çərşənbə günü, 30 sentyabr 2026
     

Prezident “Qərbi Azərbaycana Qayıdış Birliyinin sonu çatdı” deyənlərin dərsini verdi...

Image


Qasım Hacıyev: “Bu məsələdə şübhəsi olanlar Prezidentin bu bəyanatından öz paylarını götürməlidir və bilməlidirlər ki, Qərbi azərbaycanlılar heç vaxt məqsədlərindən geri çəkilməyəcək”

Qərbi Azərbaycana qayıdış konsepsiyası mövcuddur və soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması məsələsi aktualdır. Buna baxmayaraq, son günlər bəziləri iddia edirlər ki, onların indiki Ermənistan ərazisinə qayıtması məsələsi qapanıb, guya Qərbi Azərbaycan İcmasının sonu çatıb və sair.

Guya Qərbi azərbaycanlıların geri qayıdışı məsələsi siyasi və ictimai gündəlikdə artıq yoxdur. Təbii ki, bu iddialar absurddur. Bu fikirdə onların layiqli cavabını Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı verib və Qərbi azərbaycanlıların geri qayıdış məsələsinin baş vereəcəyini bəyan edib.

Prezident İlham Əliyev çıxışında bildirib: “...Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik…”

“Ermənistan dövləti Qərbi azərbaycanlıların geri qayıdışını təmin etməlidir, bu onun borcudur”

Tarix elmləri doktoru, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Prezidentinin söylədiyi haqlı fikirlərdən Ermənistan nəticə çıxarmalıdır: “Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər tamamilə həqiqətdir. Qərbi Azərbaycana qayıdış Böyük Qayıdışın tərkib hissəsidir. Həqiqətən də bu belədir. Bu məsələ cənab Prezident tərəfindən aktuallaşdırılıb və bu istiqamətdə də işlər gedir. Bu tam yerində verilmiş bir təklif oldu. Bu, beynəlxalq hüquqa tam olaraq uyğundur. Prezident beynəlxalq aləmdə baş verənləri, nəticələri dərindən bilir. Azərbaycan Prezidenti Qərbi Azərbaycana qayıdış kimi həssas məsələyə həmişə böyük diqqətlə yanaşıb. Bu gün xalqımızın iki böyük problemi qalıb. Biri Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsidir ki, bu nə qədər gerçəkləşməyib tarixlər boyu öz aktuallığını saxlayacaq. İkincisi isə azərbaycanlıların ləyaqətli şəkildə Qərbi Azərbayana qayıtması məsələsidir. İndiki Ermənistan ərazisi tarixən Azərbaycan türklərinin ata-baba yurdu olub, oralar bizim qədim torpaqlarımızdır. Bunu dünya da, ermənilər də bilir ki, bu torpaqlara onlar (haylar) XIX əsrdə gəliblər, ondan əvvəl orda cüzi sayda din xadimlərindən və tacirlərdən başqa erməni olmayıb, onlar orda kütləvi şəkildə yaşamayıblar. Qərbi Azərbaycanda heç bir qədim erməni izi olmayıb. Amma indi gəlib orda məskunlaşıblar və torpaqlarımıza yiyələniblər. İstəsələr də, istəməsələr də orda yaşamağa məcburdular, çünki XIX əsrdə böyük imperialist dövlətlər onları ora köçürüb yerləşdirib. Ermənilər unutmamalıdır və bütün dünya da bilməlidir ki, indiki Ermənistan ərazisi Azərbaycan türklərinin ata-baba yurdlarıdır. Böyük Qaydışın tərkibində Azərbaycan türklərinin geri qayıdışı da var. Zəngəzur yolu açılandan sonra soydaşlarımızın geri qayıdışı məsələsi daha da öz hədəfinə yaxınlaşmış olar. Azərbaycan Respublikasında yaşayan və hələ də öz tarixi irsini qoruyub saxlayan, nəsillərin əmanətlərini yaşadan, daşıyan soydaşlarımız öz ata-baba yurdlarına qayıdıb orda yaşaya bilərlər. Bu onların haqqıdır, beynəlxalq səviyyədə təsbit olunan hüquqlarıdır. Bunu azərbaycanlılara heç kim qadağan edə bilməz.

Prezident İlham Əliyev doğru olaraq vurğuladı ki, azərbaycanlıların Ermənistana qayıdışı erməni xalqını və Ermənistan dövlətini qorxutmamalıdır. Azərbaycan türkləri öz ata-baba yurdlarına qayıtmaq istəyirlər və bu da onların halal haqlarıdır. Qərbi azərbaycanlıların geri qayıdışı məsələsi reallaşacaq. Prezident açıq şəkildə dedi ki, soydaşlarımız dinc şəkildə öz ata-baba yurdlarına qayıdacaq. Bu məsələdə şübhəsi olanlar Prezidentin bu bəyanatından öz paylarını götürməlidir və bilməlidirlər ki, Qərbi azərbaycanlılar heç vaxt məqsədlərindən geri çəkilməyəcək. Bu xoşməramlı məqsədin həyata keçməsi üçün Azərbaycan dövləti, cənab Prezident çalışır”.

Qərbi Azərbaycandakı toponimlərimizin kitablarda, məqalələrdə, elmi məruzlərdə, başlıcası isə insanlarımızın yaddaşında yaşadığını deyən Q.Hacıyevin sözlərinə görə, o toponimlər o torpaqların sahiblərinin Azərbaycan türkləri olduğunu bir daha sübut edir. Ermənilərin uzun illər mifik düşüncələrlə yaşadığını, azərbaycanlıların izlərini sildiklərini, toponimlərimizə qarşı təcavüzkar münasibət bəslədiklərini deyən Q.Hacıyev qeyd etdi ki, onlar nə qədər saxtalaşdırma işləri aparsalar da Azərbaycan toponimlərini tarixdən, mənbələrdən və xəritələrdən silə bilməzlər, çünki onlar özümüz tərəfindən deyil, başqa xalqların nümayəndələri tərəfindən Azərbaycan toponimləri kimi sənədlərə daxil edilib. “Qərbi Azərbaycanda minlərlə, onminlərlə Azərbaycan toponimləri var ki, onların adlarını biz bir-bir bilirik və kitablarda, məqalələrdə yazmışıq. Ermənilər isə saxtakarlıqlarından qalmır və özlərindən 11 “Ermənistan dövləti” “icad” ediblər. Bunlar hamısı saxtakarlıqdır. Ermənistan dövləti, ermənilər saxtakarlıqdan əl çəkib uydurmalardan imtina etsələr yaxşı olar. Ermənistan dövləti Qərbi azərbaycanlıların geri qayıdışını təmin etməlidir, bu onun borcudur”-deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ