şahidi olsun”.

A.Nağı hesab edir ki, A.Harutyunyana və digər separatçı cinayətkarlara yüngül cəza verilməməlidir, onlar cəzalarını ən ağır şəkildə çəkməlidirlər. “Harutyunyana qətiyyən güzəşt edilə bilməz. Ümumiyyətlə, Harutyunyana da, Vardanyana da, başqalarına da ömürlük həbs cəzası verilməlidir. Çünki bizim şəhidlərimizin qanı, ruhu, dağıdılan yurdlarımız, daşı-daş üstə qalmayan kəndlərimiz, şəhərlərimiz bu cəzanı tələb edir. Törətdikləri cinayətlərə görə onalara cəza verilməlidir. Azərbaycan məhkəməsinin sübutları eyni zamanda beynəlxalq aləmə mesajdır. Bu faktların qarşısında onlara ancaq ağır cəza vermək olar. Azərbaycan məhkəməsində aparılan tədqiqatın nəticəsi, hesab edirəm ki, ortaya danılmaz faktlar çıxarıb. Beynəlxalq birlik də bu danılmaz faktların qarşısında ortaya ya obyektiv mövqe qoymalıdır, ya da susmalıdır”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ